Dollar Avro qarşısında 32 ayın ən aşağı səviyyəsində
Dünən Avropa Mərkəzi Bankı Avro Bölgəsinə dair son iqtisadi proqnozlarını açıqladı. Belə ki, 2017-ci ilə dair iqtisadi inkişaf ehtimalı 1.9%-dən 2.2%-ə qaldırılıb, 2018 və 2019 təxminləri dəyişdirilməyib.
"Marja" xəbər verir ki, iqtisadi inkişafın sürətlənəcəyi xəbəri ilə Avro bahalaşır. Dünən 1.2059 səviyyəsini görən Avro/Dollar məzənnəsi bu gün 1.2085 səviyyəsinə çıxıb. Bu 2015-ci ilin Yanvar ayından bəri ən yüksək səviyyədir (təxminən 32 ayın ən yüksək səviyyəsi).
Digər bir məlumata görə, ABŞ-da işsizlik müavinəti müraciətləri 2012-ci ildən bu yana ən sürətli artıb və bu da dolların ucuzlaşmasına səbəb olub. Müavinət almaq istəyənlərin sayının artması işsizliyin artdığına işarədir.
İqtisadiyyatın 2017-nin ilk yarısında gözlənildiyindən daha artıq sağaldığını dilə gətirən AMB Sədri Mario Draghi, inflyasiyanın gec-tez bankın qiymət sabitliyi ( 2% inflyasiya) hədəfinə çatacağını bildirib.
Draghi pul siyasətinə dair qərarların Oktyabr ayında veriləcəyini bildirib. Bazarlar Avropa Mərkəzi Bankının "ucuz pul" dövrünü başa çatdıracağını gözləyir. Bu səbəbdən də Avro bahalaşır.
Müştərilərin xəbərləri
“İnternational Leasing” yeni sədr ilə fəaliyyətini genişləndirir - nizamnamə kapitalı 2 milyon manata çatdırılıb
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
- 10 saat sonra
- 49 d. əvvəl
-
1 saat əvvəl
"Əgər kimsə ikinci belə ölkə tapsa, onda mənə desin, mən də bilim"
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Dünya Bankından Azərbaycana yeni kredit – bu magistral yol yenidən qurulacaq
-
3 saat əvvəl
Ağdam Sənaye Parkında yeni şirkət - 14,2 milyon manatlıq layihə
-
3 saat əvvəl
Maliyyə nazirinin 1-ci müavini ABB-nin rəhbərliyinə gətirilib
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Sizin Lombard “Açıq qapı günləri” keçirəcək
"Əgər kimsə ikinci belə ölkə tapsa, onda mənə desin, mən də bilim"
Aqrar şirkətin nizamnamə kapitalı yarıdan çox azaldılır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Ən çox oxunanlar
Ağdam Sənaye Parkında yeni şirkət - 14,2 milyon manatlıq layihə
Maliyyə nazirinin 1-ci müavini ABB-nin rəhbərliyinə gətirilib
Sənaye sektoruna verilən kreditlər avqustda cüzi artıb
Banklar ticarət və xidmət sektoruna 8 ayda 205 milyon manat əlavə kredit verib - 4,6 milyard manatı keçib
Tikinti sektoruna verilən kreditləri kəskin artıb






















