Bayram günlərində hotellərin doluluğu və qiymətləri nə qədər olub?
Yeni il və Həmrəylik Günü bayramlarında Azərbaycanın regionlarında fəaliyyət göstərən yüksək kateqoriyalı hotellərdə doluluq səviyyəsi 92-95 % arasında olub.
Bunu "Azərbaycan Hotellər və Restoranlar Assosiasiyası"nın İdarə Heyətinin sədri və "Ekoturizm Assosiasiyası"nın icraçı direktoru Samir Dübəndi Azərbaycanda turizm sektorunun 2024-cü ilin sonu və 2025-ci ilin əvvəlində qeyd edilən bayram günləri boyunca yerli və xarici turist axını ilə bağlı hotellərin doluluq səviyyəsini şərh edərkən bildirib.
Onun sözlərinə görə, populyar turizm destinasiyalarında bu göstərici 65-67 % təşkil edib.
Ekspert bildirib ki, bayram tətili dövründə regionlarda hotellərin doluluq səviyyəsi çox yüksək olub.
O, qiymət artımlarına da diqqət çəkib: “Yüksək kateqoriyalı hotellərdə adi günlərlə müqayisədə 65-75 % artım, ümumi olaraq bayram dövründə 35-50 % qiymət artımı müşahidə olunub. Paytaxt turizmi və buradakı hotellər bayram günlərində daha çox qonaq qəbul edib.”
S.Dübəndi vurğulayıb ki, turizm sektoru beynəlxalq amillərdən ciddi şəkildə asılıdır: “Hazırda beynəlxalq vəziyyət, avia nəqliyyat sahəsindəki problemlər, regionda baş verən hərbi xarakterli hadisələr, quru sərhədlərin bağlı qalması turizmin normal inkişafına mənfi təsir edir. Vaxtı ilə sovet dövründə sərhədlər ciddi nəzarət altında olsa da, turist mübadiləsi mümkün idi. Dəmir yolu nəqliyyatı bu baxımdan əhəmiyyətli vasitədir”.
"Azərbaycan Turizm Peşəkarları Təşkilatı" İctimai Birliyinin sədri Ceyhun Aşurov isə bu məsələni şərh edərkən bildirib ki, bayram tətili ölkə daxilində həm xarici, həm də yerli turistlərin aktivliyi ilə yadda qalıb.
Onun sözlərinə görə, bayram günləri hər il olduğu kimi hotellərin doluluğu ilə yadda qalıb: “Xüsusən rayonlarda xaricdən gələn turistlərin sayı artıb. Amma bəzi ölkələrdən, xüsusən Rusiya bazarından rezervasiyaların ləğvini müşahidə etdik. Bu da aviasiya sahəsindəki məlum hadisə (AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi ötən ilin dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.Hər iki pilot da daxil olmaqla 3 ekipaj üzvü həlak olub, iki ekipaj üzvü isə sağ qalıb - red ) ilə bağlı idi”.
O qeyd edib ki, uzun tətil dövrləri insanların səyahət planlarını dəqiqləşdirməsinə imkan yaradır: “2024-cü il turizm bazarının bərpa ili kimi yadda qalıb. 2019-cu ilin səviyyəsinə tam çatılmasa da, ona yaxın göstəricilər qeydə alındı. 2023-lə müqayisədə daxili turizm bazarı 30 % artıb. Ümid edirik ki, 2025-ci ildə turizm bazarı tam bərpa olunacaq”.
Sonda belə nəticəyə gəlmək olar ki, Azərbaycan turizm sektoru bayram günləri yeni dirçəliş ümidini bir daha təsdiqləyib. Lakin beynəlxalq siyasi gərginlik, nəqliyyat sektorundakı məhdud imkanlar və qanunvericilikdəki çətinliklər sektorun tam potensialını reallaşdırmasına mane olur.
Ekspertlər quru sərhədlərin açılması, beynəlxalq nəqliyyat şəbəkələrinin genişləndirilməsi və daxili bazarın modernizasiyası istiqamətində təkliflər irəli sürürlər.
© “Report”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 4 gün sonra
-
- 4 saat əvvəl
-
5 saat əvvəl
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
6 saat əvvəl
Son 2 ildə 163 minə yaxın avadanlığın idxalına icazə verilib
-
6 saat əvvəl
Unibankın 0 % komissiyalı, 2 % endirimli kredit kampaniyası davam edir
-
6 saat əvvəl
Kreditini Birbank-a gətirənlər 3% endirim qazanır - kampaniya davam edir
-
6 saat əvvəl
Dövlət qurumu "T.T.Ş.-İNŞAAT" şirkətinə 38 milyon manatlıq sifariş verildi
- 7 saat əvvəl
-
8 saat əvvəl
İl ərzində “Qadın Dəstək Xətti”nə müraciətlərin sayı 2,5 dəfə artıb
- 9 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Hibrid iş rejimində daxili kommunikasiyanın rolu
Ən çox oxunanlar
İl ərzində “Qadın Dəstək Xətti”nə müraciətlərin sayı 2,5 dəfə artıb
Yanvarın 27-də gözlənilən hava şəraiti
Dünya Bankı Bakı Dəniz Limanının 2-ci mərhələsi üzrə işlərdə iştirakı müzakirə edilib
Ötən il daha bir bankın kredit portfeli 1 milyard manatı aşıb
Apple şirkəti fevralda Gemini-nin dəstəklədiyi Siri-ni təqdim edəcək
"Grill House" restoranının sahibi saxlanılıb











.jpg)










