“Azərkabel”in rəhbərliyi yenidən seçiləcək, borcları ilə bağlı qərar veriləcək
30 iyun 2025-ci il tarixində Mingəçevir şəhəri, Heydər Əliyev prospekti 65 nömrəli ünvanda “Azərkabel” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.
Növbəti ümumi yığıncağın gündəliyinə aşağıdakı məsələlər daxildir:
1. “Azərkabel” ASC-nin müşahidə şurasının və icra orqanının üzvlərinin yenidən seçilməsi.
2. “Azərkabel” ASC-nin 2024-cü il üzrə illik maliyyə hesabatının müzakirəsi.
3. “Azərkabel” ASC-nin borclarının ödənilməsi yolları, ödəniş qabiliyyətinin bərpası və ya ləğvi məsələsi.
4. Müşahidə Şürasının Əsasnaməsinə əlavə və dəyişiklərin edilməsi.
5. Digər məsələlərin həlli.
Yığıncaqda iştirak edən səhmdarlar qeydiyyatdan keçmək üçün şəxsiyyət vəsiqələri ilə (nümayəndələr səlahiyyətlərini təsdiq edən sənədlə) birlikdə iclas günü saat 9.00-dan 10.30-a qədər qeydiyyat masasına müraciət etməlidirlər.
Qeud edək ki, "Azərkabel" ASC Mingəçevir şəhəri H.Əliyev pr.65 ünvanında yerləşir. Qeyri-dövlət müəssisəsinin istehsal profili kabel istehsalıdır. Zavodun ümumi saqhəsi 16,2 ha, istehsal sahəsi 6,41 ha təşkil edir.
"Azərkabel" zavodu 1954-cü ilin martında tikilməyə başlamışdır. Zavodun tikintisi ilk gündən Mingəçevir SES - Tikinti idarəsi aparmışdır. Azərbaycan SSR Nazirlər Sovetinin 27 noyabr 1957-ci il tarixli 663 saylı sərəncamı və Xalq təsərrüfatı Sovetinin 10 dekabr tarixli 58 saylı qərarı ilə zavod 01 yanvar 1959-cu ildən fəaliyyət göstərən müəssisələr sırasına daxil olmuşdur.
2003-cü ilin sentyabr ayında Cəmiyyətin səhmlərinin 100%-i özəlləşdirilmişdir.
Müştərilərin xəbərləri
"Trump Tower Tbilisi" Gürcüstanın paytaxtına nəzər salan möhtəşəm təqdimat gecəsi ilə qlobal arenada debüt edib ®
Azərbaycanda günəş enerjisi və batareya saxlancında yeni böyük əməkdaşlıq - AGEC və Masdar saziş imzalayıb
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
- 2 saat əvvəl
-
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
-
1 gün əvvəl
1000 manatlıq günəbaxan məhsulunu 6,8 manata sığortalamaq olar – MƏBLƏĞLƏR, ŞƏRTLƏR
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
Sentyabrın 21-də gözlənilən hava şəraiti
Ceyhun Bayramov ABŞ-a işgüzar səfərə yola düşüb
“Sizin Lombard” ödənişləri “M10”-da
“Əsrin müqaviləsi”nin imzalanmasından 32 il keçir
1000 manatlıq günəbaxan məhsulunu 6,8 manata sığortalamaq olar – MƏBLƏĞLƏR, ŞƏRTLƏR
Ən çox oxunanlar
"Trump Tower Tbilisi" Gürcüstanın paytaxtına nəzər salan möhtəşəm təqdimat gecəsi ilə qlobal arenada debüt edib ®
Azərbaycanda günəş enerjisi və batareya saxlancında yeni böyük əməkdaşlıq - AGEC və Masdar saziş imzalayıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Süni intellekt bizi zənginləşdirəcək, yoxsa sadəcə şirkətləri?




















