"İslahat həyata keçirilib, amma bir sıra suallar ortaya çıxır"
"2024-cü ildə həyata keçirilən islahatlardan biri də hüquqi şəxsə verilmiş borcun sonradan onun nizamnamə kapitalına kapital qoyuluşu olaraq qoyulması imkanı ilə bağlıdır. Bu dəyişiklik yeni olduğundan praktikada onun tətbiqi zamanı bir sıra suallar ortaya çıxır. Məsələn, yalnız əsas borc məbləğininmi, yoxsa hesablanmış faizlərin də kapitala qoyulması mümkündür? Yaxud borc xarici valyutada verilərkən kapitala çevrilmə necə həyata keçiləcək? Valyutanın konvertasiyası həyata keçirilərsə, borcun verilmə tarixindəki yoxsa kapitala qoyuluş haqqında qərarın verilməsi tarixindəki məzənnə əsas götürüləcək?".jpg)
“Ernst & Young Holdings (CİS) B.V.” şirkətinin Azərbaycan Respublikasındakı filialının Hüquq xidmətinin rəhbəri Məmməd Balacanovla müsahibə
- Məmməd müəllim, “Biznesə daxilolma” indikatoru üzrə artıq bir yol xəritəsinin icrası başa çatıb. 2024-cü ildə yeni bir Yol Xəritəsi təsdiq edildi. Siz bu proseslərlə yaxından məşğul olan bir şəxs kimi necə hesab edirsiz, Yol Xəritələrinin icrası çərçivəsində hansı əhəmiyyətli uğurlar var?
- Son üç il üzrə biznesə daxilolma üzrə təkmilləşmələrin və kommunikasiyanın həyata keçirilməsinə dair Yol Xəritələri ölkədə bu sahənin təkmilləşdirilməsi məqsədilə detallı tədbirlər planı müəyyən etməklə kifayət qədər geniş məsələləri əhatə edib. Belə ki, 2022-2023-cü illər üzrə Yol Xəritəsi ümumilikdə 34 tədbirdən, 2024-cü il üzrə Yol Xəritəsi isə 16 tədbirdən ibarət olaraq formalaşdırılıb. Nəzərdə tutulan tədbirlərin icrasında önəmli irəliləyişlər əldə olunub. Bu tədbirlərin icrasının nəticəsi olaraq, Mülki, Əmək, İnzibati Xətalar Məcəllələri, Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında qanunvericiliyə dəyişikliklər edilib. Artıq sahibkarlıq subyektləri müvafiq tədbirlərin icrasının onların biznes fəaliyyətinə təsirini real həyatda görürlər.
Əhəmiyyətli uğurlar içərisində hüquqi şəxslərin dövlət qeydiyyatı prosesində yerli və xarici investorların bərabər hüquqlarının təmin edilməsi və xarici investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatı imkanının gətirilməsini qeyd etmək olar.
Yol xəritələrində nəzərdə tutulmuş önəmli tədbirlərdən biri də müvafiq sahədə dövlət orqanları ilə özəl sektor arasında kommunikasiyanın təkmilləşdirilməsi və həyata keçirilməsi planlaşdırılan, eləcə də artıq icra edilmiş islahatlarla bağlı sahibkarlıq subyektlərinin zamanında məlumatlandırılması, eləcə də onların təklif və problemlərinin dəyişikliklər hazırlanarkən nəzərə alınmasıdır. Bu məqsədlə həm peşəkar məsləhət xidməti göstərən şirkətlərlə, həm digər sahibkarlıq subyektləri ilə müvafiq görüşlər keçirilib, onların məlumatlandırılması, rəy və təkliflərinin əldə edilərək nəzərə alınması təmin edilib. Eyni zamanda, ictimaiyyətlə müxtəlif media kanalları vasitəsilə kommunikasiya qurulub.
Həmçinin, Dövlət Vergi Xidməti tərəfindən biznesə daxilolma sahəsində tənzimləyici çərçivə təhlil olunub və nəticələri ictimaiyyətlə paylaşılıb. Bu təhlil materialı yeni biznesə başlamaq istəyən yerli və xarici investorlar üçün bir növ bələdçisi rolunu da oynaya bilər.
- Azərbaycanda biznesə daxil olma səviyyəsini necə görürsüz? Yol Xəritəsi çərçivəsində hansı istiqamətdə təkmilləşmələri gözləyirsiniz?
- Azərbaycanda biznesə daxil olma səviyyəsi son illərdə ciddi şəkildə yaxşılaşıb. Bunun təsdiqi özünü Azərbaycanın biznesə başlama sahəsində beynəlxalq reytinqlərdə yuxarı pillələrə qalxmasında da bir daha göstərir. Dövlət tərəfindən həyata keçirilən islahatlar, prosedurların sadələşdirilməsi, rəqəmsal xidmətlərin genişləndirilməsi və vergi sistemindəki islahatlar nəticəsində yeni iş qurmaq istəyən şəxslər üçün biznes mühiti daha əlverişli və cəlbedici olub. Xarici və yerli investorlar üçün şəffaf və sürətli biznes mühiti yaradılıb, bu da Azərbaycanı biznes baxımından daha cəlbedici və rəqabətə davamlı bir ölkəyə çevirib.
Yaxın zamanlarda gözlənilən təkmilləşmələr içərisində “Konsul leqallaşdırması” informasiya sisteminin və elektron leqallaşdırma imkanın yaradılması, elektron şəkildə leqallaşdırılmış sənədlərin tərcüməsinin “Elektron notariat” informasiya sistemi üzərindən rəsmiləşdirilməsi imkanının yaradılmasını qeyd edə bilərik. Bu tədbir həm texniki infrastrukturun, həm də müvafiq qanunvericilik bazasının formalaşdırılmasını tələb edir. Hazırda, hər iki istiqamət üzrə işlərin mühüm hissəsi görülüb. Böyük ehtimalla, artıq gələn ildən bu sistemin işlək vəziyyətə gələcəyinin şahidi olacağıq. Bu isə öz növbəsində xarici investorlara biznesə başlamaq üçün tələb olunan sənədləşmə işlərinin daha da asanlaşması və sürətlənməsinə, həm vaxta, həm də vəsaitə qənaət edilməsinə imkan yaradacaq.
Eyni zamanda, Azərbaycan Respublikasının hədəfli maliyyə sanksiyaları və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyinin tələbləri nəzərə alınmaqla, eləcə də dövlətin bu sahədə beynəlxalq öhdəliklərinin təmin edilməsi məqsədilə hüquqi şəxslərin benefisiar mülkiyyətçiləri ilə bağlı məlumatların toplanması və reyestrinin aparılması istiqamətində də qanunvericiliyə dəyişikliklərin edilməsi gözlənilir. Bu istiqamətdə də işlər davam etdirilir.
- Cari ildə xarici hüquqi şəxslər üçün də Azərbaycanda biznesi elektron təsis etmək imkanları yaradıldı. Bunun investisiya mühtinin cəlbediciliyinə təsirini necə qiymətləndirirsiz?
-Bu imkan həm xarici investorlar üçün cəlbedici bir addımdır, həm də Azərbaycanın beynəlxalq reytinqinə müsbət təsir göstərəcəyinə inanıram. Çünki həm yerli və həm də xarici investorlara məhdud məsuliyyətli cəmiyyətin yaradılmasında bərabər imkanlar verilir.
Bu islahatın real effektivliyinin təmin olunması üçün növbəti addım olaraq xarici təsisçilər üçün gücləndirilmiş elektron imzaya alternativ olan indetifikasiya imkanlarının yaradılması üzərində işlər görülməlidir. Belə ki, xarici ölkələrdə verilmiş gücləndirilmiş elektron imzaların Azərbaycanın dövlət informasiya sistemlərində istifadəsi və yaxud ümumiyyətlə bu imzaların Azərbaycanda tanınması və istifadəsi baxımından çətinliklər ola bilər.
- Dünya Bankı da ölkədə əlverişli biznes mühitinin yaradılmasının əsas şərtlərindən biri kimi dövlət-biznes dialoqu platformasının rolunu qeyd edir. İşçi qrupunda özəl sektoru təmsil edirsiz. Sizcə biznes və dövlət qurumları arasında əməkdaşlığın effektivliyinin artırılması üçün hansı addımlar atılmalıdır?
-Biznes və dövlət qurumları arasında əməkdaşlığın effektivliyinin artırılması iqtisadi inkişafın və sahibkarlığın inkişafı üçün əsas şərtlərdən biridir. Bu əməkdaşlığın gücləndirilməsi həm dövlətin iqtisadi siyasətini həyata keçirməsini asanlaşdırır, həm də biznes sektorunun qarşılaşdığı problemlərin həlli üçün sürətli və mütəşəkkil bir mühit yaradır. Azərbaycanda bu sahədə önəmli irəliləyişlər mövcud olsa da, əməkdaşlığın effektivliyini daha da artırmaq üçün bir neçə addımlar atıla bilər.
Bu addımlardan biri dövlət və biznes arasında bilgi mübadiləsi və təcrübə paylaşımını artırmaq üçün tədbirlər görülməsidir. Birbaşa sahibkarlıq subyektləri ilə işləyən dövlət məmurları üçün biznesi başa düşmək və sahibkarların ehtiyaclarını anlamaq olduqca vacibdir. Çünki bu, qəbul edilən qərarların effektivliyinə təsir göstərir. Bu məqsədlə, dövlət, sahibkarlara daha çox məlumat və təcrübə əldə etməyə imkan verən platformalar yaratmalı, eyni zamanda, dövlət orqanlarında işçi heyətinin təliminə və sahibkarlıq subyektləri ilə düzgün kommunikasiya qurulması bacarıqlarının təkmilləşdirilməsinə diqqət yetirilməlidir.
Digər bir addım isə iqtisadi sektorlar üzrə (məsələn, kənd təsərrüfatı, texnologiya, turizm və s.) xüsusi əməkdaşlıq platformalarının yaradılmasıdır. Son illərdə bu istiqamətdə əhəmiyyətli irəliləyişlər əldə edilib. Lakin düşünürəm ki, bu sahədə hələ görüləcək işlər var. Bu platformalarda dövlət və özəl sektor nümayəndələri müxtəlif sektorlarda qarşılaşılan problemləri müzakirə edərək, daha çevik və innovativ həllər təklif edə bilərlər.
- Yol xəritəsində nəzərdə tutulan istiqamətlərdən əlavə, qeydiyyat sahəsində sahibkarların işinin asanlaşdırılması məqsədilə “EY Azərbaycan”ın daha hansı təklifləri var?
- Sahibkarların işinin asanlaşdırılması məqsədilə qeydiyyat sahəsində qanunvericiliyə edilmiş dəyişikliklərin tətbiqi zamanı ortaya çıxan suallarla bağlı qeydiyyat orqanı tərəfindən əlavə izahedici şərhlərin verilməsi və bu prosesin sistemləşdirilməsini məqsədəuyğun hesab edirik. Bu, həm də inzibati praktikanın vahidliyinin təmin edilməsində, həm dövlət orqanının, həm də sahibkarın vaxtına qənaət edilməsində önəmli rol oynayır. Məsələn, 2024-cü ildə həyata keçirilən islahatlardan biri də hüquqi şəxsə verilmiş borcun sonradan onun nizamnamə kapitalına kapital qoyuluşu olaraq qoyulması imkanı ilə bağlıdır. Bu dəyişiklik yeni olduğundan praktikada onun tətbiqi zamanı bir sıra suallar ortaya çıxır. Məsələn, yalnız əsas borc məbləğininmi, yoxsa hesablanmış faizlərin də kapitala qoyulması mümkündür? Yaxud borc xarici valyutada verilərkən kapitala çevrilmə necə həyata keçiləcək? Valyutanın konvertasiyası həyata keçirilərsə, borcun verilmə tarixindəki yoxsa kapitala qoyuluş haqqında qərarın verilməsi tarixindəki məzənnə əsas götürüləcək? Əlavə olaraq hansı müşayiət edici sənədlər müraciətə əlavə olunmalıdır? Düşünürəm ki, qeydiyyat orqanı sahibkarlardan daxil olan bu tipli sualları toplayaraq, təlimat xarakterli materiallar hazırlaya bilər. Bu isə öz növbəsində, dövlət-özəl kommunikasiyasının inkişafına əlavə dəstək olacaqdır.
Bundan əlavə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı əmtəə nişanlarının qorunması sahəsində əlavə tədbirlərin nəzərə alınması, xarici hüquqi şəxslərin filial və nümayəndəliklərinin elektron qeydiyyatı, eləcə də xarici investisiyalı hüquqi şəxslərin elektron qeydiyyat zamanı xarici vətəndaş olan təsisçilər üçün gücləndirilmiş elektron imzaya alternativ olan indetifikasiya imkanlarının yaradılması sahəsində beynəlxalq təcrübənin araşdırılması və müvafiq qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində yeni addımların atılması məqsədəuyğun olardı.
- Müsahibəyə görə, təşəkkür edirik.
Müştərilərin xəbərləri

Kapital Bank liderləri Money 20/20 Europe forumunda və beynəlxalq təcrübə mübadiləsində iştirak etdilər
SON XƏBƏRLƏR
-
2 gün sonra
Regionun aparıcı innovasiya festivalı üçün biletlər artıq satışdadır ®
-
7 saat əvvəl
“PAŞA Holding” Qurban Bayramı münasibətilə şəhid övladlarına bayram sovqatları çatdırır
-
1 gün əvvəl
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstəyini davam etdirir
-
-
1 gün əvvəl
Qızıl Dəyərində İdarəetmə və Liderlik - METAK 4-cü dəfə bu nüfuzlu mükafata layiq görüldü
-
1 gün əvvəl
Facility Management Group (FMG) Qurban bayramını uşaqlarla birlikdə qeyd etdi
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"40 milyon manatlıq məhsula zərər dəyməsi ilə bağlı müraciət daxil olub"
- 1 gün əvvəl
-
1 gün əvvəl
BYD Avropada ultra sürətli enerji doldurma şəbəkəsi qurmağı planlaşdırır
Marja.az-ın WhatsApp kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Son Xəbərlər

“PAŞA Holding” Qurban Bayramı münasibətilə şəhid övladlarına bayram sovqatları çatdırır

NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstəyini davam etdirir

Kapital Bank liderləri Money 20/20 Europe forumunda və beynəlxalq təcrübə mübadiləsində iştirak etdilər

m10 yenilənir!

Özünü plastik cərrah kimi təqdim edən Nihad Aslanova görə hüquq-mühafizə orqanlarına müraciət ediləcək

Azərbaycan Çinə toyuq ayaqları ixrac edəcək

Avropa Mərkəzi Bankı faiz qərarını açıqladı

Azərbaycan Çində yeni ticarət və şərab evləri aça bilər

10 İyun tarixi üçün rəsmi məzənnə müəyyən olunub

Azərbaycanla Çin arasında birgə müəssisə yaradılacaq
