Pambığın 70 faizi maşınla yığılacaq
Neftçalada pambıqyığan maşınlar sahələrə çıxarılıb. Hazırda tarlalarda 3 pambıqyığan maşın işləyir.
Tarlaya ilk olaraq maşın çıxaran rayonun Yuxarı Qaramanlı kəndində fəaliyyət göstərən fermer İmaməddin Dadaşov olub. Uzun illər pambıqçılıqla məşğul olan İ.Dadaşov ötən il əkdiyi 47 hektar pambıq sahəsinin hər hektarından 35 sentner məhsul götürüb. Pambıqçı bu il əkin sahəsini genişləndirərək 100 hektara çatdırıb. Sahəyə aqrotexniki qaydada qulluq edildiyindən tarlalarda bol məhsul yetişib. Fermer ötən ildən fərqli olaraq bu il məhsulun hamısını maşınlarla toplamağı nəzərdə tutub. Odur ki, bütün sahələr dərmanlanıb, kolların yarpağı tökülüb, qozaların hamısı açıb. Atıq ötən gün maşınlar sahəyə çıxarılıb və gün ərzində 10 hektar sahənin məhsulu yığılır.
Fermer İmaməddin Dadaşov müsahibəsində deyib ki, pambığın maşınla yığılması çox sərfəlidir. Əl ilə yığım zamanı məhsulun itkisi çox olur. Həm də bizə baha başa gəlir. Məhsulun maşınla toplanması 70-80 faiz gəlir gətirir. Odur ki, bu mövsüm rayonda pambığın maşınla yığılmasına üstünlük verilib.
Qeyd edək ki, bu il Neftçalada 12 min hektar sahədə pambıq becərilib və məhsulun 70 faizinin maşınla yığılması nəzərdə tutulub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
-
3 saat əvvəl
Yapı Kredi Bank Azərbaycan 5%-dək keşbek kampaniyasını təqdim edir! ®
-
4 saat əvvəl
Gündə 100-dən çox müraciət – kirayə mənzil sistemi müvəqqəti bağlanır, müraciətlər qəbul edilməyəcək
- 4 saat əvvəl
-
4 saat əvvəl
Bakıya iki gün yağış yağacaq, bəzi rayonlara dolu düşəcək - XƏBƏRDARLIQ
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
6 saat əvvəl
Tanınmış marketinq mütəxəssisinə “Cahan Holdinq”də yüksək vəzifə verildi
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Assist Finance” 800 min manat borclanmağa hazırlaşır
Ən çox oxunanlar
Tramp Özbəkistana səfər etmək istəyir
3 investor lizinq şirkətinin 1 milyon manatlıq səhmini aldı
Azərbaycanda mənzillər yenidən bahalaşır - Yeni tikilidə 1 kvadratmetr 2 850 manata çatıb
Oktyabrın 6-da gözlənilən hava şəraiti


























