Bakıda Türk Ticarət Mərkəzi açılıb
Bakıda Türk Ticarət Mərkəzinin açılışı olub.
Mərkəzin açılışında Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov və digər şəxslər iştirak ediblər.
Mərkəzdə konfrans salonu, təlim-tədris mərkəzi, sərgi sahələri, ofis təmsilçilikləri və milli yeməklərdən ibarət restoranlar var.
Türk Ticarət Mərkəzinin əsas məqsədlərindən biri Türkiyədən gələn iş adamlarına rahat fəaliyyət göstərmələri üçün imkanlar təqdim etməkdir.
Qeyd edək ki, tezliklə Türk Ticarət Mərkəzində Türk dövlətləri üçün Türk Obası da istifadəyə veriləcək. Türk dövlətləri burada iqtisadi imkanlarını birləşdirə biləcək. Növbəti mərhələdə Türk Ticarət Mərkəzinin Özbəkistanda, daha sonra Şimali Kipr Türk Cümhuriyyətində istifadəyə verilməsi nəzərdə tutulub.
Türk Ticarət Mərkəzi, həmçinin türk dövlətlərindən olan iş adamlarına beynəlxalq bazarlara çıxış imkanı da təqdim edəcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
-
8 saat əvvəl
Sahibkarlar Həftəsində Yapı Kredi Bank Azərbaycandan biznes müştərilərinə xüsusi fürsətlər ®
-
8 saat əvvəl
"Qüvvələrimizi birləşdirərək yeni bazarlara çıxa, birgə layihələr həyata keçirə bilərik"
-
9 saat əvvəl
“Hermes” lizinqdən sonra kredit bazarına daxil olur – Yeni BOKT lisenziya aldı
-
9 saat əvvəl
OBA müharibə veteranlarının məşğulluğuna verdiyi töhfəyə görə təltif olunub
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Bakıda “Türk dünyası – 2026” beynəlxalq idman rəqsləri müsabiqəsi keçirilib
-
10 saat əvvəl
Ağdam Sənaye Parkında yeni şirkət: 22 milyon manatlıq layihə - lift və eskalator istehsal olunacaq
- 13 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Prezident İlham Əliyev Vyetnamda rəsmi səfərdədir
Ən çox oxunanlar
Ağdam Sənaye Parkında yeni şirkət: 22 milyon manatlıq layihə - lift və eskalator istehsal olunacaq
Bank olmayan kredit təşkilatına lisenziya verilib
Vergi yoxlamaları riskə görə aparılacaq – Dövlət Vergi Xidməti yeni mexanizm hazırlayır

























