Azərbaycanda hotellərdə yerlərin 75 faizi, Bakıda isə 60 faizi boş qalıb
2024-cü ilin yanvar-sentyabr aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərin birdəfəlik tutumundan (yerlərin sayından) istifadə 24,8 faiz səviyyəsində olmuşdur (yerlərin 75,2 faizi boş qalıb) (2023-cü ilin yanvar-sentyabr aylarında 20,8 faiz). Birdəfəlik tutumdan istifadə Şabranda 63,2 faiz, Naftalanda 45,3 faiz, Bakıda 39,7 faiz, Qusarda 26,6 faiz, digər şəhər və rayonlarda isə ölkə üzrə orta göstəricidən aşağı olmuşdur.Dövlət Statistika Komitəsi 2024-cü ilin yanvar-sentyabr aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərin fəaliyyəti haqqında məlumat yayıb.
Qeyd edilib ki, 2024-cü ilin yanvar-sentyabr aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2023-cü illin eyni dövrü ilə müqayisədə 25,2 faiz artaraq 3269,0 min olmuşdur. Gecələmələrin ümumi sayının 60,4 faizi Bakıda, 5,6 faizi Xaçmazda, 4,3 faizi Naftalanda, 4,3 faizi Qusarda, 4,3 faizi Qubada, 4,0 faizi Qəbələdə, 3,6 faizi Şabranda, 2,4 faizi Lənkəranda, 1,2 faizi Qaxda, 1,1 faizi Masallıda, 1,0 faizi Şamaxıda, 1,0 faizi Naxçıvan Muxtar Respublikasında və 6,8 faizi digər şəhər və rayonlardakı mehmanxanalarda (hotellərdə) və mehmanxana tipli obyektlərdə qeydə alınmışdır.
Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin keçirdiyi gecələmələrin sayı 2023-cü ilin yanvar-sentyabr ayları ilə müqayisədə 27,0 faiz artaraq 1772,2 min olmuşdur ki, bu da ümumi gecələmələrin 54,2 faizini təşkil edir. Gecələmələrin ümumi sayının 19,9 faizi Hindistan, 13,8 faizi Rusiya Federasiyası, 8,7 faizi Səudiyyə Ərəbistanı, 7,0 faizi Türkiyə, 5,6 faizi Birləşmiş Ərəb Əmirlikləri, 3,6 faizi ABŞ, 3,0 faizi Küveyt, 2,8 faizi Qazaxıstan, 2,5 faizi İsrail, 2,5 faizi Böyük Britaniya, 2,4 faizi Pakistan, 2,2 faizi Özbəkistan, 2,1 faizi Çin, 1,3 faizi Almaniya, 1,1 faizi İtaliya, 21,5 faizi isə digər ölkələrin vətəndaşlarının payına düşmüşdür.
Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin keçirdiyi gecələmələrin 81,0 faizi Bakıda, 4,7 faizi Qəbələdə, 4,3 faizi Qusarda, 3,7 faizi Naftalanda, 3,5 faizi Qubada, 0,6 faizi Şabranda, 2,2 faizi isə digər şəhər və rayonlardakı mehmanxanalarda qeydə alınmışdır.
Azərbaycan Respublikası vətəndaşlarının mehmanxanalarda keçirdiyi gecələmələrin sayı 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 23,1 faiz artaraq 1496,8 min olmuşdur ki, bu da ümumi gecələmələrin 45,8 faizini təşkil edir.
2024-cü ilin yanvar-sentyabr aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərin gəlirləri 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 26,7 faiz artaraq 468,5 milyon manat olmuşdur ki, onun da 62,5 faizi nömrələrin (otaqların) təqdim olunması üzrə xidmətlərdən, 26,7 faizi ictimai iaşə xidmətlərindən, 2,9 faizi müalicə və sağlamlıq xidmətlərindən, 7,9 faizi isə digər xidmətlərin göstərilməsindən əldə edilmişdir.
2024-cü ilin yanvar-sentyabr aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərin birdəfəlik tutumundan (yerlərin sayından) istifadə 24,8 faiz səviyyəsində olmuşdur (yerlərin 75,2 faizi boş qalıb) (2023-cü ilin yanvar-sentyabr aylarında 20,8 faiz). Bu göstərici Şabranda 63,2 faiz, Naftalanda 45,3 faiz, Bakıda 39,7 faiz, Qusarda 26,6 faiz, digər şəhər və rayonlarda isə ölkə üzrə orta göstəricidən aşağı olmuşdur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
8 saat əvvəl
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
- 8 saat əvvəl
-
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
10 saat əvvəl
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
-
11 saat əvvəl
Kapital Bank sahibkarları bir araya gətirən platformalara dəstəyini davam etdirir
-
11 saat əvvəl
SOCAR Serbiya şirkəti ilə yaxın həftələrdə səhmdarlar müqaviləsi imzalayacaq
- 11 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
Çinin qızıl idxalı son iki ilin ən yüksək səviyyəsini ötüb
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
UCard: 30 000 manatadək geniş imkan və 72 günədək rahatlıq!
Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi kəskin azalıb
Ən çox oxunanlar
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Böyük Britaniyanın Baş naziri Keir Starmer istefa verib
Libiyada neft hasilatı 13 ilin ən yüksək səviyyəsinə çatıb
Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
İyunun 23-də gözlənilən hava şəraiti

























