“Aztelekom” MMC-nin yenidən təşkili qeydə alınıb
“Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi”nin (AZCON) tərkibində fəaliyyət göstərən “Aztelekom” MMC “Bakı Telefon Rabitəsi” MMC, “AzEvroTel” MMC, Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi “Aztelekom” İstehsalat Birliyinin Beynəlxalq Avtomat Telefon Stansiyası, Gəncə Telekommunikasiya İdarəsi, “Azərrabitəlayihə” MMC və Sumqayıt Telekommunikasiya Qovşağının ona qoşulması nəticəsində yenidən təşkil edilib.
Bu barədə Marja-ya MMC-dən bildirilib.
Qeyd edilib ki, ynidən təşkil edilmiş qurum “Aztelekom” MMC yuxarıda adıçəkilən təşkilatların hüquqi varisi elan edilib və təsisçisi AZCON müəyyən edilib.
Vahid idarəetmə mərkəzinin yaradılması inzibati proseslərin sadələşdirilməsinə, resurslardan istifadə səmərəliliyinin artırılmasına və dövlət vəsaitləri də daxil olmaqla kapital və əməliyyat xərclərinə daha çox qənaət edilməsinə imkan verəcək. Yenidən təşkilin məqsədi investisiyaların idarə olunmasının, yüksək potensiala malik kadrların cəlbinin, rəqəmsal inkişafı təmin edən layihələrin icrasının vahid mərkəzdən aparılmasıdır.
"Yenidən təşkil təkrarlanan prosesləri aradan qaldıracaq, əməliyyatların daha çevik olmasına və qərarvermə prosesinin sadələşdirilməsinə zəmin yaradacaq.
“Aztelekom” MMC-nin əsas prioritetlərindən biri də strateji məqsədlərin daha yaxşı əlaqələndirilməsinə və uyğunlaşdırılmasına imkan verən idarəetmə mexanizminin yaradılmasıdır. Vahid idarəetmə çərçivəsində fəaliyyət göstərməklə şirkət innovasiyaları təşviq edən əməkdaşlıq mühitini də inkişaf etdirəcək.
İdarəetmənin yenidən təşkili alt təşkilatlarda mövcud qoşulma proseslərinin optimallaşdırılması, müştəri məmnuniyyəti və rəqəmsal əlçatanlığın da artırılması ilə nəticələnəcək. Yenidən təşkilin əsas məqsədlərindən biri də müştərilərə təqdim edilən xidmət səviyyəsi və keyfiyyətinin yüksəldilməsidir, - məlumatda bildirilir.
Qeyd edilib ki, uğurla yekunlaşmış “Onlayn Azərbaycan” meqalayihəsinin əsas operatoru olan “Aztelekom” MMC genişzolaqlı və mobil şəbəkə təhlilləri üzrə qlobal şirkət “Ookla” tərəfindən “Ən sürətli Sabit Şəbəkə üzrə Speedtest Mükafatı” (Speedtest Award for Fastest Fixed Network) və rəqəmsal transformasiya məsələləri üzrə 45 illik beynəlxalq təcrübəyə sahib olan nüfuzlu “İDATE” şirkəti tərəfindən “Ev Təsərrüfatlarının Genişzolaqlı İnternetə Qoşulmasının İnkişafı ilə Bağlı Ən Yaxşı Təcrübə” (Best Practice of Home Broadband Development Award) mükafatlarına layiq görülüb. Hər iki mükafat sabit şəbəkə internet provayderinə ölkə tarixində ilk dəfə olaraq təqdim edilib.
Müştərilərin xəbərləri
"Trump Tower Tbilisi" Gürcüstanın paytaxtına nəzər salan möhtəşəm təqdimat gecəsi ilə qlobal arenada debüt edib ®
Azərbaycanda günəş enerjisi və batareya saxlancında yeni böyük əməkdaşlıq - AGEC və Masdar saziş imzalayıb
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
- 4 saat əvvəl
-
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 18 saat əvvəl
- 18 saat əvvəl
-
1 gün əvvəl
1000 manatlıq günəbaxan məhsulunu 6,8 manata sığortalamaq olar – MƏBLƏĞLƏR, ŞƏRTLƏR
- 1 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
Sentyabrın 21-də gözlənilən hava şəraiti
Ceyhun Bayramov ABŞ-a işgüzar səfərə yola düşüb
“Sizin Lombard” ödənişləri “M10”-da
“Əsrin müqaviləsi”nin imzalanmasından 32 il keçir
1000 manatlıq günəbaxan məhsulunu 6,8 manata sığortalamaq olar – MƏBLƏĞLƏR, ŞƏRTLƏR
Ən çox oxunanlar
"Trump Tower Tbilisi" Gürcüstanın paytaxtına nəzər salan möhtəşəm təqdimat gecəsi ilə qlobal arenada debüt edib ®
Azərbaycanda günəş enerjisi və batareya saxlancında yeni böyük əməkdaşlıq - AGEC və Masdar saziş imzalayıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Süni intellekt bizi zənginləşdirəcək, yoxsa sadəcə şirkətləri?






















