Aqrar Subsidiya Şurası subsidiya əmsalları ilə bağlı yeni qərarlar qəbul edib
Aqrar Subsidiya Şurası əkin subsidiyasının alınması üçün sığortalanması tələb olunan bitkilərin siyahısı və onların əkin sahəsinin minimum ölçüsü ilə bağlı qərar qəbul edib
Aqrar Subsidiya Şurası əkin subsidiyasının alınması üçün sığortalanması tələb olunan bitkilərin siyahısı və onların əkin sahəsinin minimum ölçüsü ilə bağlı qərar qəbul edib
Marja.az Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir ki, Aqrar Subsidiya Şurası tərəfindən Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”nın 2.4.1-ci yarımbəndinə müvafiq olaraq əkin subsidiyasının əldə edilməsi üçün aqrar sığorta predmetinə aid bitkilərdən sığortalanması tələb olunan bitkilərin siyahısı və onların əkin sahələrinin minimum ölçüsünə dair aşağıdakı qərarlar qəbul edilmişdir:
- Birillik bitkilər üzrə əsas əkin subsidiyası və təkrar əkin subsidiyalarının ödənilməsi üçün ayrı ayrılıqda cəmi əkin sahəsi 10 hektar və ya daha artıq olan arpa, buğda, çəltik və qarğıdalı əkinləri;
- -Çoxillik bitkilər üzrə Şuranın 2024-cü il 29 avqust tarixli Qərarının 2.14.1-ci yarımbəndi ilə müəyyən edilmiş əkin əmsalı üzrə üzüm, 2.15.1-ci yarımbəndi ilə müəyyən edilmiş əkin əmsalı üzrə çay, 2.16.1.1-2.16.1.6-cı yarımbəndləri ilə müəyyən edilmiş əkin əmsalları üzrə fındıq, nar, zeytun, limon, kinkan, narıngi, portağal, şaftalı (nektarin) və ərik, habelə 2.16.1.8–2.16.1.13-cü abzasları ilə müəyyən edilmiş əkin əmsalları üzrə armud, alma, gilas, xurma(xirnik), badam və qoz əkinləri, bu bağların salınması üçün müəyyən edilən minimum hektarlara müvafiq olaraq sığortalanmalıdır.
Naxçıvan Muxtar Respublikasında aqrar sahə üzrə subsidiyaların verilməsi Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”nın 2.4-cü bəndinə müvafiq olaraq Aqrar Subsidiya Şurası tərəfindən müəyyən edilən əmsallara uyğun olaraq ödəniləcək.
Aqrar Subsidiya Şurasının qərarına əsasən 2024-cü il sentyabrın 1-dən 2025-ci il mayın 31-dək:
- -Naxçıvan iqtisadi rayonunda dəniz səviyyəsindən 800 metrdən yuxarı olmayan ərazilərdə yerləşən, hər hektarından azı 2 nöqtədə (nümunə koordinatlar qeyd edilməklə) 2 qatdan (0-30 sm, 30-60 sm) götürülmüş torpaq nümunələrində torpağın elektrik keçiriciliyi göstəricisi 2,0 dS/m-dən az olan torpaqlarda çəyirdəksiz süfrə üzüm sortlarından olan tinglərin bir torpaq sahəsində (parseldə) və ya bir neçə torpaq sahəsindən (parseldən) ibarət vahid ərazidə əkilən, sahəsi azı 2 hektar olan və 1 hektara minimum 1600 ədəd sertifikatlı (calaqaltı və calaqüstü sortunu təsdiq edən) tingin əkildiyi, bağın salındığı 1-ci ildə “V” və ya çardaq şəkilli dirək sistemi (şpaler) qurulmuş, “Aqrar sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq sığortalanan üzüm bağlarının hər hektarına görə 14700 manat;
- -Naxçıvan iqtisadi rayonunda dəniz səviyyəsindən 800 metrdən yuxarı olmayan ərazilərdə yerləşən hər hektarından azı 2 nöqtədə (nümunə koordinatlar qeyd edilməklə) 2 qatdan (0-30 sm, 30-60 sm) götürülmüş torpaq nümunələrində elektrik keçiriciliyi göstəricisi 2,0 dS/m-dən az olan bir torpaq sahəsində (parseldə) və ya bir neçə torpaq sahəsindən (parseldən) ibarət vahid ərazidə salınan, cəmi sahəsi ən azı 3 hektar olan və 1 hektara minimum 2500 ədəd sertifikatlı (calaqaltı və calaqüstü sortunu təsdiq edən) tingin əkildiyi, bağın salındığı 1-ci ildə dirək sistemi (şpaler) qurulmuş hiper-intensiv şaftalı (nektarin) bağlarının hər hektarına görə 24500 manat əkin subsidiyası veriləcəkdir.
- -Naxçıvan iqtisadi rayonunda dəniz səviyyəsindən 900 metrdən yuxarı olmayan ərazilərdə yerləşən hər hektarından azı 2 nöqtədə (nümunə koordinatlar qeyd edilməklə) 2 qatdan (0-30 sm, 30-60 sm) götürülmüş torpaq nümunələrində elektrik keçiriciliyi göstəricisi 2,0 dS/m-dən az olan bir torpaq sahəsində (parseldə) və ya bir neçə torpaq sahəsindən (parseldən) ibarət vahid ərazidə salınan, cəmi sahəsi ən azı 3 hektar olan və 1 hektara minimum 2500 ədəd sertifikatlı (calaqaltı və calaqüstü sortunu təsdiq edən) tingin əkildiyi, bağın salındığı 1-ci ildə dirək sistemi (şpaler) qurulmuş hiper-intensiv ərik bağlarının hər hektarına görə 24500 manat əkin subsidiyası veriləcəkdir.
- -Naxçıvan iqtisadi rayonunda dəniz səviyyəsindən 800 metrdən yuxarı olmayan ərazilərdə yerləşən hər hektarından azı 2 nöqtədə (nümunə koordinatlar qeyd edilməklə) 2 qatdan (0-30 sm, 30-60 sm) götürülmüş torpaq nümunələrində torpağın elektrik keçiriciliyi göstəricisi 3,0 dS/m-dən az olan torpaqlarda 1 hektara minimum 400 ədəd tingin əkildiyi intensiv püstə bağlarının hər hektarına görə 6300 manat əkin subsidiyası veriləcəkdir.
- -Naxçıvan iqtisadi rayonunda dəniz səviyyəsindən 900 metrdən yuxarı olmayan ərazilərdə yerləşən bir torpaq sahəsində (parseldə) və ya bir neçə torpaq sahəsindən (parseldən) ibarət vahid ərazidə dirək sistemi (şpaler) ilə salınan, sahəsi azı 3 hektar olan və 1 hektara minimum 2770 ədəd sertifikatlı tingin əkildiyi hiper-intensiv armud bağlarının hər hektarına görə 25200 manat əkin subsidiyası veriləcəkdir.
- -Naxçıvan iqtisadi rayonunda dəniz səviyyəsindən 800-1100 metr aralığındakı hündürlükdəki ərazilərdə yerləşən bir torpaq sahəsində (parseldə) və ya bir neçə torpaq sahəsindən (parseldən) ibarət vahid ərazidə dirək sistemi (şpaler) ilə salınan, sahəsi azı 2 hektar olan və 1 hektara minimum 4000 ədəd sertifikatlı tingin əkildiyi hiper-intensiv alma bağlarının hər hektarına görə 32200 manat əkin subsidiyası veriləcəkdir.
- -Naxçıvan iqtisadi rayonunda dəniz səviyyəsindən 800 metrdən yuxarı olmayan ərazilərdə yerləşən hər hektarından azı 2 nöqtədə (nümunə koordinatlar qeyd edilməklə) 2 qatdan (0-30 sm, 30-60 sm) götürülmüş torpaq nümunələrində elektrik keçiriciliyi göstəricisi 2,0 dS/m-dən az olan bir torpaq sahəsində (parseldə) və ya bir neçə torpaq sahəsindən (parseldən) ibarət vahid ərazidə salınan, sahəsi azı 3 hektar olan və 1 hektara minimum 650 ədəd sertifikatlı tingin əkildiyi intensiv xurma (xirnik) bağlarının hər hektarına görə 7000 manat əkin subsidiyası veriləcəkdir.
- -Naxçıvan iqtisadi rayonunda dəniz səviyyəsindən 800 metrdən yuxarı olmayan ərazilərdə yerləşən hər hektarından azı 2 nöqtədə (nümunə koordinatlar qeyd edilməklə) 2 qatdan (0-30 sm, 30-60 sm) götürülmüş torpaq nümunələrində torpağın elektrik keçiriciliyi göstəricisi 2,0 dS/m-dən az olan bir torpaq sahəsində (parseldə) və ya bir neçə torpaq sahəsindən (parseldən) ibarət vahid ərazidə salınan, sahəsi azı 1 hektar olan və 1 hektara minimum 650 ədəd sertifikatlı tingin əkildiyi intensiv badam bağlarının hər hektarına görə 7350 manat əkin subsidiyası veriləcəkdir.
- -Naxçıvan iqtisadi rayonunda dəniz səviyyəsindən 700-1100 metr aralığındakı hündürlükdəki ərazilərdə yerləşən bir torpaq sahəsində (parseldə) və ya bir neçə torpaq sahəsindən (parseldən) ibarət vahid ərazidə salınan, sahəsi ən azı 5 hektar olan və 1 hektara minimum 350 ədəd sertifikatlı tingin əkildiyi intensiv qoz bağlarının hər hektarına görə 5600 manat əkin subsidiyası veriləcəkdir.
- -Naxçıvan iqtisadi rayonunda dəniz səviyyəsindən 700-1100 metr aralığındakı hündürlükdəki ərazilərdə yerləşən bir torpaq sahəsində (parseldə) və ya bir neçə torpaq sahəsindən (parseldən) ibarət vahid ərazidə salınan və sahəsi azı 5 hektar olan və 1 hektara minimum 1000 ədəd sertifikatlı tingin əkildiyi (ocağın olduğu) intensiv fındıq bağlarının hər hektarına görə 8050 manat;
- -Qeyd edilən bağlara (püstə bağları istisna olmaqla) görə əkin subsidiyasının alınması üçün bu bağların “Aqrar sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq sığorta edilməsi tələb olunur.
- -Bağın salınmasına görə əkin subsidiyasının alınması üçün bağların salınmasında istifadə edilən tinglər fitosanitar cəhətdən reqlamentdə qeyd olunmuş zərərli orqanizmlərdən azad olmalıdır.
Aqrar Subsidiya Şurasının qərarına əsasən Naxçıvan Muxtar Respublikasında verilən məhsul subsidiyası siyahısı genişlənir:
-2025-ci ildə məhsul subsidiyası 5 bitki (tütün, şəkər çuğunduru, soya, qarğıdalı və günəbaxan) üzrə aşağıdakı əmsallara uyğun olaraq veriləcəkdir:
Aqrar Subsidiya Şurası tərəfindən 2025-ci ildə bitkiçilik məhsullarına subsidiya verilməsi üzrə şərtlərdə və əmsallarda bir sıra dəyişikliklərin edilməsi ilə bağlı qərar qəbul edilmişdir.
- -Qaragilə (mavigilə) bitkisi üzrə əkin subsidiyası Şirvan-Salyan, Dağlıq Şirvan, Abşeron-Xızı və Lənkəran-Astara iqtisadi rayonları ilə yanaşı Quba-Xaçmaz iqtisadi rayonunda əkilən bitkilərə də veriləcək. Şuranın Qərarına müvafiq oaraq torf və perlit qarışığında dibçəklərdə əkilən Qaragilə (mavigilə) bağlarına 15000 manat məbləğində əkin subsidiyası verilməsi ilə yanaşı turşuluq (PH) səviyyəsi 6.5-dən artıq olmayan torpaqlarda 1 hektara minimum 3400 ədəd tingin əkildiyi damcı suvarma sistemi ilə təmin olunmuş qaragilə (mavigilə) bağlarına 7500 manat məbləğində əkin subsidiyası veriləcəkdir.
- -Şuranın 2024-cü il 29 avqust tarixli Qərarının 2.14.1-ci yarımbəndi ilə müəyyən üzüm, 2.15.1-ci yarımbəndi ilə müəyyən edilmiş çay, habelə 2.16.1.1-2.16.1.13-cü yarımbəndləri ilə müəyyən edilmiş intensiv meyvə bağları üzrə əkin əmsalları 15 hektar və ya daha artıq sahədə əkildikdə bu bəndlərlə müəyyən edilmiş əkin subsidiyasının alınması üçün fermerlər tərəfindən həmin bağlarda iqlim stansiyası qurulması tələb olunur. Müvafiq şərt və Şuranın 2024-cü il 29 avqust tarixli Qərarının 2.14.1-ci yarımbəndi ilə müəyyən edilən əkin əmsalı üzrə üzüm bağlarının salınması şərtləri 2025-ci il 1 yanvar tarixindən sonra salınan bağlara şamil ediləcək.
- -Şuranın 2025-cü il üzrə bitkilər və regionlara görə əkin, məhsul və toxum əmsallarının, toxum və ting kvotalarının və əkin ehtiyaclarının müəyyən edilməsinə dair 2024-cü il 29 avqust tarixli Qərarının 3-cü bəndi ilə müəyyən şəkər çuğunduru üçün məhsul əmsalı müasir suvarma sistemi ilə təmin olunmuş əkin sahələri üzrə 19 manatdan 22 manata, müasir suvarma sistemi ilə təmin olunmamış əkin sahələri üzrə 18 manatdan 19 manata qədər artırılmışdır.
2025-ci ildə Naxçıvan iqtisadi rayonunda əkin əmsalları və əkin subsidiyasının məbləği kənd təsərrüfatı bitkiləri üzrə aşağıdakı kimi müəyən edilmişdir:
Marja.az-ın WhatsApp kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri

Kapital Bank liderləri Money 20/20 Europe forumunda və beynəlxalq təcrübə mübadiləsində iştirak etdilər
SON XƏBƏRLƏR
-
2 gün sonra
Regionun aparıcı innovasiya festivalı üçün biletlər artıq satışdadır ®
-
7 saat əvvəl
“PAŞA Holding” Qurban Bayramı münasibətilə şəhid övladlarına bayram sovqatları çatdırır
-
1 gün əvvəl
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstəyini davam etdirir
-
📲 İndi
Marja.az-ın WhatsApp kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az -
1 gün əvvəl
Qızıl Dəyərində İdarəetmə və Liderlik - METAK 4-cü dəfə bu nüfuzlu mükafata layiq görüldü
-
1 gün əvvəl
Facility Management Group (FMG) Qurban bayramını uşaqlarla birlikdə qeyd etdi
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"40 milyon manatlıq məhsula zərər dəyməsi ilə bağlı müraciət daxil olub"
- 1 gün əvvəl
-
1 gün əvvəl
BYD Avropada ultra sürətli enerji doldurma şəbəkəsi qurmağı planlaşdırır
Son Xəbərlər

“PAŞA Holding” Qurban Bayramı münasibətilə şəhid övladlarına bayram sovqatları çatdırır

NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstəyini davam etdirir

Kapital Bank liderləri Money 20/20 Europe forumunda və beynəlxalq təcrübə mübadiləsində iştirak etdilər

m10 yenilənir!

Özünü plastik cərrah kimi təqdim edən Nihad Aslanova görə hüquq-mühafizə orqanlarına müraciət ediləcək

Azərbaycan Çinə toyuq ayaqları ixrac edəcək

Avropa Mərkəzi Bankı faiz qərarını açıqladı

Azərbaycan Çində yeni ticarət və şərab evləri aça bilər

10 İyun tarixi üçün rəsmi məzənnə müəyyən olunub

Azərbaycanla Çin arasında birgə müəssisə yaradılacaq
