Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

“Yapı Kredi Bank Azərbaycan”a yeni sədr təyin olunub

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Yapı Kredi Bank Azərbaycan”a yeni sədr təyin olunub

Mete Şamil Öztürk “Yapı Kredi Bank Azərbaycan” QSC-də İdarə Heyətinin Sədri, Baş Direktor vəzifəsinə təyin olunub. 

Bankın yaydığı press-relizdə bildirilir ki, Mete Şamil Öztürk bakalavr təhsilini Anadolu Universitetinin İqtisadiyyat və İnzibati Elmlər fakültəsində tamamlamışdır. Peşəkar karyerasına 1996-cı ildə “Dış Ticarət Bankası” A.Ş-də maliyyə analizi mütəxəssisi kimi başlayan Mete Şamil Öztürk maliyyə və bankçılıq sahəsində 25 ildən artıq təcrübəyə malikdir.

Reklam_3_11

1998-2001-ci illərdə o, eyni bankda kommersiya marketinq müdiri kimi fəaliyyət göstərmiş, daha sonra “Koç Bank” A.Ş-də kommersiya portfeli müdiri (2001-2005) və Filial müdiri (2005-2006) vəzifələrində çalışmışdır. Mete bəy 2006-2016-cı illərdə “Yapı ve Kredi Bankası” A.Ş-nin müxtəlif filiallarına rəhbərlik etmiş, 2016-2022-ci illər ərzində isə Bankın Ege, Akdeniz, Beyoğlu və Haliç regionlarının Kommersiya Bankçılığı üzrə regional müdiri olmuşdur.

Mete Şamil Öztürk “Yapı Kredi Bank Azərbaycan” QSC-yə təyinatına qədər isə İstanbul Avropa Şimal Regionunun müdiri kimi “Yapı ve Kredi Bankası” A.Ş-də fəaliyyət göstərmişdir.

Mete Şamil Öztürk
16.05.2025 11:22
📲 İndi
Marja.az-ın WhatsApp kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.

♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ