Azercell-də yeni təyinat
Marja.az-ın əldə etdiyi məlumata görə, Tural Pirverdiyev 18 oktyabr 2024-cü il tarixindən etibarən "Azercell Telecom" MMC-də Əməliyyatlar üzrə Baş Direktoru təyin edilib.
Bildiyiniz kimi, bir müddət əvvəl "Onlayn Azərbaycan" layihəsi çərçivəsində "Aztelekom" MMC-nin gördüyü işlərə rəhbərlik Tural Pirverdiyevə həvalə edilmişdi. "Aztelekom"un Baş İcraçı Direktoru vəzifəsini icra edən Turalın idarəçiliyi altında şirkət ölkənin telekommunikasiya şəbəkəsinin genişləndirilməsi və modernləşdirilməsi üzrə bütün əsas mərhələlərini planlaşdırılmış vaxtdan əvvəl başa çatdırmışdır. Tural Pirverdiyev ona həvalə edilmiş öhdəlikləri müvəffəqiyyətlə başa çatdırdığına görə, "Aztelekom"un rəqəmsal transformasiyanın növbəti mərhələsinə rəhbərlik Həsən Ömərova tapşırılmışdır.
Tural Pirverdiyev "Aztelekom" MMC-yə Baş direktor təyin edilməmişdən öncə "Azercell Telecom" şirkətində çalışmışdır. O,"Aztelekom" şirkətində fəaliyyətindən sonra yenidən "Azercell Telecom" şirkətinə qayıdıb.
Azercell-in Əməliyyatlar üzrə Baş Direktoru vəzifəsində Tural, Şrkətin əməliyyat səmərəliliyinə fokuslanaraq strateji hədəflərə çatmasına nəzarət edəcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
-
9 saat əvvəl
Sahibkarlar Həftəsində Yapı Kredi Bank Azərbaycandan biznes müştərilərinə xüsusi fürsətlər ®
-
9 saat əvvəl
"Qüvvələrimizi birləşdirərək yeni bazarlara çıxa, birgə layihələr həyata keçirə bilərik"
-
10 saat əvvəl
“Hermes” lizinqdən sonra kredit bazarına daxil olur – Yeni BOKT lisenziya aldı
-
10 saat əvvəl
OBA müharibə veteranlarının məşğulluğuna verdiyi töhfəyə görə təltif olunub
- 10 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Bakıda “Türk dünyası – 2026” beynəlxalq idman rəqsləri müsabiqəsi keçirilib
-
11 saat əvvəl
Ağdam Sənaye Parkında yeni şirkət: 22 milyon manatlıq layihə - lift və eskalator istehsal olunacaq
- 13 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Prezident İlham Əliyev Vyetnamda rəsmi səfərdədir
Ən çox oxunanlar
Ağdam Sənaye Parkında yeni şirkət: 22 milyon manatlıq layihə - lift və eskalator istehsal olunacaq
Bank olmayan kredit təşkilatına lisenziya verilib
Vergi yoxlamaları riskə görə aparılacaq – Dövlət Vergi Xidməti yeni mexanizm hazırlayır


























