PAŞA Qrup şirkətləri son 3 ayda hansı sosiyal layihələri həyata keçiriblər?

Ölkənin ən böyük şirkətlər qrupundan olan PAŞA Qrup ölkə, əməkdaşlar və cəmiyyət qarşısında öz məsuliyyətini anlayır və müvafiq qaydada davranmağa çalışır. Şirkət öz sosial fəaliyyətinə böyük diqqət ayırır və bu fəaliyyətini cəmiyyət üçün yaratdığı əsas dəyərlərdən biri olaraq görür. Qrupun Korporativ Sosial Məsuliyyət (KSM) fəaliyyətləri çoxşaxəlidir və uşaqlara, xüsusən də aztəminatlı ailələrdən olan uşaqlara dəstək sözügedən fəaliyyətlərin mühüm hissəsini təşkil edir.
Belə ki, davamlı olaraq KSM layihələri reallaşdıran PAŞA Holding sentyabr ayında ənənəvi olaraq yeni tədris ili ərəfəsində regionlarda yaşayan aztəminatlı ailələrin şagird adı qazanacaq övladlarına məktəbli dəstinin hədiyyə edilməsi ilə bağlı "Birincilər" layihəsini həyata keçirib. Sosiyal Xidmət Agentliyinin dəstəyi ilə Bakı, Abşeron-Xızı, Dağlıq -Şirvan, Şirvan-Salyan, Mərkəzi-Aran, Qarabağ, Gəncə-Daşkəsən, Şəki-Zaqatala, Lənkəran-Astara, Mil-Muğan, Quba-Xaçmaz, Qazax-Tovuz, rayonunda, eləcə də Naxçıvan MR-da baş tutmuş xeyriyyə tədbirləri çərçivəsində 11600-dan çox uşağa məktəbli forması dəsti və dərs ləvazimatları, eləcə də məktəbli çantaları təqdim edilib. Ötən ildən etibarən cari layihə çərçivəsində məktəbli ləvazimatları həmçinin şəhid övladlarına da təqdim edilir.
Bundan əlavə, bu müddət ərzində “Birgə və Sağlam” İB-nin təşəbbüsü ilə, PAŞA Holding-in eləcə də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, KOBİA, SOCAR, və Trendyol Azərbaycan-ın dəstəyi ilə ilk inklüziv kafe fəaliyyətə başlayıb. Sözügedən təşəbbüsün məqsədi əlilliyi olan gənc şəxslərin işlə təmin olunmasını dəstəkləmək və onların cəmiyyətə inteqrasiyasını təşviq etməkdir. Ü.Hacıbəyli küçəsi 57 ünvanında yerləşən “Kashalata” kafesində ümumilikdə 20 gənc çalışır, onlardan 10-u fiziki məhdudiyyətli şəxslərdi.
Qeyd edək ki, PAŞA Holding-in törəmə şirkətləri də öz sosial fəaliyyətinə böyük diqqət ayırır. Belə ki, Kapital Bank korporativ sosial məsuliyyət sahəsində daha bir addım ataraq həssas qrupdan olan qızların təhsilinə dəstək göstərmək məqsədi ilə yeni təqaüd proqramına start verib. Proqram bir müddət öncə Kapital Bank və Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi arasında imzalanan memorandum çərçivəsində həyata keçiriləcək.
Ölkənin birinci korporativ bankı, PAŞA Bank isə ADA Universiteti və ADA Universiteti Fondun birgə təşkilatçılığı ilə Beynəlxalq Əlillər Günü Münasibətilə İnternat tipli Məktəblərdə Görüşlər keçirib. Layihənin ilk təşəbbüsü əlamətdar günə 3 Dekabr-Beynəlxalq Əlillər Gününə təsadüf edib. Bu münasibətlə 1 nömrəli ümumi təyinatlı internat tipli ümumtəhsil məktəbdə və 11 nömrəli İnteqrasiya təlimli internat məktəbdə təhsil alan 100-dək şagirdlə görüş keçirilib. 11 nömrəli məktəbdə təhsil alan 6-11 yaşlı şagirdlərin yaradıcı düşüncə tərzini ortaya çıxarmaq, onların özlərini daha səlis şəkildə ifadə etmələrinə dəstək olmaq üçün rəssamlar tərəfindən xüsusi təlim, eləcə də psixoloqların iştirakı ilə xüsusi sessiyalar təşkil edilib. Onlara pis vərdişlərdən uzaq durmağın vacibliyindən, özünə və cəmiyyətə fayda vermək üçün öz üzərlərində çalışmağın və təhsilə, peşəyə yiyələnməyin əhəmiyyətindən bəhs edilib.
Bu dönəm ərzində PAŞA Sığorta "Məktəbli" könüllü sağlamlıq sığortasının təşviqi məqsədilə 6-15 yaş arası məktəblilər üçün xüsusi rəsm müsabiqəsi həyata keçirib. Müsabiqədə iştirak üçün 100-dən artıq məktəbli müraciət edib.Uşaqlar mövzuya uyğun olaraq çəkdikləri rəsm əsərlərini PAŞA Sığorta şirkətinə göndərib, münsiflər heyəti tərəfindən dəyərləndirilən rəsm əsərləri sərgidə nümayiş edilmək üçün seçilib. Seçilən rəsm əsərlərinin nümayiş edildiyi sərgiyə 30 uşaq valideynləri ilə birlikdə dəvət olunub və hər birində 3 qalib olmaqla 2 fərqli yaş kateqoriyası üzrə qaliblər müəyyən edilib. Sərgi zamanı uşaqlar fərqli oyunlar oynayıb, əyləncəli zaman keçirib və sonda onlara müxtəlif hədiyyələr təqdim edilib.
Bundan əlavə, bir müddət öncə PAŞA Həyat Qızıl Aypara Cəmiyyəti ilə əməkdaşlıq çərçivəsində "Mərhəmətli Olmağa Tələsin" layihəsinə sponsorluq etdi. Layihə çərçivəsində, soyuq qış aylarında isti geyimlərə ehtiyacı olan uşaqlara müxtəlif isti geyimlər təqdim olunub. Bu təşəbbüs, aztəminatlı uşaqlara dəstək üçün nəzərdə tutulub.
Qeyd edək ki, dekabr ayında “BRAVO” marketlər şəbəkəsi sosial qayğıya ehtiyacı olan uşaqların arzularının gerçəkləşdirmək məqsədilə "ASAN Könüllüləri" Təşkilatının dəstəyi ilə "ASAN Məktub" sosial proqramının birgə əməkdaşlığı ilə “Bir qəlbidə sən isit” aksiyasını həyata keçirir. Belə ki, uşaqların arzularını yazdıqları “ASAN Məktub”lar 20 Yanvar və Koroğlu metro stansiyaları yaxınlığındakı Bravo hipermarketlərdə quraşdırılan "Yeni İl" stendlərində yerləşdirilib. Qeyd edək ki, Bravo Hiperlərə yaxınlaşaraq həmin məktublarla tanış ola və uşaqların arzularını həyata keçirməkdə köməklik göstərə bilərsiniz.
Marja.az-ın WhatsApp kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 12 saat əvvəl
-
12 saat əvvəl
"Tiko Azərbaycan" və "Greentek Group" şirkətlərinə icrası məcburi olan göstəriş verildi
-
-
12 saat əvvəl
Lombard şirkətinin gəliri 2 dəfə, xalis mənfəəti isə 3,6 dəfə artıb
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
-
14 saat əvvəl
Kredit təşkilatına 5 il müddətinə borca 3 milyon manat pul lazımdır - illik 17% ödəyəcək
-
14 saat əvvəl
Həsənovlara məxsus lizinq şirkəti gəlirini və mənfəətini açıqladı
-
16 saat əvvəl
"Bu, açıq-aşkar inhisarçılıqdır" - Elon Mask Apple şirkətini məhkəməyə verir
-
16 saat əvvəl
“Sıfır Tullantı” Həmrəylik Marafonu davam edir: Xəzər Günündə 768 kq tullantı toplanıldı
Son Xəbərlər

Gürcüstan ilə sərhəddə böyük növbə

"Tiko Azərbaycan" və "Greentek Group" şirkətlərinə icrası məcburi olan göstəriş verildi

Lombard şirkətinin gəliri 2 dəfə, xalis mənfəəti isə 3,6 dəfə artıb

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

BOKT illik 18 faizlə 2 milyon manat cəlb edir

Həsənovlara məxsus lizinq şirkəti gəlirini və mənfəətini açıqladı
Ən çox oxunanlar

“Sıfır Tullantı” Həmrəylik Marafonu davam edir: Xəzər Günündə 768 kq tullantı toplanıldı

Azercell : Müqavilələr artıq kağız daşıyıcıda deyil, elektron formatda tərtib ediləcək

Əhaliyə və biznesə borc verən təşkilat özü illik 15 faizlə 1 milyon manat borc aldı

Azərbaycanda 6 ayda 35,1 milyard manatlıq satış

Azərbaycanda orta maaş açıqlandı

Unibank endirimli onlayn kredit kamaniyası keçirir

Azərbaycan iqtisadiyyatı 1 faizdən az artıb
