Bu gün Azərbaycan Mərkəzi Bankı faiz qərarını açıqlayacaq
Azərbaycan Mərkəzi Bankının 2025-ci ildə pul siyasəti qərarlarının ictimaiyyətə açıqlanması qrafikinə əsasən, 2025-ci ildə sonuncu dəfə faiz qərarı 10 dekabr 2025-ci il tarixində açıqlanacaqdır.
Marja.az xəbər verir ki, Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin faiz dəhlizinin parametrlərinə dair növbəti qərarı barədə press-reliz 10 dekabr 2025-ci il tarixində saat 11:00-da yayımlanacaqdır.
22 oktyabr 2025-ci il tairində açıqlanan məlumata görə, Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin qərarına əsasən uçot dərəcəsi 7%, faiz dəhlizinin aşağı həddi 6%, faiz dəhlizinin yuxarı həddi isə 8% səviyyəsində dəyişməz saxlanılıb.
10 sentyabr 2025-ci il tarixində də Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin qərarına əsasən uçot dərəcəsi 7%, faiz dəhlizinin aşağı həddi 6%, faiz dəhlizinin yuxarı həddi isə 8% səviyyəsində dəyişməz saxlanılmışdı.
23 iyul 2025-ci il tarixində açıqlanan qərar görə, Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə faiz dəhlizinin bütün parametrləri 0.25% bəndi azaldılmış, uçot dərəcəsi 7%, faiz dəhlizinin aşağı həddi 6%, faiz dəhlizinin yuxarı həddi isə 8% səviyyəsinə endirilmişdi.
Azərbaycanda sentyabr ayından inflyasiya sürətlənib. İllik inflyasiyanın artım tempi sentyabrda 4,9 faizdən 5,7 faizə, oktyabrda isə 5,7 faizdən 5,9 faizə yüksəlib. Dövlət Statistika Komitəsinin açıqladığı məlumata görə, 2025-ci ilin oktyabr ayında istehlak qiymətləri indeksi 2024-cü ilin oktyabr ayına nisbətən 5,9 faiz artmışdır. 2025-ci ilin oktyabr ayında istehlak qiymətləri indeksi 2024-cü ilin oktyabr ayına nisbətən 5,7 faiz artmışdır. Noyabr ayı üzrə illik inflyasiya göstəricisi bir neçə gün sonra açıqlanacaqdır.
İnflyasiya sürətlənməsinə baxmayaraq, Mərkəzi Bankın 10 dekabrda da gözləmə mövqeyi tutaraq faizlərini dəyişməz saxlaya bilər. Mətbuat konfranslarında verilən məlumatlara görə, hazırkı faiz dərəcələri Mərkəzi Bank üçün neytral səviyyələrdir. Əgər inflyasiya daha da sürətlənərsə faizlər artırıla, inflyasiya yavaşlayarsa faizlər daha da aşağı salına bilər. Qeyd edək ki, Mərkəzi Bankın inflyasiya üzrə hədəf intervalı 2-6 faiz aralığıdır (4±2%).
Mərkəzi Bankın baza ssenarisinə əsasən, 2025-ci ilin sonuna və 2026-cı ildə illik inflyasiyanın hədəf daxilində olacağı proqnozlaşdırılır. Belə ki, baza ssenarisi üzrə oktyabr proqnozlarına görə illik inflyasiyanın 2025-ci ildə 6%,2026-cı ildə isə 5.7% olacağı gözlənilir. İnflyasiya proqnozunun yuxarıya doğru dəyişdirilməsi, əsasən təklif amilləri ilə bağlıdır.
"Ötən iclasdan sonra inflyasiyanın risklər balansında nəzərəçarpan dəyişiklik baş verməyib. Qlobal ticarət mühitindəki qeyri-sabitlik əmtəə və maliyyə bazarlarında dalğalanmaları davam etdirir. Əsas xarici risk mənbəyi olan idxal qiymətlərinin daxili inflyasiyaya təsiri ticarət tərəfdaşlarında inflyasiya prosesləri və nominal effektiv məzənnənin dinamikası ilə bağlıdır. Daxili risk faktorları ilə bağlı qeyd olunmalıdır ki, yenilənmiş proqnozlar növbəti dövrdə inflyasiyanın, əsasən, təklif – xərc amilləri hesabına formalaşacağını göstərir. 2026-cı ilə dövlət büdcəsinin ilkin parametrləri və kredit qoyuluşlarının illik artımının səngiməsi məcmu tələbin izafi artımı riskini azaldır.
Faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərar faktiki inflyasiyanın istiqaməti, habelə xarici və daxili risk amillərinin dinamikasından asılı olaraq veriləcəkdir. Mərkəzi Bank bundan sonra da qiymət sabitliyini təmin etmək üçün sərəncamındakı bütün vasitələrdən istifadə etməyə davam edəcəkdir",- Mərkəzi Bank 22 Oktybar 2025-ci il tarixində yaydığı açıqlamasında qeyd etmişdi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
-
1 saat əvvəl
“Qlobal Pul Həftəsi”ndə Bank of Baku-dan yaradıcı müsabiqə - ÖZ PULUNU YARAT!
-
1 saat əvvəl
Azərbaycan İdman Rəqsləri Federasiyasına yeni prezident seçildi
-
-
2 saat əvvəl
Qlobal enerji bazarları İranın qaz sahəsinə və neft obyektlərinə edilən hücum xəbəri ilə sarsıldı
-
2 saat əvvəl
Tramp bir daha müttəfiqləri Hörmüz boğazının açılmasına kömək etməyə çağırıb
- 2 saat əvvəl
-
2 saat əvvəl
İllik 18% gəlirlilyi olan istiqrazlar 50 investor tərəfindən əldə edilib
- 2 saat əvvəl
-
2 saat əvvəl
"Kür" markalı kompüterləri yığan şirkətin fəaliyyətinə xitam verilib
-
2 saat əvvəl
NEQSOL Holding və Təhsilin İnkişafı Fondu PARLA Tələbə Qızlar üçün Təqaüd Proqramını davam etdirir
- 2 saat əvvəl
-
2 saat əvvəl
Prezident Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Azərbaycan İdman Rəqsləri Federasiyasına yeni prezident seçildi
"Mayak Residence"dən xüsusi reklam çarxı - VİDEO
"CHELEBI" mağazasını idarə edən şirkətin kapitalı azaldılıb
"Kür" markalı kompüterləri yığan şirkətin fəaliyyətinə xitam verilib
Ən çox oxunanlar
NEQSOL Holding və Təhsilin İnkişafı Fondu PARLA Tələbə Qızlar üçün Təqaüd Proqramını davam etdirir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Prezident Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib
Nazir Çin şirkətinin vitse-prezidenti ilə görüşüb, Hacıqabulda həyata keçirilən layihə müzakirə olunub
AFB Bank-dan yeni “Mono Əməkhaqqı Kartı” – şirkətlər üçün daha sərfəli maaş layihəsi
Qızıl ucuzlaşır - Qiyməti 5000 dollardan aşağı düşdü
262 manata məhsulu sığortaladı – 8801 manat sığorta ödənişi aldı!




















