İki gün ərzində vətəndaşların bank kartlarından 149 min manata yaxın pul oğurlanıb
İki gün ərzində vətəndaşların bank kartlarından 149 min manata yaxın pul oğurlanıb. Dekabrın 19-20 tarixlərində ayrı-ayrı vətəndaşlara məxsus bank kartlarından 50 min, 13 min, 10 min, 8 min 650, 8 min 400, 4 min 715, 4 min 700, 7 min 250, 4 min 000, 3 min 900, 3 min 572, 3 min 500, 2 min 360, 2 min 340, 2 min 396, 2 min 397, 2 min 300, 2 min 200, 1 960, 1 886, 1 500, 1 480, 1 480, 1 300, 1 150, 9 00, 850, 750, 740, 570, 410, 400, 378, 200, 170, 130, 100, 97, 51, 50 manat oğurlanıb.Bank işçiləri heç vaxt bankın göndərdiyi SMS-də kart kodu, PİN kodu və ya digər kod, məlumatlar tələb etmirlər. Yalnız fırıldaqçılar gizli kodlarla maraqlanır. Məhz bu üsulla, xarici nömrələrdən zəng olunmaqla, “bankdandır, bank kartınıza müdaxilə var” adı ilə talama halları var və geniş vüsət alıb.
Marja xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi Elşad Hacıyev bildirib.
O qeyd edib ki, bu metodlarla dekabrın 19-20 tarixlərində ayrı-ayrı vətəndaşlara məxsus bank kartlarından 50000, 13000, 10000, 8650, 8400, 4715, 4700, 7250, 4000, 3900, 3572, 3500, 2360, 2340, 2396, 2397, 2300, 2200, 1960, 1886, 1500, 1480, 1480, 1300, 1150, 900, 850, 750, 740, 570, 410, 400, 378, 200, 170, 130, 100, 97, 51, 50 manat oğurlanıb.
"Elə zərərçəkmişlər var ki, özündə olan digər kartların da məlumatlarını verib ki, xahiş edirəm, buna da baxın, karta müdaxilə varsa, aradan qaldırın. Nəticədə həmin kartlarda olan vəsaitlər də oğurlanıb.
Heç bir halda şəxsi olan, məxfilik daşıyan bank kartı məlumatlar qarşı tərəfə-naməlum şəxsə verilə bilməz, çünki bu məlumatlarla maraqlanan şəxsin məqsədi pullarınızı talamaqdır", - Hacıyev qeyd edib.
Müştərilərin xəbərləri
“İnternational Leasing” yeni sədr ilə fəaliyyətini genişləndirir - nizamnamə kapitalı 2 milyon manata çatdırılıb
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Neft məhsulları ilə bağlı yaşanan böhran daha da dərinləşəcək"
-
1 gün əvvəl
"Bu günə qədər Qarabağın və Şərqi Zəngəzurun inkişafına 28 milyard manat vəsait ayırmışıq"
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
KPMG şirkəti Azərbaycan da daxil olmaqla 6 ölkə üzrə rəhbər təyin edib
- 1 gün əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Oktyabrın 4-də gözlənilən hava şəraiti
"Bu günə qədər Qarabağın və Şərqi Zəngəzurun inkişafına 28 milyard manat vəsait ayırmışıq"
Azərbaycan neftinin son qiyməti
Sizin Lombard “Açıq qapı günləri” keçirəcək
Ən çox oxunanlar
"Bizə heç kimin köməyi, himayədarlığı lazım deyil. Silah alanda bizə bir dollar güzəşt etməyiblər, hətta bir neçə dəfə baha satıblar"
ABŞ-da işə qəbul kəskin zəifləyib, işsizlik artıb
"Əgər kimsə ikinci belə ölkə tapsa, onda mənə desin, mən də bilim"
Bakı–Quba və Bakı–Qusar marşrutlarını bu şirkət işlədəcək
Aqrar şirkətin nizamnamə kapitalı yarıdan çox azaldılır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib























