5 şirkətə “Halal” uyğunluq sertifikatı təqdim olundu - ADLARI
Azərbaycan Standartlaşdırma İnstitutunun (AZSTAND) “AZSTANDART Halal” sertifikatlaşdırma orqanı tərəfindən halal sertifikatlaşdırma prosesini uğurla tamamlayan 5 müəssisəyə - paxlava və dondurulmuş künəfə istehsalı üzrə “Köz Künefe 1977-den Hulusi usta” MMC, kolbasa istehsalı üzrə “M&T” LTD və “Zəhmət Ruzi” MMC, süd və süd məhsullarının istehsalı üzrə “Atena” MMC, eləcə də quş əti istehsalı və emalı sahəsində fəaliyyət göstərən “Murad Aqro” MMC -yə “Halal” uyğunluq sertifikatları təqdim olunub.
Marja.az AZSTAND-a istinadən xəbər verir ki, “AZSTANDART Halal” sertifikatlaşdırma orqanı Türkiyə Respublikasının Halal Akkreditasiya Qurumu (HAK) və Azərbaycan Akkreditasiya Mərkəzi (AzAK) tərəfindən akkreditasiya olunub. Akkreditasiya İslam Ölkələrinin Standartlar və Metrologiya İnstitutu (SMIIC) tərəfindən OIC/SMIIC 2:2019 standartı əsasında həyata keçirilib.
“Halal” uyğunluq sertifikatı əldə etmək istəyən sahibkarlar İnstitutun rəsmi internet səhifəsində yerləşdirilmiş https://azstand.gov.az/az/halal-sertifikat-ucun-muraciet linkinə daxil olaraq müraciət formasını tamamlayıb halal@azstand.gov.az elektron ünvanına göndərə bilərlər. Daxil olan müraciət “OIC SMIIC -1:2019 Halal qidaya dair ümumi tələblər” standartı əsasında yoxlanıldıqdan sonra sahibkara aidiyyəti üzrə xidmət göstərilir. Standartın tələbinə uyğun olaraq yoxlama prosesində texniki ekspertlərlə yanaşı, İslam dini məsələləri üzrə mütəxəssis də iştirak edir.
Yekun olaraq rqanın tərkibində yaradılmış Qərarvermə Komissiyasının müvafiq qərarına əsasən beynəlxalq səviyyədə tanınan “Halal” uyğunluq sertifikatı təqdim olunur. Sertifikatın keçərlilik müddəti 3 ildir.
Müştərilərin xəbərləri
Pulunuzu sadəcə saxlamayın? Kapital Bank-ın rəsmisi investisiyanın əsas qaydalarını açıqladı - MÜSAHİBƏ
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
- 1 gün sonra
-
2 saat əvvəl
Avropa İttifaqı 9 oyun şirkəti ilə bağlı araşdırmaya başlayıb
-
2 saat əvvəl
Hörmüz böhranı gübrəni bahalaşdırdı – Qiymət 9 ayda 28,4% artıb
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
4 saat əvvəl
AZAL daha bir “Airbus A321neo” aldı – Donanmadakı təyyarələrin sayı 31-ə çatdı
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Sizin Lombard “Açıq qapı günləri” keçirəcək
Hörmüz böhranı gübrəni bahalaşdırdı – Qiymət 9 ayda 28,4% artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
SOCAR yeni şirkət yaradıb
Ən çox oxunanlar
Bakıdan Tbilisiyə daha ucuz getmək mümkün olacaq, biletlər 36 manatdan başlayacaq - gündə 4 reys olacaq
Azərbaycanda oktyabrın 2-dən 5-dək yağış yağacaq
Yasamalda “kazino mənzili” aşkarlandı, 6 nəfər saxlanıldı - 5 milyon manatdan çox dövriyyə
Oktyabrın 2-də gözlənilən hava şəraiti
Dünya Bankı Orta Dəhlizin inkişafına 1,2 milyard dollar yatıracaq
Axios: ABŞ İran nümayəndə heyətinə “ölkəni dərhal tərk edin” deyib
























