Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Gəncədə 271 ədəd traktor, 106 ədəd MAZ yük avtomobili istehsal edilib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Gəncədə 271 ədəd traktor, 106 ədəd MAZ yük avtomobili istehsal edilib

2025-ci il yanvar-iyun aylarında Gəncə şəhərində sənayenin vəziyyəti haqqında məlumatlar açıqlanıb.

Marja.az Gəncə Şəhər Statistika İdarəsinə istinadən xəbər verir ki, 2025-ci ilin yanvar-iyun aylarında Gəncə şəhərində fəaliyyət göstərən sənaye müəssisələri və fiziki şəxslər tərəfindən faktiki qiymətlərlə 301,5 milyon manatlıq sənaye məhsulu istehsal edilmiş və sənaye xarakterli xidmətlər göstərilmişdir. Məhsulun və xidmətlərin 61,4 milyon manatı, yaxud 20,4 faizi dövlət sektorunun sənaye müəssisələri, 240,1  milyon manatı, yaxud 79,6 faizi qeyri-dövlət sektorunun sənaye müəssisələri və fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan təsərrüfat subyektləri (fiziki şəxslər) tərəfindən istehsal edilmişdir.

Emal sektorunun müəssisələri tərəfindən 239,0 milyon manatı, yaxud  89,9 faizi qeyri-dövlət sektoruna aid olmaqla 265,8 milyon manatlıq məhsul istehsal edilmiş və sənaye xarakterli xidmətlər göstərilmişdir. Bundan 66,5 milyon manat qida məhsulları istehsalı, 9,7 milyon manat içki, 130,1 milyon manat metallurgiya sənayesi məhsulları, 26,7 milyon manat avtomobil, qoşqu və yarımqoşquların istehsalı və 32,8 milyon manat digər məhsulların istehsalı təşkil etmişdir. Cari ilin yanvar-iyun ayları ərzində 45,8 min ton un, 115,61 min dekalitr araq, 57,4 min dekalitr şərab, 271 ədəd traktor, 106 ədəd MAZ yük avtomobili, 11493,54 ton emal edilməmiş alüminium ərintiləri (ilkin şəkildə), 5478 ədəd elektron, 248768 ədəd mexaniki su və qaz sayğacları istehsal edilmişdir.

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunun müəssisələri tərəfindən 2025-ci il yanvar-iyun ayları ərzində 22,9 milyon manatlıq, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda 12,0 milyon manatlıq məhsul istehsal edilmiş və xidmətlər göstərilmişdir.

Əsas kapitala yönəldilmiş vəsaitlər. Gəncə şəhərində 2025-ci ilin yanvar-iyun aylarında əsas kapitala 142,8 milyon manat və ya 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 6,6 dəfə çox vəsait yönəldilmişdir. Əsas kapitala yönəldilmiş vəsaitlərin 78,9 faizi dövlət, 21,1 faizi isə qeyri-dövlət mülkiyyətinə məxsus olmuşdur. Əsas kapitala yönəldilmiş vəsaitlərin 129,9 milyon manatı və ya 91,0 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuş və 7,8 dəfə artmışdır.

Tikinti müəssisələrinin fəaliyyəti. Gəncə şəhərində 2025-ci ilin yanvar-iyun aylarında fəaliyyət göstərən tikinti müəssisələri və fərdi sahibkarlar tərəfindən yerinə yetirilmiş tikinti işlərinin dəyəri 15,1 milyon manat təşkil etmiş və ümumi tikinti işlərinin 8,3 milyon manatını, yaxud 55,1 faizini hüquqi şəxslər tərəfindən yerinə yetirilmiş işlər, 6,8 milyon manatını və ya 44,9 faizini isə fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin yerinə yetirdiyi işlər təşkil etmişdir.

Kənd təsərrüfatının vəziyyəti  

 2025-ci ilin yanvar-iyun ayları üzrə  kənd  təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 1951,3 min manat təşkil etmişdir ki, onun da 500,9 min manatı bitkiçilik məhsullarının, 1450,4 min manatı isə heyvandarlıq məhsullarının payına düşür.

2025-ci ilin məhsulu üçün şəhər üzrə 42,2 hektar kənd təsərrüfatı bitkiləri əkilmişdir ki, bunun da 8,0 hektarını dənli və dənli paxlalı bitkilər, 34,2 hektarını tərəvəz bitkiləri təşkil etmişdir.

2025-ci ilin yanvar-iyun aylarında tarlalardan 16,7 ton dənli və dənli paxlalı bitkilər, 144,6 ton tərəvəz, 265,4 ton meyvə və giləmeyvə toplanmışdır.                                                                                                                                                                             

2025-ci ilin iyul ayının 1-i vəziyyətinə təsərrüfatlarda 670 baş iribuynuzlu mal-qara  (ondan 266 baş inək və camış), 1139 baş qoyun və keçi, 6 baş donuz mövcud olmuşdur.

Gəncə şəhərində 2025-ci ilin  yanvar-iyun aylarında heyvandarlıq bölməsində 108 ton ət diri çəkidə, 327 ton süd, 608 min ədəd yumurta, 2,0 ton yun istehsal edilmişdir. 2024-cü ilin müvafiq dövrünə nisbətən süd istehsalı 1,0 ton və ya 0,3 faiz artmışdır.

04.08.2025 21:43
📲 İndi
Marja.az-ın WhatsApp kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.

♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ

Ən çox oxunanlar