“Kristal Abşeron”: 4500-ə qədər ailənin haqları tapdalanır

“Kristal Abşeron” tikinti şirkəti yaşayış binalarında mərkəzi istilik sisteminin aylıq ödənişlərinin artırılması barədə bəzi xəbər saytlarında yayılan xəbərə münasibət bildirib.
Şirkətdən “Marja”ya daxil olmuş açıqlamada deyilir:
-Son zamanlar bəzi xəbər saytlarında yayılan qərəzli yazılara cavab olaraq bildirmək istəyirik ki, şirkətimizin inşa etdiyi yaşayış binalarında mərkəzi istilik sisteminin aylıq ödənişlərinin artırılması tamamən MTK-dan asılı olmayan səbəblərdən qaynaqlanmaqdadır.
MÜRACİƏT ETDİK VƏ CAVAB VERİLDİ Kİ....
Bildiyiniz kimi Tarif Şurasının qərarına əsasən təbii qazın əhali üzrə illik istehlak həcmi 1700 kub metrə qədər olan hissəsi 0.10AZN qiymətlə, 1700 kub metrdən artıq olan hissəsi isə iki dəfə artırılaraq hər kub metr üçün 0.20AZN məbləğində təyin edilib. Bu qərar qeyri-əhali üçün heç bir güzəşt edilmədən 01.12.2016-ci il tarixdən əhali üçün isə 01.01.2017-ci il tarixdən etibarən qüvvəyə minib. Qərardan sonra isə Tarif Şurası MTK-nın sakinlərin mənzillərini qızdırılması və isti su təminatı üçün istifadə etdiyi təbii qazın qiymətini 2 dəfə artırılmış qiymətlə yəni 1 kub metr üçün 0.20 AZN-lə hesablanacağını bildirib. Nəzərə alsaq ki, MTK-nın müraciətinin əsası sakinlərə verilməli olan illik limitin MTK-nın inşa etdiyi binalarda faktiki yaşayış olan mənzil sayına uyğun olaraq MTK-ya verilməsi təşkil edir, şirkət müraciət əsasında Tarif Şurasından müsbət cavab gözləyirdi. Şirkətin müraciətinə Tarif Şurasından müsbət cavab gəlmədiyinə baxmayaraq şirkət məsələnin həlli ilə bağlı daha bir müraciət ünvanlayıb.
Bununla bağlı şirkətimiz tərəfindən Tarif Şurasına 06.12.2016-cı il tarixində müraciət olunub (müraciət məktubu əlavədədir). Müraciətdə göstərilib ki, MTK-nın inşa etdiyi binalarda yüzlərlə orta və aztəminatlı ailələr yaşayır. Müraciətə cavab olaraq bildirilib ki, (Tarif Şurasının müraciətimizə cavabı əlavədədir) qeyri- əhali istehlakçı qrupları o cümlədən mərkəzləşdirilmiş qaydada istilik təhcizati xidməti göstərən subyektlər üzrə təbii qazın pərakəndə satış tarifi bir kub metr üçün 20 qəpik təsdiq edilmişdir.
“LİMİT MTK-ya VERİLMƏDİYİNDƏN QİYMƏT QALDIRILIB”
Fiziki şəxslər üçün verilən illik 1700 kub metr limitin MTKya verilməməsi səbəbindən MTK qazanxana, işçi, qaz və digər xərcləri qarşılamaq üçün istilik sistemi üçün təyin olunan mənzilin 1 kv. metri üçün 0.40 AZN məbləği 0.70AZN-ə qaldırmaq məcburiyyətində qalıb.
“Şirkətimiz öz sakinləri üçün sadəcə Xırdalan layihəsində 8 qazanxana inşa edib və bütün lazımı avadanlıqlarla təmin edib. İnşa edilmiş qazanxanalar sadəcə komplekslərdə yaşayan sakinlərin mərkəzi istilik və isti su ilə təmin edilməsinə xidmət edir, heç bir kommersiya məqsədi daşımır. Şirkətimiz bu təminat üçün xərclənən aylıq ödənişləri tam şəffaflıqla istənilən zaman təqdim etməyə hazırdır.
"Baxmayaraq ki, qazanxanalar əhaliyə xidmət üçün nəzərdə tutulub Tarif Şurasının cavab məktubunda isə tam əksi qeyd edilib. Bu isə komplekslərimizdə yaşayan 4500-ə qədər ailənin haqqlarının tapdalanması deməkdir".
NAZİRLİK: İNSANLAR KOMBİ İLƏ QIZINSINLAR
Qısa bir hesablama edək: Bir ailə gündəlik ehtiyyacları qarşılamaq üçün (yemək bişirilməsi və s. ) orta hesabla ayda 10 kub metr təbii qaz istifadə etməkdədir. Bu illik təxminən 120 kub metr təbii qaz istifadəsi deməkdir. Belə olduğu halda MTK sakinləri dövlət tərəfindən ayırılmış 1580 kub metr təbii qazı istifadə etməmiş olur. MTK-nın tələbi isə sadəcə sakinlərin istifadəsindən artıq qalan limitin onların mənzillərinin isidilməsi və daimi isti su ilə təminatı üçün MTK-nın balansına verilməsidir.
Bəzi müraciətlərdə bildirilir ki, insanlar mənzillərini şəxsi hesablarına çəkməli olduqları kombi sistemi ilə qızdırsınlar. Nəzərə alsaq ki bu sistemlər tamamən idxal məhsullarıdır, sistemin bir mənzil üçün qurulması ailəyə bu gün 2000 - 2500 manata başa gələcəyi hamıya məlumdur. Sistemi qurmaqla da iş bitmir. Sistemin illik servis xərcləri, balkonlardan çıxan zəhərli qazların mənzillərə dolması, binaların fasadına dolayısı ilə də şəhərimizin görkəminə vurulacaq ziyan, sistemin təhlükəsizliyinin təmin edilməsi kimi amillər kombi sisteminin qurulmasının heç də asan və sərfəli bir təklif olmadığının sübutudur”.
« KRISTAL ABŞERON» Mənzil Tikinti Kooperativi
№ 409 06 dekabr 2016 – ci il
Azərbaycan Respublikası
Tarif (qiymət) Şurasının sədri
Cənab Ş.Mustafayevə
Məlumat olaraq bildiririk ki, hal-hazırda Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti məhəllə 30 ünvanında inşa etdiyimiz şəhərciklərdə tərkibində 2889 mənzil olan 17 bina və Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 11 ünvanında tərkibində 1600 mənzil olan 12 bina yaşayış üçün sakinlərin istifadəsinə verilmişdir. Bu binalara 8 qazanxana xidmət göstərir. Qazanxanalarda istifadə olunan elektrik enerjisi və təbii qaz sərfiyyatı mənzillərə isti suyun verilməsinə və mənzilərin qızdırılmasına sərf olunur.
“Kristal Abşeron” Mənzil Tikinti Kooperativi olaraq inşa etdiyimiz binaların isti su və mərkəzi istlik sistemi ödənişləri üçün Azərişıq Dövlət Enerji Nəzarət İdarəsinin və Azərqaz İstehsalat Birliyinin quraşdırdığı sayğacların göstərişinə uyğun olaraq MTK tərəfindən mənzillərdən yığılaraq ödənilir. Tarif Şurasının müvafiq qərarına əsasən 01 yanvar 2017-ci il tarixdən əhali istehlakçı qrupuna aid olan şəxslər təbii qazın illik istehlak həcminin 1500 m3-dək olan hissəsi üçün hər 1000 m3-nə görə 100 manat (ƏDV ilə) ödəmək hüququna malikdir, lakin qeyri-əhali istehlak qrupu bu imtiyazdan istifadə edə bilməz. Nəticədə işıq və qazın qiymətlərinin qalxması bizim tərəfdən göstərilən xidmətlərin qiymətlərinin qalxması zərurətini yaradır. Belə olduqda sakinlər imtiyazlı qiymət limitindən məhrum olmamaq üçün fərdi kombi sistemlərinin quraşdırılmasına məcbur qalırlar (hər bir ev üçün fərdi istlik sisteminin quraşdırılması 2500 AZN-dək əlavə xərc tələb edir). Nəzərə alsaq ki, Xırdalanda olan mənzillərimizdə daha çox sosial təminatı yüksək olmayan ailələr məskunlaşıb, bu onların büdcəsi üçün ağır yük olacaqdır. Fərdi kombi istilik sistemi quraşdıra bilməyən ailələr isə təbii qazın güzəştli qiymət limitindən istifadə edə bilməyəcəklər və bu sosial ədalətsizliyə, əhalinin maddi durumunun ağırlaşmasına və narazılıqlara səbəb olacaqdır. Eyni zamanda fərdi kombi istilik sisteminin quraşdırılması qaz sərfiyyatının əvvəlkindən daha çox istifadə olunmasına, hər kombidən çıxan zəhərli qazın insanların həyat və sağlamlığı üçün böyük təhlükə yaratmasına və ekologiyanın çirklənməsinə gətirib çıxaracaq.
Yuxarıda qeyd etdiyimiz kimi, bizim istilik qazanxanalarımızda istifadə olunan təbii qaz sakinlərimizi istilik sistemi ilə və isti su ilə təmin edərək sakinlərimizə fərdi istilik sistemindən daha çox qənaət etməyə imkan yaradır və eyni zamanda daha təhlükəsizdir və ekologiyaya daha az zərər vurur. Göstərdiyimiz xidmətin əhali üçün olduğunu nəzərə alaraq, Tarif Şurasının əhaliyə təqdim etdiyi güzəştli qiymət limiti imkanından sakinlərimizin istifadə etməsi üçün “Kristal-Abşeron”MTK-nın mərkəzləşdirilmiş istilik qazanxanalarına elektrik enerjisi və qaz sərfiyyatı limitini mənzil sayına görə qazanxanalara tətbiq olunmasını, limitdən artıq qaz və elektrik enerjisi sərf edilərsə artırılmış qiymətlə hesablanmasını sakinlərimizin adından Sizdən xahiş edirik.
Əvvəlcədən minnətdarlığımızı bildiririk.
“Kristal – Abşeron” MTK-nın sədri: Məhərrəmov A.D.
Sakinlər adından:
Marja.az-ın WhatsApp kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
52 d. əvvəl
Bakıda faktorinq və lizinq ilə bağlı çətinliklər müzakirə edilib
- 56 d. əvvəl
-
1 saat əvvəl
Layihə dəyəri 18 milyon manat oaln bu kompleks ilboyu meyvələr satır
-
📲 İndi
Marja.az-ın WhatsApp kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az -
1 saat əvvəl
Əmlak Məsələləri Dövlət Xidmətinin gəlirləri və xərcləri artıb
-
1 saat əvvəl
2 milyona yaxın istifadəçisi olan bank tətbiqi daha da etibarlı oldu
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Unicapital və MDM kapital bazarlarına dair birgə təlim təşkil etdi
-
3 saat əvvəl
Dünya Bankı: Bu il neftin qiyməti 65 dollardan aşağı olacaq, 2026-da 60 dollaradək düşəcək
-
3 saat əvvəl
Azərbaycanın ən böyük yarımstansiyası inşa olunur, ölkənin müxtəlif istiqamətlərinə xətlər çəkilir
-
3 saat əvvəl
PashaPay Bir ekosistemi qlobal Money20/20 Europe tədbirində təmsil edəcək
Son Xəbərlər

Bakıda faktorinq və lizinq ilə bağlı çətinliklər müzakirə edilib

Azərbaycan “Metro İstanbul”un inkişaf təcrübəsini öyrənir

Layihə dəyəri 18 milyon manat oaln bu kompleks ilboyu meyvələr satır

Əmlak Məsələləri Dövlət Xidmətinin gəlirləri və xərcləri artıb

May ayının ilk günü üçün hava proqnozu açıqlanıb

Prezident bağçılıq və soyuducu anbar kompleksində olub

Unicapital və MDM kapital bazarlarına dair birgə təlim təşkil etdi
Ən çox oxunanlar

Dünya Bankı: Bu il neftin qiyməti 65 dollardan aşağı olacaq, 2026-da 60 dollaradək düşəcək

Azərbaycanın ən böyük yarımstansiyası inşa olunur, ölkənin müxtəlif istiqamətlərinə xətlər çəkilir

Dünən bank kartlarından 36 min manat oğurlanıb

Bank BTB-də yeni rəqəmsal imkan!

Şirkət 1 milyon manata yaxın mənfəətini bölüşdürməyi nəzərdə tutur

Azərbaycan neftinin son qiyməti

Özəl nəşriyyatda səhmdarlara dividend ödənilməsi müzakirə ediləcək
