PAŞA Sığorta “Şanslı və Sığortalı” lotereyasını elan edir!
(®) PAŞA Sığorta müştərilərini möhtəşəm hədiyyələrlə sevindirmək üçün öz tarixində ilk dəfə olaraq “Şanslı və Sığortalı” adlı lotereyasını elan edir.
24 noyabr 2024-cü il - 24 yanvar 2025-ci il tarixləri arasında davam edəcək lotereyada şirkət müştərilərinə şanslı qalib olmaq fürsəti təqdim edəcək.
Lotereyada iştirak etmək üçün sadəcə könüllü avtomobil (KASKO), könüllü sağlamlıq və ya könüllü əmlak sığortası məhsullarından birini əldə etmək kifayətdir. Sığorta məhsulu əldə edərkən ödənilən hər 99 AZN sığorta haqqı müştərilərə 1 iştirak şansı qazandıracaq.
Məsələn, 751 AZN sığorta haqqı ödəyərək, könüllü avtomobil (KASKO), könüllü sağlamlıq və ya könüllü əmlak sığortası məhsullarından birini əldə edən müştəri lotereyada iştirak üçün 7 şans qazanacaq.
Lotereyada ştirak edən və qalib olan müştərilər PAŞA Sığorta tərəfindən təqdim olunan möhtəşəm hədiyyələrlə mükafatlandırılacaq. Qalib seçilən iştirakçılardan 5 nəfər elektronika mağazasından 500 AZN dəyərində hədiyyə kuponu, 3 nəfər hər biri 1000 AZN dəyərində səyahət vauçeri, 3 nəfər Iphone 15 Pro max, 3 nəfər Apple Watch Series 9 GPS, 2 nəfər Macbook Air və 1 nəfər əsas hədiyyə Toyota CH-R avtomobilini qazanacaq. Ümumi olaraq tirajda 17 nəfər qalib elan ediləcək.
Qaliblər 30 yanvar 2025-ci il tarixində 1 tirajla keçiriləcək canlı yayımda təsadüfi seçim yolu ilə seçiləcək və elan ediləcək.
Lotereya şərtləri barədə ətraflı məlumat əldə etmək üçün linkə keçid edə bilərsiniz: https://cutt.ly/lotereya
PAŞA Sığorta ilə həm sığortalanın, həm də möhtəşəm hədiyyələr qazanmaq fürsətini qaçırmayın!
PAŞA Sığorta şirkəti 2006-cı ildən fəaliyyət göstərir. “PAŞA Holding” qrupunun üzvü olan “PAŞA Sığorta” 700 000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətlərindəndir.
Müştərilərin xəbərləri
“İnternational Leasing” yeni sədr ilə fəaliyyətini genişləndirir - nizamnamə kapitalı 2 milyon manata çatdırılıb
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
- 10 saat sonra
- 49 d. əvvəl
-
1 saat əvvəl
"Əgər kimsə ikinci belə ölkə tapsa, onda mənə desin, mən də bilim"
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Dünya Bankından Azərbaycana yeni kredit – bu magistral yol yenidən qurulacaq
-
3 saat əvvəl
Ağdam Sənaye Parkında yeni şirkət - 14,2 milyon manatlıq layihə
-
3 saat əvvəl
Maliyyə nazirinin 1-ci müavini ABB-nin rəhbərliyinə gətirilib
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Sizin Lombard “Açıq qapı günləri” keçirəcək
"Əgər kimsə ikinci belə ölkə tapsa, onda mənə desin, mən də bilim"
Aqrar şirkətin nizamnamə kapitalı yarıdan çox azaldılır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Ən çox oxunanlar
Ağdam Sənaye Parkında yeni şirkət - 14,2 milyon manatlıq layihə
Maliyyə nazirinin 1-ci müavini ABB-nin rəhbərliyinə gətirilib
Sənaye sektoruna verilən kreditlər avqustda cüzi artıb
Banklar ticarət və xidmət sektoruna 8 ayda 205 milyon manat əlavə kredit verib - 4,6 milyard manatı keçib
Tikinti sektoruna verilən kreditləri kəskin artıb

























