Azərbaycanda Bakı Arbitraj Mərkəzi yaradılıb
Bakı Arbitraj Mərkəzi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınıb.
Bakı Arbitraj Mərkəzi Fransanın Paris-Est Creteil Universitenin hüquq üzrə professoru, Paris Vəkillər Kollegiyasının üzvü, Azərbaycan Arbitraj Assosiasiyasının sədri və Azərbaycan Respublikasının Ali məhkəməsinin elmi-məsləhət şurasının üzvü Professor Kəmalə Mehdiyeva tərəfindən təsis olunub.
Kəmalə Mehdiyeva qeyd edir ki, Bakı Arbitraj Mərkəzinin yaradılması ilə ölkədə tərəflər arasında mübahisələrin həll edilməsinin alternativ bir yolu olan arbitrajın inkişafı üçün bütün vacib elementlər – arbitrajla bağlı mütərəqqi hüquqi baza, arbitrajın inkişafı üçün dövlət dəstəyi və yeni yaradılmış arbitraj təşkilatı – artıq formalaşmışdır.
Qeyd edək ki, “Arbitraj haqqında” Azərbaycan Respublikasının Qanunu 2024-cü il 25 yanvar tarixində qüvvəyə minmişdir və arbitraj sahəsində ən müasir təcrübələri əks etdirən “Beynəlxalq Ticarət Arbitrajı haqqında” 1985-ci il tarixli (2006-cı ildə edilmiş dəyişikliklərlə) UNCITRAL Model Qanundan belə daha mütərəqqi xarakter daşıyır. Qanun Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq ticarət hüququ üzrə Komissiyası (UNCITRAL) tərəfindən sınaqdan keçmiş və Komissiya həmin Qanunun mütərəqqi beynəlxalq təcrübəni əks etdirən və beynəlxalq arbitraj sahəsində vahid standartlar müəyyən edən “Model Qanuna” uyğun olduğunu təsdiqlənib.
Bakı Arbitraj Mərkəzin yaradılması dövlət-özəl tərəfdaşlığının ən önəmli təzahürlərindən biridir. Belə ki, dövlət iqtisadi subyektlər arasında, xüsusilə xarici elementli mubahisələrin dövlət məhkəmələri tərəfindən deyil, qeyri-dövlət qurumu – arbitraj təşkilatları vasitəsilə həll olunmasına yol açır. Qeyd edilməlidir ki, “Arbitraj haqqında” Qanunun layihəsi “Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 13 iyul tarixli 2199 nömrəli Sərəncamı ilə yaradılmış Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın təsdiq etdiyi “Dünya Bankı Qrupunun “Əlverişli Biznes Mühiti” layihəsinin “Mübahisələrin həlli” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin həyata keçirilməsinə dair 2022-2023-cü illər üzrə Yol Xəritəsi”nin icrasının təmin edilməsi məqsədi ilə hazırlanıb.
Eyni zamanda, arbitrajın təşəkkülü ölkədə sahibkarlığın inkişafına, Azərbaycanın investisiya məkanı kimi cəlbedəcəliyinə, o cümlədən dövlət iqtisadiyyatına və ölkədə hüquq sisteminin möhkəmlənməsinə töhfə verəcək. Bu kontekstdə, arbitraj institutlarının yaradılması və inkişafı mübahisələrin effektiv həlli üçün mühüm mexanizm rolunu oynayır.
Kəmalə Mehdiyevanın fikrincə, Bakı Arbitraj Mərkəzin yaradılması önəmli bir təşəbbüsdür. O qeyd edir ki, danılmaz həqiqətdir ki, iqtisadi münasibətlərin qloballaşması fenomeni mübahisələrin həllinin spesifik üsulunun - arbitrajın inkişafına səbəb olub və Bakı Arbitraj Mərkəzin fəaliyyəti ölkəmizdə və regionda arbitraj mexanizmini inkişaf etdirməyə imkan verəcək və bununla da Azərbaycan Respublikasında əlverişli biznes və investisiya mühitinin təşviq edilməsinə töhfə verəcək.
Müştərilərin xəbərləri
“İnternational Leasing” yeni sədr ilə fəaliyyətini genişləndirir - nizamnamə kapitalı 2 milyon manata çatdırılıb
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
- 4 saat sonra
- 5 saat əvvəl
-
6 saat əvvəl
KPMG şirkəti Azərbaycan da daxil olmaqla 6 ölkə üzrə rəhbər təyin edib
- 7 saat əvvəl
-
8 saat əvvəl
"Əgər kimsə ikinci belə ölkə tapsa, onda mənə desin, mən də bilim"
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Dünya Bankından Azərbaycana yeni kredit – bu magistral yol yenidən qurulacaq
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Sizin Lombard “Açıq qapı günləri” keçirəcək
"Əgər kimsə ikinci belə ölkə tapsa, onda mənə desin, mən də bilim"
Bakı–Quba və Bakı–Qusar marşrutlarını bu şirkət işlədəcək
Ən çox oxunanlar
Aqrar şirkətin nizamnamə kapitalı yarıdan çox azaldılır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Ağdam Sənaye Parkında yeni şirkət - 14,2 milyon manatlıq layihə
Maliyyə nazirinin 1-ci müavini ABB-nin rəhbərliyinə gətirilib


























