Böyük Britaniya lordları ADA Universitetində təşkil edilən konfransda çıxış ediblər
Böyük Britaniya Lordlar Palatasından iki lord - uzun müddət Mühafizəkarlar Partiyasının sədri vəzifəsini icra etmiş Lord Darren Mott və 7 il İşçi Partiyasının Baş Katibi vəzifəsini icra etmiş Lord Iain McNicol ADA Universitetində təşkil edilmiş “Azərbaycanın COP29-da strateji əhəmiyyəti” adlı konfransda çıxış etmək üçün “Qarabağ” Futbol Klubunun Prezidenti, iş adamı Tahir Gözelin qonağı olaraq Bakıya səfər ediblər.
Konfransa çıxış edənlər arasında Tahir Gözel, Lord Iain McNicol, Lord Darren Mott və ODI (Dənizlər Ötəsi İnkişaf İnstitutu) Qlobal Risklər və Davamlılıq komandasının direktoru Dr. Rebecca Nadin yer alıblar. Konfrans müddətində Azərbaycanın COP29-da strateji əhəmiyyəti, beynəlxalq əməkdaşlığın inkişafındakı rolu müzakirə edilmiş, tələbələrin sualları cavablandırılmışdır.
Lord McNicol və Lord Mott COP29 ölkəsini ziyarət etməkdən məmnun olduqlarını, Azərbaycanın töhfələrinə minnətdarlıqlarını bildirdilər.
Lord Iain McNicol və Lord Mott Haqqında
Lord Iain McNicol, Lordlar Palatasının üzvü, həmkarlar ittifaqı üzvü və 2011-ci ildən 2018-ci ilə qədər İşçi Partiyasının Baş Katibi vəzifəsində çalışmış siyasətçidir. Bundan əvvəl o, GMB İttifaqının Milli Siyasi Məmuru vəzifəsində çalışıb. Iain İnvestisiya və Qənaət Alyansının (TISA) baş məsləhətçisi, Rewired.Earth-da Məsləhət Şurasının sədri, Böyük Britaniyanın Hidrogen Siyasəti Komissiyasında komissarı və Astra Protokolunda Strateji Məsləhətçidir.
Lord Darren Mott Mühafizəkarlar Partiyasının onilliklər ərzində ən uğurlu seçki kampaniyası zamanı Kampaniya Direktoru olub və 2019-cu ilin tarixi nəticəsini təqdim edib. Bu uğurdan sonra o, Partiyanın baş direktoru vəzifəsinə yüksəlib. O, səkkiz Ümumi Seçki kampaniyası üzərində işləyərək altı baş nazirə xidmət edib. Karyerasına partiyada təcrübəçi kimi başlayan Lord Mott, uzun müddət İcraçı Direktor vəzifəsində fəaliyyət göstərib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
-
8 saat əvvəl
Sahibkarlar Həftəsində Yapı Kredi Bank Azərbaycandan biznes müştərilərinə xüsusi fürsətlər ®
-
8 saat əvvəl
"Qüvvələrimizi birləşdirərək yeni bazarlara çıxa, birgə layihələr həyata keçirə bilərik"
-
9 saat əvvəl
“Hermes” lizinqdən sonra kredit bazarına daxil olur – Yeni BOKT lisenziya aldı
-
9 saat əvvəl
OBA müharibə veteranlarının məşğulluğuna verdiyi töhfəyə görə təltif olunub
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Bakıda “Türk dünyası – 2026” beynəlxalq idman rəqsləri müsabiqəsi keçirilib
-
10 saat əvvəl
Ağdam Sənaye Parkında yeni şirkət: 22 milyon manatlıq layihə - lift və eskalator istehsal olunacaq
- 12 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Prezident İlham Əliyev Vyetnamda rəsmi səfərdədir
Ən çox oxunanlar
Ağdam Sənaye Parkında yeni şirkət: 22 milyon manatlıq layihə - lift və eskalator istehsal olunacaq
Bank olmayan kredit təşkilatına lisenziya verilib
Vergi yoxlamaları riskə görə aparılacaq – Dövlət Vergi Xidməti yeni mexanizm hazırlayır






















