Azərbaycanda ilk dəfə Gələcəyin Peşələri Sammiti keçiriləcək
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin təşkilatçılığı ilə ölkəmizdə ilk dəfə Gələcəyin Peşələri Sammiti (GPS) keçiriləcək.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, tədbir oktyabrın 30-da Naxçıvan şəhərində “Gələcəyə tərəf” devizi altında təşkil olunacaq.
Sammitin məqsədi əmək bazarında baş verən dəyişiklikləri, yeni peşə və bacarıqlarla bağlı tələbləri, texnologiya və innovasiyaların iş dünyasına təsirlərini peşəkar mühitdə müzakirə etmək, təhsil və məşğulluq sahələrində yeni çağırışlar nəzərə alınmaqla həmin ekosistem iştirakçılarının gələcək əmək bazarına hazırlıqlarını dəstəkləməkdir.
GPS işəgötürənlər, dövlət qurumları, təhsil müəssisələri və peşəkarlar arasında sağlam fikir mübadiləsi üçün vahid platforma yaratmağı nəzərdə tutur. Sammitin hədəfləri gələcəyin peşə və bacarıqlarının müəyyənləşdirilməsi və tanıdılması, iş dünyasının yeni tendensiyalarının paylaşılması, tərəfdaşlar arasında əməkdaşlığın gücləndirilməsi, hədəf qrup olan peşəkarların daha çevik, innovativ və rəqabətədavamlı karyera həlləri ilə təmin olunmasına şərait yaradılmasıdır.
Tədbir çərçivəsində “Əmək bazarının transformasiyası” və “Dəyişikliklərə adaptasiya” adlı iki panel müzakirəsi təşkil olunacaq. Panellərdə təhsil strategiyalarında yeni yanaşmalar və gələcək addımlar, müasir məşğulluq strategiyaları, gələcəyin peşə və bacarıqlarında gözlənilən yeniliklər və həmin yeniliklərə adaptasiya yolları, gələcək əmək bazarına hazırlıq və bu çərçivədə Naxçıvan Muxtar Respublikasının qarşısında duran çağırışlar müzakirə ediləcək.
Sammitdə yerli və xarici karyera məsləhətçiləri, təlimçilər, insan resursları üzrə mütəxəssislər, sahibkarlar, təhsil ekspertləri, dövlət və özəl sektorun nümayəndələri, inkişaf mentorları iştirak edəcəklər.
Tədbirə iştirakçı qismində qatılmaq istəyən şəxslər üçün yaxın günlərdə qeydiyyata başlanacaq və qeydiyyat proseduru barədə Dövlət Məşğulluq Agentliyinin rəsmi saytı və sosial media səhifələrində məlumat paylaşılacaq. Sammit barədə daha ətraflı məlumatı www.geleceyinpesheleri.az saytından əldə edə bilərsiniz.
Gələn ay Gələcəyin Peşələri Sammitinin Bakı şəhərində də keçirilməsi nəzərdə tutulub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
2 gün sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
2 gün sonra
Unicapital-dan investisiyaya başlayanlar üçün kampaniya: Səhm və kriptovalyutalara 0% komissiya ®
-
-
4 d. əvvəl
Azərbaycan qazı üçün yeni Avropa bazarı – Slovakiya ilə danışıqlar davam edir
-
5 d. əvvəl
KPMG Azərbaycanın nəqliyyat sektorundakı layihələrə dair təkliflər təqdim edəcək
-
6 d. əvvəl
"Azərbaycana 33 trilyon dollardan çox vəsaiti idarə edən investorlar gəlib"
- 12 d. əvvəl
-
20 d. əvvəl
PAŞA Bank investisiya forumunda: Xarici və yerli kapitalın birləşməsi yeni imkanlar yaradır
-
30 d. əvvəl
Tahir Gozəl: “Qarabağ”a yeni transferlər lazımdır, bunun üçün büdcəmiz var
- 34 d. əvvəl
-
56 d. əvvəl
Qarabağda 53,2 milyon manatlıq enerji layihəsi – “Minkənd” stansiyası işə düşdü
-
1 saat əvvəl
Mingəçevirdə nəhəng tekstil layihəsinin təməli qoyuldu – İldə 11 milyon köynək istehsal ediləcək
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
PAŞA Bank investisiya forumunda: Xarici və yerli kapitalın birləşməsi yeni imkanlar yaradır
Ən çox oxunanlar
Sentyabrın 27-də gözlənilən hava şəraiti
Mingəçevirdə nəhəng tekstil layihəsinin təməli qoyuldu – İldə 11 milyon köynək istehsal ediləcək
Azərbaycan enerji sektorunda böyük razılaşmalar: SOCAR 8 qlobal şirkətlə sənədlər mübadilə etdi
Azərbaycan neftinin qiyməti 123 dollara düşüb
Bakı 2040-cı ilədək çoxmərkəzli şəhər modelinə keçəcək
İnternet bankçılıq dövriyyəsi bir ayda 7,25 milyard manat azalıb



























