Fermerlər: Üzümün qiyməti aşağıdır
Cəlilabad rayonunda üzüm yığımına başlanıb. Fermerlər ilkin olaraq tez yetişən üzüm sortlarını toplayırlar.
Fermer Əhmədağa Məmmədov: “Hər hektardan 100-120 sentner məhsul əldə etmişik. Qalan bağlarımızda da yığım davam edir. Elə görünür ki, süfrə üzümü sortunun orta 100-120 sentner təşkil edəcəkdir.”
Təsərrüfat sahibi deyir ki, bu il mövsüm əlverişli keçsə də hazırda kəskin istilərin olması xəstəliklərin yaranmasına səbəb ola bilər. Bu da qiyməti aşağı olan üzümün maya dəyərini daha da artırmış olacaq. Hazırda məhsulun təkcə paytaxt bazarlarında satıldığını deyən fermer bu ilki qiymətlərin ucuz olmasından gileylənir.
Fermer Əhmədağa Məmmədov: “Keçən il indiki vaxta üzümün bir kiloqramı 70-80 qəpiyə satırdıqsa dediyim sortların hazırda isə həmin üzüm sortun 40 qəpiyə satırıq. Bu da fermerlər üçün demək olar ki, qiymətin ucuz olmağı heç də qane etmir. Maya dəyərinin, qoyulan xərcin çıxacağı sual altındadır.”
Fermer qiymətlərin aşağı olmasını bazarda üzümə olan təlabatın olmaması ilə əlaqələndirir.
Fermer Əhmədağa Məmmədov: “İlk 2-3 gün məhsul yığılandan sonra üzüm məhsulunun qiymətinin birdən birə aşağı getməsi belə görünür ki, bu məhsula hazır ki, ildə təlabat yoxdur.”
Cəlilabadda 9 üzüm sortu var. Onlardan ən tez yetişən sort “prima” və “ora” sortudur. “Ora” sortu ağ, “prima” sortu isə qara üzümdür. Hazırda bağlarda hər iki sortun yığımı aparılır. Cəlilabadda "Kardinal", "Retkulub", "Sentinial" və başqa sortlar da əkilir.
© ARB
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
-
2 saat əvvəl
Yapı Kredi Bank Azərbaycan 5%-dək keşbek kampaniyasını təqdim edir! ®
-
3 saat əvvəl
Gündə 100-dən çox müraciət – kirayə mənzil sistemi müvəqqəti bağlanır, müraciətlər qəbul edilməyəcək
- 3 saat əvvəl
-
3 saat əvvəl
Bakıya iki gün yağış yağacaq, bəzi rayonlara dolu düşəcək - XƏBƏRDARLIQ
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
5 saat əvvəl
Tanınmış marketinq mütəxəssisinə “Cahan Holdinq”də yüksək vəzifə verildi
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Assist Finance” 800 min manat borclanmağa hazırlaşır
Ən çox oxunanlar
Tramp Özbəkistana səfər etmək istəyir
3 investor lizinq şirkətinin 1 milyon manatlıq səhmini aldı
Azərbaycanda mənzillər yenidən bahalaşır - Yeni tikilidə 1 kvadratmetr 2 850 manata çatıb
Oktyabrın 6-da gözlənilən hava şəraiti


























