970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30

Sahil Babayev iclas keçirdi

Dövlət maliyyəsinin idarə olunması, rəqəmsal islahatlar və növbəti dövr üçün qarşıda duran vəzifələr müzakirə olunub
iç səhifə xəbər başlığı altı (mobil)_31
Sahil Babayev iclas keçirdi
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycan Respublikası Maliyyə Nazirliyində keçirilən növbəti Kollegiya iclasında nazirliyin struktur bölmələri və tabeliyindəki qurumların cari il ərzindəki fəaliyyəti, büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmaların vəziyyəti, maliyyə xidmətləri və dövlət müəssisələri ilə işin təşkili, həmçinin dövlət maliyyəsinin idarə edilməsində rəqəmsal həllərin tətbiqi istiqamətlərində bu il görülən işlər və növbəti dövr üçün qarşıda duran vəzifələr müzakirə olunub.

Kollegiyanın sədri Sahil Babayev bildirib ki, başa çatmaqda olan 2025-ci il Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin tarixində yüksək nailiyyətlər, hərtərəfli inkişaf və ardıcıl tərəqqi ili kimi yadda qalacaqdır. Nazir qeyd edib ki, ilin on bir ayında sosial-iqtisadi sahədə dayanıqlı artım və makroiqtisadi sabitlik təmin olunub, maliyyə mövqelərimiz daha da möhkəmlənib, Dövlət Neft Fondunun və Mərkəzi Bankın sərəncamında olan valyuta ehtiyatları artıb.

Reklam_3_11

Nazir bildirib ki, komitə və plenar iclaslarda keçirilən geniş müzakirələrdən sonra ötən həftə Milli Məclis tərəfindən "Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsi və icmal büdcəyə daxil olan əsas maliyyə sənədləri qəbul edilib. Gələn ilin dövlət və icmal büdcələrinin ölkəmizin sosial-iqtisadi prioritetləri və qarşımızda duran çağırışlar nəzərə alınmaqla tərtib olunduğunu vurğulayan maliyyə naziri bildirib ki, müdafiə qabiliyyətinin daha da gücləndirilməsi, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışın davam etməsi, iqtisadi inkişafın stimullaşdırılması, əhalinin sosial müdafiəsinin daha da gücləndirilməsi, dövlətin əsas vəzifə və funksiyalarının həyata keçirilməsi üçün 2026-cı il üzrə maliyyə təminatı tam formalaşdırılıb.

Kollegiyanın sədri 2025-ci ilin dövlət büdcəsinin 11 aylıq icrasını da müsbət qiymətləndirib və qeyd edib ki, yanvar-noyabr aylarında icmal və dövlət büdcələrinin gəlirləri proqnozu üstələyib. Belə ki, icmal büdcənin gəlirləri 11 aylıq proqnoza qarşı 2 milyard 526 milyon manat və ya 6,1 faiz çox icra olunub. Eyni dövrdə dövlət büdcəsinin gəlirləri də proqnozu 324,6 milyon manat və ya 0,9 faiz üstələyib. İcmal və dövlət büdcələrinin xərcləri isə müvafiq olaraq 36 milyard 784,3 milyon manat və 31 milyard 414,7 milyon manat səviyyəsində icra edilib.

Qeyd olunub ki, dövlət büdcəsi vəsaitlərinin daha səmərəli idarə olunması və büdcəyə əlavə gəlirlərin cəlb edilməsi məqsədilə 2025-ci ilin aprel ayından etibarən vahid xəzinə hesabının qalığının aktiv idarə edilməsinə başlanılıb. Bu çərçivədə milli valyutada olan vəsaitlərin yerli banklarda depozitə yerləşdirilməsi və Mərkəzi Bank ilə imzalanmış razılaşmaya əsasən ABŞ dolları ilə müxbir hesabın qalığına faiz gəlirinin hesablanması təmin edilib. Nəticədə aprel–dekabr aylarında kommersiya banklarında yerləşdirilmiş depozitlər üzrə 98,6 milyon manat, Mərkəzi Bankdakı ABŞ dolları ilə müxbir hesabın qalığı üzrə isə 20,8 milyon manat olmaqla, ümumilikdə 119,4 milyon manat əlavə gəlir dövlət büdcəsinə köçürülüb.

Müzakirələr zamanı bildirilib ki, dövlət maliyyəsinin idarə olunmasında şəffaflığın, səmərəliliyin və operativliyin artırılması məqsədilə Dövlət Xəzinədarlıq Agentliyi tərəfindən rəqəmsallaşma və idarəetmə proseslərinin təkmilləşdirilməsi istiqamətində kompleks tədbirlər davam etdirilir. Bu tədbirlər çərçivəsində sifarişlərin elektronlaşdırılması, ödəniş sənədlərinin minimallaşdırılması, təsdiqedici sənədlərin pasportlaşdırılması, eləcə də informasiya sistemlərinin müasirləşdirilməsi xüsusilə prioritet istiqamətlər kimi müəyyən edilib.

İclasda büdcə daxilolmalarının uçotu və idarə olunmasının tam elektronlaşdırılması, “İCMAL” informasiya sisteminin geniş tətbiqi, “e-mühasibat” sisteminin rəqəmsal həllərinin inkişaf etdirilməsi, beləliklə uçotun şəffaflığının və operativliyinin daha da artırılması müzakirə olunub.

Kollegiya iclasında həmçinin maliyyə xidmətləri sahəsində və dövlət müəssisələri ilə işin təşkili istiqamətində görülmüş işlər haqqında məruzə dinlənilib. Bildirilib ki, dövlət müəssisələrinin büdcə və maliyyə göstəricilərinin monitorinqi üçün yeni Qaydalar layihəsi hazırlanıb. Dövlət müəssisələrinin büdcə və maliyyə göstəricilərinin monitorinqinin təkmilləşdirilməsinin, vahid hesabat şablonlarının tətbiqinin əhəmiyyəti vurğulanıb və bu çərçivədə həm dövlət şirkətləri, həm də publik hüquqi şəxslər üzrə vahid monitorinq mexanizminin tətbiqinin planlaşdırıldığı qeyd olunub. Bu tədbirlər dövlət vəsaitlərinin səmərəli idarəedilməsini, maliyyə şəffaflığını və hesabatlılığını daha da gücləndirəcəkdir.

İclasda “Rəqəmsal dövlət maliyyəsi” informasiya sisteminin yaradılması və dövlət maliyyəsinin idarə edilməsində rəqəmsal həllərin tətbiqi istiqamətində görülən işlər barədə də məlumat verilib. Qeyd olunub ki, cari ildə “Büdcə Məlumat İdarəetmə” alt sisteminin yeni versiyası, “İCMAL” informasiya sistemi, “e-rüsum” sisteminin təkmilləşdirilməsi, dövlət satınalmalarında elektron müqavilə platforması və GRP konsepsiyası üzrə vahid mühasibatlıq sisteminin ilkin mərhələsi hazırlanıb. Hazırda vahid maliyyə məlumat bazasının formalaşdırılması, böyük həcmli məlumatların emalı və analitik təhlili üçün modellərin tətbiqi, eləcə də büdcənin gəlir və xərclərinin proqnozlaşdırılmasını dəstəkləyəcək proqram təminatının inkişaf etdirilməsi üzrə işlər davam etdirilir.

Kollegiya iclasında həmçinin, Maliyyə Nazirliyində tapşırıqların icra vəziyyəti və hesabatlarla bağlı məsələlər haqqında təqdimat nümayiş etdirilib və müvafiq məruzə dinlənilib, “İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartlarına uyğun illik maliyyə hesabatlarını tərtib edən təşkilatlarda əsas fondlara tətbiq edilən amortizasiya normaları barədə Təlimat” təsdiqlənib.

15.12.2025 14:09
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18