HONOR Azərbaycanda ilk rəsmi brend mağazasını açdı

Süni intellekt əsaslı ağıllı cihazlar və texnologiya ekosistemləri sahəsində beynəlxalq miqyasda tanınan HONOR, 12 iyul tarixində baş tutmuş Azərbaycandakı ilk rəsmi HONOR Brend Mağazasının uğurlu açılışını qürurla elan edir. Mağaza Bakının mərkəzində yerləşən 28 Mall ticarət mərkəzinin 1-ci mərtəbəsində fəaliyyət göstərir və bu, brendin regiondakı genişlənməsində mühüm mərhələ hesab olunur.
Açılış mərasimi HONOR-un Azərbaycan üzrə rəhbəri cənab Jing Xi və HONOR-un yerli bazardakı tərəfdaşı Irshad şirkətinin baş icraçı direktoru Aris Şixaliyev tərəfindən həyata keçirilib. Yeni mağaza HONOR-un mükəmməl xidmət və məhsullara birbaşa çıxış vizyonuna uyğun olaraq premium alış-veriş təcrübəsi təqdim edir.
“Azərbaycanda ilk HONOR Brend Mağazasının açılması bizim üçün əlamətdar hadisədir,” – deyə cənab Jing Xi bildirib. “Azərbaycan regionumuz üçün əsas bazarlardan biridir və biz müştərilərimizə brendimizin premium ruhunu əks etdirən, eyni zamanda ən son HONOR yeniliklərinə birbaşa çıxış təqdim edən yeni bir məkan təqdim etdiyimiz üçün qürur duyuruq. Bu açılış bizim inkişafımızın simvoludur və ölkəyə olan uzunmüddətli öhdəliyimizin göstəricisidir.”
Aris Şixaliyev, Irşad şirkətinin baş icraçı direktoru də açılışla bağlı fikirlərini bölüşüb:
“Biz bu yeni HONOR mağazasını brendin Azərbaycandakı mövqeyinin möhkəmləndirilməsi baxımından strateji bir addım kimi qiymətləndiririk — xüsusilə Bakı kimi dinamik bazarda. Eksklüziv tərəfdaş olaraq Irshad, HONOR-un innovasiya və keyfiyyətini daha geniş auditoriyaya çatdırmaq və brendin tanınması ilə satışların artmasına töhfə vermək istiqamətində səy göstərməkdə davam edəcək.”
HONOR Brend Mağazasında sizi nələr gözləyir?
Müasir və zövqlü dizayna sahib mağaza HONOR-un ən qabaqcıl məhsul seriyalarını təqdim edir. Müştərilər Magic, N və X seriyaları ilə yanaşı, AI funksiyaları ilə seçilən HONOR 400 Seriyası, müxtəlif planşet modelləri (klaviatura və stylus dəstəkləyən versiyalar daxil olmaqla), geniş çeşiddə noutbuklar, ağıllı saatlar və audio cihazlarla tanış ola biləcəklər.
Açılış Detalları:
Tarix: 12 iyul 2025
Saat: 15:00 – 19:00
Ünvan: Azadlıq prospekti 15a/4, 28 Mall, 1-ci mərtəbə, Bakı
İş saatları: Həftənin bütün günləri, saat 10:00–22:00
Açılışa özəl kampaniyalar
Eksklüziv şərtlər | 12–31 iyul 2025
Nəğd alışlarda endirimlər, faizsiz hissə-hissə ödəniş və komissiyasız xidmətlər — yalnız yeni HONOR Brend Mağazasında!
Hədiyyə qutusu kampaniyası | 12–31 iyul 2025
Aksiya müddətində edilən hər alışa HONOR hədiyyə qutusu təqdim olunur. Alış məbləğinə uyğun olaraq hədiyyələr dəyişilir:
500 AZN-dək: HONOR Hədiyyə Qutusu
500–1000 AZN: Hədiyyə Qutusu + HONOR Earbuds X7 Lite
1000 AZN-dən çox: Hədiyyə Qutusu + HONOR Choice Watch 2i
Qeyd: Kiçik aksessuarlar, eləcə də yeni HONOR 400 və HONOR 400 Pro modelləri bu kampaniyaya daxil deyil.
HONOR 400 Series üçün eksklüziv təklif | 12–31 iyul 2025
Yalnız brend mağazasında HONOR 400 və ya HONOR 400 Pro alışı zamanı — 2 hədiyyədən ibarət xüsusi hədiyyə qutusu: HONOR Choice Watch 2i + Earbuds X7 Lite
Açılışa özəl müsabiqə | 12–20 iyul 2025
Alış şərti olmadan mağazanı ziyarət edən hər kəs müsabiqədə iştirak edə bilər və bu dəyərli hədiyyələri qazanmaq şansı əldə edir:
HONOR 400 Pro
HONOR Choice Watch 2i
HONOR Earbuds X7 Lite
Açılış Günü Tədbiri
Mağazanın açılışı günü — 12 iyulda, 28 Mall-un 4-cü mərtəbəsində böyük şou-proqram təşkil olunub. Tədbirdə canlı musiqi, interaktiv oyunlar, məhsul təqdimatları və bol hədiyyələr qonaqlara unudulmaz təcrübə yaşadıb.
Yeni HONOR Brend Mağazasını ziyarət etməyi qaçırmayın — ən son süni intellekt innovasiyalarını kəşf edin, eksklüziv təkliflərdən faydalanın və HONOR-un Azərbaycandakı yeni inkişaf mərhələsinin bir parçasına çevrilin!
® Reklam
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
ABB mobile ilə artıq gecə-gündüz sərbəst investisiya imkanı!
-
4 saat əvvəl
AccessBank 2025-ci ilin 1-ci yarısı üzrə maliyyə göstəricilərini açıqlayıb
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Expressbankın fiziki şəxslər üzrə depozit portfeli 35 milyon manat artıb
-
5 saat əvvəl
“Premium Bank” 2025-ci ilin 1-ci yarısını mənfəətlə başa vurub
- 5 saat əvvəl
Son Xəbərlər

"Bank of Baku"nun xalis mənfəəti 30 faizə yaxın artıb

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

Azərbaycanda 2 milli park yaradılır - SƏRƏNCAM

HONOR Azərbaycanda ilk rəsmi brend mağazasını açdı

Heydər Əliyev Zirvəsinə yürüş təşkil edilib - VİDEO

“Premium Bank” 2025-ci ilin 1-ci yarısını mənfəətlə başa vurub

Daha 2 sığorta şirkətinə icrası məcburi sərəncam verilib

Xalq Bank 2-ci rübün yekunlarını açıqladı

Bank Respublika-nın bütün əsas maliyyə göstəricilərində artım olub

"PAŞA Bank" 2025-ci ilin 1-ci yarısını xalis mənfəət ilə bağlayıb
