"Brendlərin marketinqində ən vacib olan, markanın DNT-sini hiss etməkdir" - MÜSAHİBƏ
Təcrübəli marketinq və PR mütəxəssisi Ulviya Məmmədova: Qadınlar həm karyera, həm də ailə həyatını uğurla bir araya gətirə bilirlər. Hal-hazırda çalışdığım sahə mənim üçün çox maraqlıdır və mən Azərbaycanın brendinin daha da inkişafı üçün mümkün olan hər şeyi edəcəyəm.
Bu dəfə müsahibimiz marketinq və PR (Public Relations - İctimaiyyətlə Əlaqələr) sahəsində geniş təcrübəyə malik olan Ulviya Məmmədovadır. Onun fəaliyyəti geniş bir sahəni əhatə edir: qlobal neft məhsullarının logistikası, lüks moda sənayesi, zərgərlik və interyer dizaynı, həmçinin aqrar və FMCG (gündəlik tələbat malları) sektoru. O, Azərbaycanın aparıcı şirkətlərində marketinq departamentinin rəhbəri olaraq çalışıb, qlobal brendlərin strategiyalarını uğurla adaptasiya edərək yerli bazar üçün effektiv marketinq planları hazırlayıb. Ulviyyə xanım həmçinin dövlət səviyyəsində bir çox əhəmiyyətli tədbirlərin təşkilində dəfələrlə iştirak edib.
Və ən vacibi – Məmmədova dörd sevimli övlad anası və sadəcə gözəl bir xanımdır!
- Marketoloq kimi karyeranıza necə başladınız? Bu illər ərzində marketinq sahəsində hansı şəxsi nailiyyətlərinizi ən əhəmiyyətli hesab edirsiniz?
- Pedaqoji təhsilimə baxmayaraq, marketoloq karyerama həyatımın bu mərhələsində mənə daha dinamik bir iş lazım olduğunu başa düşdüyüm andan başladım. Maraqlıdır ki, mənə ixtisas üzrə dərs deyən müəlliməm işlə bağlı mənə dəstək oldu və mən marketinq agentliyində çalışmağa başladım. Həmin agentliyə işə qəbul olunmamışdan əvvəl, neft şirkətində təcrübə keçmişdim və anlamışdım ki, ictimai əlaqələr şöbəsi mənim üçün ən maraqlı sahədir. Məni şirkətin xarici və daxili kommunikasiyası maraqlandırdı. Sonra mən neft daşımaları ilə məşğul olan nəqliyyat-logistika şirkətində ictimaiyyətlə və mətbuatla əlaqələr şöbəsində çalışmağa təklif aldım. Orada da biz Azərbaycanda ilk süd zavodlarından birini – "PalSüd" brendini yaratdıq. Dünya təcrübəsini əsas götürərək, Azərbaycanda qida istehsalı sahəsinin inkişafına öz töhfəmizi verdik. Daha sonra mənə qlobal brendlərlə işləmək nəsib oldu. Kütləvi bazar seqmenti və lüks geyim, zərgərlik əşyaları, interyer dizayn kimi dünyaca məşhur brendlər arasında çalışmaqla həm pərakəndə satışda, həm də PR-da əvəzsiz təcrübə, bacarıq və biliklər qazandım. Dünyada öz sözünü demiş brendlər üçün belə, bizim bazarda adaptasiya tələb olunur, çünki bazarımız özünəməxsusdur və xüsusi yanaşma tələb edir. Bizim çox zərif mədəniyyətimiz və mentalitetimiz var və milli, şərq emosiyaları və koloriti nəzərə almadan bu sahədə işləmək demək olar ki, mümkün deyil.
- Dörd övladınız var. Şübhəsiz ki, onlara çox vaxt və enerji sərf edirsiniz. Necə balans tapırsınız?
– Uşaqlarım mənim güc mənbəyimdir, onlar mənə çox sevgi və pozitiv enerji bəxş edillər. Hər biri fərqli xarakterə malikdir, lakin onlar bir-birinə çox bağlıdırlar. Mən daha çox vaxtımı onlara həsr etməyi istərdim… Həyatda ən çox Allaha şükür edirəm ki, məni dörd uşaq anası olmaqla mükafatlandırıb.
- Balans tapmaq çətindir. Təəssüf ki, işdə olduğum qədər evdə olmuram. Lakin bu mənim seçimimdir. Karyera və özünü reallaşdırma mənim üçün vacibdir.
- Siz karyera və ailə həyatını bir araya gətirmək istəyən qadınlara qarşı güvənməmək halları ilə qarşılaşmısınız?
– 19 illik karyeramda təəssüf ki, bir neçə dəfə qadınlara qarşı güvənməmə halları ilə rastlaşmışam, xüsusilə də “maraqlı vəziyyətdə” olduqları vaxt və uşaq sahibi olan qadınlarla bağlı. İşə daha çox ya artıq ailə qurub uşaqları olan, ya da hələ ailə həyatı qurmamış qadınları götürürlər. Mən hesab edirəm ki, qadınlar özlərini ana olmaq xoşbəxtliyindən məhrum etmədən karyera qura bilərlər.
- Qadınların həm karyera, həm də ailə həyatını uğurla bir araya gətirməsi üçün hansı dəstəyi almaqları vacibdir?
– Ölkəmizdə işləyən qadınlar üçün dövlət tərəfindən yaradılmış bir çox dəstək resursları mövcüddur. Amma hesab edirəm ki, qadın özü-özünü dəstəkləməlidir, özündə güclü iradə tərbiyə etməlidir. Biz qadınlar analıqla məşğul olmağa və bu rolu həyatımızda layiqincə yerinə yetirməyə borcluyuq. Statistikalar göstərir ki, qadınlar həm karyera, həm də ailə həyatını uğurla bir araya gətirə bilirlər.
- Siz hansı brendlər üzərində işləmisiniz və bunlardan hansı yadınızda qalıb?
– Cartier, Chopard, Carolina Herrera, Etro, Garrard, Baccarat və Lalique kimi dünya brendləri yadda qalanlardır. Mənim üçün hər biri öz zərifliyi ilə seçilir.
- Brendlərlə işdə sizin üçün ən vacib nədir?
- Brendlərin marketinqində ən vacib olan, markanın DNT-sini hiss etməkdir. Biz sonsuz nəzəri biliklərə sahib ola bilərik, lakin bu biliklər marketinq hissi və bazarımızı dərin anlayış olmadan heç bir anlam kəsb etmir. Məhz bu iki faktor əsl marketoloqu ayırd edir.
- Gələcək illərdə peşəkar fəaliyyətinizdə hansı məqsədləri qoyursunuz?
- Hal-hazırda çalışdığım sahə mənim üçün çox maraqlıdır və mən Azərbaycanın brendinin daha da inkişafı üçün mümkün olan hər şeyi edəcəyəm. Məlumdur ki, bu gün bizim məhsuldar Azərbaycan torpağımızın milli məhsulu yüksək keyfiyyətə sahibdir və beynəlxalq bazarda yeni uğurlar qazanır. Mənim üçün bunu izləmək böyük qürur hissidir, çünki mən həmişə dünya səviyyəli brendlərlə işləmişəm və müəyyən bir dövrdən sonra mən milli brend ilə işləmək istədim və “Made in Azerbaijan” leytmotivi (ana xətti təşkil edən əsas fikir, müddəa - RED) mənim peşəkar fəaliyyətimdə əsas oldu. Artıq bu gün doğma torpaqlarımızda yetişdirilən məhsullar dünyanın dörd bir yanına ixrac olunur. Kənd təsərrüfatı sektorundakı işim, bu gün aktual və sürətlə inkişaf edən bir sahə olduğu üçün, mənə böyük sevinc gətirir. İşim eyni zamanda hobbimdir. Təbiətlə, Allahın yaradıcılığı ilə təmasda olmaq, böyüməyə şahidlik etmək və doğma torpaqların məhsuldarlığına təsir etmək mənim üçün tam fərqli bir hisdir. Bu işim məni daha da xoşbəxt edir.
Quranda yazılıb: “Bir də Sina dağında bitən ağacı (zeytun) yaratdıq. O (ağac), yeyənlər üçün həm yağ, həm də şirə verir". (23. əl-Muminun surəsi, 20-ci ayə)
Bizim “Grand Agro” şirkətimiz ("Agro Food Investments" MMC qrupuna daxildir), Bakıda və Abşeron yarımadasında 3000 hektardan çox deqradasiyaya uğramış və çirklənmiş torpaqların reabilitasiyası və aqrotexniki xidmətlər üzrə zəruri işləri həyata keçirib, bununla da uyğun olmayan ərazilərin kənd təsərrüfatı dövriyyəsinə qaytarılmasına yardım edib.
Peşəkar məqsədlərimdən əlavə, mənim üçün mühüm bir hədəf də uşaqlarıma dövlətə xidmət etməyə imkan yaradacaq layiqli bir təhsil təşkil etməkdir.
- Maraqlı söhbət üçün təşəkkür edirik. Sizə yeni uğurlar arzulayırıq.
Müştərilərin xəbərləri

Kapital Bank liderləri Money 20/20 Europe forumunda və beynəlxalq təcrübə mübadiləsində iştirak etdilər
SON XƏBƏRLƏR
-
3 gün sonra
Regionun aparıcı innovasiya festivalı üçün biletlər artıq satışdadır ®
-
15 saat əvvəl
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstəyini davam etdirir
-
15 saat əvvəl
Qızıl Dəyərində İdarəetmə və Liderlik - METAK 4-cü dəfə bu nüfuzlu mükafata layiq görüldü
-
-
19 saat əvvəl
Facility Management Group (FMG) Qurban bayramını uşaqlarla birlikdə qeyd etdi
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"40 milyon manatlıq məhsula zərər dəyməsi ilə bağlı müraciət daxil olub"
- 1 gün əvvəl
-
1 gün əvvəl
BYD Avropada ultra sürətli enerji doldurma şəbəkəsi qurmağı planlaşdırır
- 1 gün əvvəl
Marja.az-ın WhatsApp kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Son Xəbərlər

NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstəyini davam etdirir

Dövlət büdcəsində 3,4 milyard manat artıqlıq yaranıb

Özünü plastik cərrah kimi təqdim edən Nihad Aslanova görə hüquq-mühafizə orqanlarına müraciət ediləcək

Azərbaycan Çinə toyuq ayaqları ixrac edəcək

Avropa Mərkəzi Bankı faiz qərarını açıqladı

Azərbaycan Çində yeni ticarət və şərab evləri aça bilər

10 İyun tarixi üçün rəsmi məzənnə müəyyən olunub

Azərbaycanla Çin arasında birgə müəssisə yaradılacaq

Bank of Baku-nun İdarə Heyətinə yeni təyinat olub

Gənclər sosial təsir üçün yarışdı - Trendyol və PAŞA Holding ideya marafonu təşkil etdi ®
