Azərbaycan ilə AccessBankın ən iri səhmdarı arasında əməkdaşlıq müzakirə edilib
Aprelin 23-də Azərbaycan Respublikasının maliyyə naziri, Asiya İnkişaf Bankının (AİB) Rəhbərlər Şurasının üzvü Sahil Babayev bankın Direktorlar Şurasında Azərbaycanı təmsil edən icraçı direktor xanım Rachel Thompson ilə onlayn formatda görüş keçirib.
Marja.az Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, görüşdə Azərbaycan ilə AİB arasında uzunmüddətli uğurlu əməkdaşlığın önəmi vurğulanıb, hazırda müzakirə mərhələsində olan 2025–2029-cu illər üzrə AİB-in Ölkə Tərəfdaşlığı Strategiyası, hökumətin prioritetlərinə əsaslanan layihələr üzrə gələcək kreditləşdirmə proqramları ilə bağlı fikir mübadiləsi aparılıb.
S.Babayev ölkənin inkişaf ehtiyaclarına uyğun olaraq hökumətin həyata keçirdiyi layihələrdə bankın göstərdiyi dəstəyin əhəmiyyətini qeyd edib, Azərbaycanın AİB-nin sosial təşəbbüslərinə, yoxsulluğun azaldılması səylərinə dəstək vermək üçün fəal donor icmasının üzvü olmağa davam edəcəyini qeyd edib.
Görüş zamanı, gələcək əməkdaşlıq istiqamətləri, o cümlədən Bakı Metropoliteninin genişləndirilməsi, Bakı şəhəri və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun, içməli su təchizatının, su itkilərinin azaldılması və yağış sularının idarə edilməsi sahələrində həyata keçiriləcək layihələrdə, eləcə də dəmir yolu infrastrukturunun modernləşdirilməsi sahəsində əməkdaşlıq imkanları nəzərdən keçirilib.
AİB-nin Azərbaycandakı daimi nümayəndəliyinin rəhbəri xanım Sunniya Durrani-Camal ilə keçirilən görüşdə isə nazir Sahil Babayev bankın Azərbaycandakı nümayəndəliyinin ölkəmizin ehtiyaclarını müəyyənləşdirmək və əməkdaşlığı əlaqələndirmək sahəsindəki rolunu yüksək qiymətləndirib.
Xanım Durrani-Camal AİB-nin mühüm və etibarlı tərəfdaşı kimi Azərbaycanla bundan sonra da əməkdaşlığı genişləndirməyə, ölkənin inkişaf prioritetlərini dəstəkləməyə hazır olduğunu bildirib.
Qeyd edək ki, Asiya İnkişaf Bankı AccessBank-ın nizamnamə kapitalında 19,90% payı ilə Bankın ən iri səhmdarıdır.
Müştərilərin xəbərləri
AmCham-da AI gündəliyi – Cisco süni intellektə hazırlıq və rəqəmsal transformasiya təcrübəsini bölüşüb
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
- 1 gün sonra
-
- 34 d. əvvəl
- 40 d. əvvəl
-
54 d. əvvəl
“LUKOIL-Azərbaycan” mühafizə şirkətlərini tenderə dəvət edir
-
57 d. əvvəl
Volkswagen-dən 100 min işçini əhatə edən sərt qərar – tətil riski artır
- 1 saat əvvəl
-
10 saat əvvəl
ASELSAN Azərbaycanda istehsal müəssisəsi yaradacaq – iki mühüm razılaşma imzalandı
-
13 saat əvvəl
İsrailin müdafiə naziri: "Flydubai" təyyarəsindəki insident terror aktı cəhdi olub
- 13 saat əvvəl
-
14 saat əvvəl
“McDonald’s Azərbaycan” Badamdar qəsəbəsində yeni restoran açıb - FOTO
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Sizin Lombard “Açıq qapı günləri” keçirəcək
Ən çox oxunanlar
ASELSAN Naxçıvanda zavod açacaq
Oktyabrın ilk günlərində hava yağıntılı olacaq, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ
Yeni maliyyə monitorinqi qaydası 3 ay təxirə salındı































