Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

iPhone 17: Təqdimat tarixi, qiymət və əsas xüsusiyyətlər

iç səhifə xəbər başlığı altı (mobil)_31
iPhone 17: Təqdimat tarixi, qiymət və əsas xüsusiyyətlər

ABŞ-ın Apple şirkəti növbəti böyük tədbirinin tarixini rəsmən açıqlayıb.

Marja xəbər verir ki, Şirkət 9 sentyabr 2025-ci il tarixində, Bakı vaxtı ilə saat 21:00-da Apple Parkdakı Steve Jobs Teatrında “Awe dropping” şüarı altında yeni təqdimat keçirəcək.

Reklam_3_11

Tədbirdə əsas diqqət yeni iPhone 17 seriyasına yönələcək. Sızan məlumatlara görə, yeni nəsil cihazlarda Google Pixel modellərinə bənzər arxa kamera zolağı dizaynı olacaq. Bununla yanaşı, tədbirdə, iOS 26 ilə təqdim ediləcək Liquid Glass interfeysi və Apple Intelligence çərçivəsində Siri-yə süni intellekt əsaslı yeniliklər barədə də danışıla bilər.

Tədbirin əsas ulduzunun isə tamamilə yeni iPhone 17 Air modeli olacağı gözlənilir. 6,6 düymlük ekrana malik bu cihaz daha incə dizaynla təqdim olunacaq və kamera linzalarının sayı azaldıla bilər. Apple bununla uzunmüddətli dizayn strategiyasını davam etdirir.

Şirkətin gələcək planlarında isə qatlanan iPhone və 2027-ci ildə buraxılacağı iddia edilən, 20 illik yubiley iPhone-u yer alır. 

XXX

Apple şirkəti yeni iPhone 17 seriyasını rəsmi olaraq 9 sentyabr 2025-də təqdim edəcək. Tədbir Kaliforniyanın Cupertino şəhərində yerləşən Apple Park-da keçiriləcək və iOS 26 versiyası cihazlarda öncədən quraşdırılmış olacaq.

Qiymət gözləntiləri

– Əsas model üçün təxminən 900 ABŞ dolları qiymət proqnozlaşdırılır.

– ABŞ bazarında iPhone 17 Air təxminən 999 dollar, Pro modeli 1299 dollar və Pro Max modeli 1799 dəyərində ola bilər.

Yeniliklər

– Yeni "iPhone 17 Air" ultraslim model olacaq — qalınlığı yalnız 5.5 mm, ekran ölçüsü 6.6 düym.

– Bütün modellərdə 120 Hz ProMotion LTPO ekran gözlənilir. Pro modellərdə isə bu ekranın "always-on" funksiyası da dəstəklənə bilər 

– Kamera sahəsində isə innovasiyalar diqqət çəkir: 24 MP ön kamera, Pro modellərdə 48 MP telefoto sensor və 8x optik zoom ehtimalı gündəmdədir 

– Prosessorlar: Pro modellər A19 Pro, digərləri isə A19 çipsetdən istifadə edə bilər. Bəzi modellərdə RAM həcmi 12 GB-a qədər yüksəlir.

– Dizayn: Kameranın yeni yatay bar dizaynı, alüminium və titanyum gövdələr, yeni rəng variantları (məsələn, turuncu, açıq mavi) düşünülür.

– Pro modellərdə təkcə standart şarj deyil, 35 W sürətli şarj və Qi 2.2 kablosuz şarj dəstəklənə bilər.

– Software yenilikləri arasında Liquid Glass UI görünüşü, call screening, canlı danışıq tərcüməsi və Games app kimi funksiyalar yer alacaq.

27.08.2025 15:51
📲 İndi
Marja.az-ın WhatsApp kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.

♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Desktop_Manset_sag_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ