Naxçıvanda vergi daxilolmaları 30,6 faiz artıb

Oktyabrın 9-da Naxçıvan Muxtar Respublikası iqtisadiyyat nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Abbas İsmayılov İqtisadiyyat Nazirliyinin 2024-cü ilin 9 ayında fəaliyyətinin nəticələri barədə hesabatı təqdim edib.
Marja.az xəbər verir ki, hesabatda Naxçıvanda vergi sahəsində 2024-cü ilin 9 ayı üzrə göstəricilər də açıqlanıb.
Naxçıvanda vergi sahəsində yumşaq keçid davam edir
Qeyd edilib ki, şəffaflaşma məqsədilə Naxçıvan Muxtar Respublikasında 2023-cü il və 2024-cü ilin hesabat dövründə yumşaq keçid tətbiq edilib, vergi nəzarəti tədbirləri minimuma endirilib.
Yalnız cari ilin aprel ayından başlayaraq preventiv xarakter daşıyan vergi nəzarəti tədbirləri həyata keçirilib ki, aprel-sentyabr ayları ərzində nəzarət tədbirlərinin sayı aktiv vergi ödəyicilərinin cəmi 1 faizini təşkil edib.
Naxçıvanda qeyri-dövlət sektorunda əmək müqavilələrinin sayı 3,6 dəfə artıb
Muxtar respublikada “Əmək münasibələrinin şəffaflaşdırılması sahəsində vergi nəzarətinin gücləndirilməsi barədə Konsepsiya”nın icrası nəticəsində 1 oktyabr 2024-cü il tarixə qeyri-dövlət sektorunda aktiv əmək müqavilələrinin sayı 1 yanvar 2023-cü illə müqayisədə 3,6 dəfə və ya 8.039 vahid artaraq 11.098 təşkil edib. İlin əvvəli ilə müqayisədə həmin göstərici 1,7 dəfə və ya 4.712 vahid artıb.
Naxçıvanda qeyri-dövlət sektorunda əmək haqqları ağardılır
Naxçıvanda qeyri-dövlət sektorunda fəaliyyət göstərən vergi ödəyicilərində əməkhaqqı fondunun məbləği 2024-cü ilin 6 ayında 40,2 milyon manat, ötən ilin eyni dövrü ilə müqayisədə 12 faiz çox olub.
2024-cü ilin 9 ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə qeyri-dövlət sektoru üzrə məcburi dövlət sosial sığorta daxilolmaları 5,2 milyon manat və ya 37,1 faiz artıb.
Naxçıvanda vergi sahəsində könüllü əməletmə səviyyəsi 98 faizdən çox olub
“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üzrə Dövlət Proqramı”nda nəzərdə tutulmuş Naxçıvan şəhəri, Şərur, Ordubad və Babək rayonlarında vergi ödəyicilərinə xidmət mərkəzlərinin istifadəyə verilməsi vaxtından əvvəl tam icra edilib və vergi ödəyicilərinin istifadəsinə verilib. Həmin xidmət mərkəzlərində təşkil olunmuş yüksək səviyyəli xidmətlərin nəticəsidir ki, sahibkarlıq subyektləri tərəfindən vergi sahəsində könüllü əməletmə səviyyəsi 2024-cü ilin 2-ci rübündə 98,3 faiz olub.
Naxçıvanda vergi xidmətlərindən məmnunluq səviyyəsi 100 faizə yaxın olub
2024-cü ilin 9 ayında Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin vergi ödəyicilərinə xidmət mərkəzləri tərəfindən ümumilikdə 32 minə yaxın şəxs qəbul edilib. Xidmət mərkəzləri tərəfindən vergi qanunvericiliyi və inzibatçılığı ilə əlaqədar sualların cavablandırılması, vergi uçotu, qeydiyyat, bəyannamələr, cari vergi ödəmələri və s. məsələlərlə bağlı 41.500-dən çox xidmət göstərilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 8 faiz çoxdur.
Cari ilin 9 ayında vergi ödəyicilərinə 366 mindən çox məlumatlandırma xarakterli müxtəlif növ bildiriş göndərilib. Hesabat dövründə vergi ödəyiciləri ilə 70 görüş keçirilib, 501 ünvanlı xidmət göstərilib.
Mərkəzlərdə göstərilən xidmətlərdən məmnunluq səviyyəsi 99,6 faiz təşkil edib.
Naxçıvanda vergilər üzrə proqnozda ciddi artım olub
Vergilər üzrə proqnoz 2024-cü ildə 2022-ci illə müqayisədə 61,2 milyon manat və ya 54,3 faiz artırılmaqla 112,8 milyon manatdan 174 milyon manata çatdırılıb. Növbəti ildə vergi daxilolmaları üzrə proqnoz məbləğinin 17,5 milyon manat artırılmaqla 191,5 milyon manata çatdırılması nəzərdə tutulur. Bu da 2022-ci illə müqayisədə 78,7 milyon manat və ya 69,8 faiz artım deməkdir.
Naxçıvanda vergi daxilolmaları 30,6 faiz artıb
2024-cü ilin 9 ayında ötən ilin eyni dövrü ilə müqayisədə Dövlət Vergi Xidmətinin xətti ilə vergi daxilolmaları 36,9 milyon manat və ya 30,6 faiz, məcburi dövlət sosial sığorta daxilolmaları 8,7 milyon manat və ya 8,2 faiz, işsizlik sığortası fonduna daxilolmalar 313,2 min manat və ya 11,1 faiz, icbari tibbi sığorta daxilolmaları 2,7 milyon manat və ya 14,9 faiz artıb.
Cari ilin 9 ayında faktiki vergi daxilolmaları 157,6 milyon manat təşkil edib ki, bu da müəyyən olunmuş proqnoz məbləğindən 27,8 milyon manat və ya 21,4 faiz çoxdur.
Naxçıvanda aktiv vergi ödəyicilərinin sayı 61,8 faiz artıb
İlin əvvəli ilə müqayisədə 1 oktyabr 2024-cü il tarixə aktiv vergi ödəyicilərinin sayı 32,6 faiz artaraq 20.553 təşkil edib. 1 yanvar 2023-cü illə müqayisədə aktiv VÖ-nin sayı 61,8 faiz, qeydiyyatda olan obyektlərin sayı 21,4 faiz, ƏDV ödəyicilərinin sayı 78,1 faiz, qeydiyyatda olan Online NKA sayı 73,3 dəfə, qeydiyyatda olan aktiv POS-terminalların sayı 4,2 dəfə, aktiv bank hesablarının sayı 23,6 faiz artıb.
Əhali ilə nağd hesablaşmalar aparan aktiv obyektlər üzrə vergi daxilolmalarında ciddi artım olub
Əhali ilə nağd hesablaşma aparan aktiv obyektlər üzrə vergi daxilolmaları 2024-cü ilin 9 ayında ötən ilin eyni dövrü ilə müqayisədə 68,3 faiz artaraq 7 milyon manata yaxın olub. Həmin vergi daxilolmaları 2022-ci illə müqayisədə 2023-cü ildə 3 dəfə artıb.
Naxçıvanda istehlakçılara qaytarılan ƏDV məbləği 2 dəfə artıb
2023-cü il və 2024-cü ilin 8 ayında Naxçıvan Muxtar Respublikasında “ƏDV geri al” layihəsi çərçivəsində istehlakçılara 1,8 milyon manata yaxın ƏDV məbləği geri qaytarılıb. Cari ilin 8 ayında istehlakçılara qaytarılan məbləğ ötən ilin müvafiq dövrünə nisbətən 2 dəfə artaraq 914,6 min manat təşkil edib.
Naxçıvanda nağdsız əməliyyatlar üzrə dövriyyə 77 faiz artıb
Cari ilin 8 ayında nəzarət kassa aparatları üzrə dövriyyə ötən ilin eyni dövrü ilə müqayisədə 136,2 milyon manat və ya 2,1 dəfə, qeydiyyatda olan POS-terminallar üzrə dövriyyə 21 milyon manat və ya 41,8 faiz, nağdsız əməliyyatlar üzrə dövriyyə isə 274,3 milyon manat və ya 76,7 faiz artıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
2 ay sonra
Aviabilet • Otel axtarışı • Qrup səyahətləri • Turlar - Xidmətlər bir arada
-
1 gün sonra
Bakıda tələbə və məzunlar üçün karyera festivalı keçiriləcək - ŞİRKƏTLƏR İŞTİRAK EDƏ BİLƏRLƏR
-
2 gün əvvəl
ABŞ səfirliyi Baku Steel Company-də: API sertifikatından sonra yeni üfüqlər
-
📲 İndi
Marja.az-ın WhatsApp kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az - 2 gün əvvəl
-
2 gün əvvəl
Unibank ADA və UNEC tələbələri üçün dayanıqlı maliyyə seminarları təşkil edib
-
2 gün əvvəl
Cari ilin ilk rübündə 8 mindən çox avadanlığın idxalına xüsusi icazə verilib
- 2 gün əvvəl
-
2 gün əvvəl
Aqrar Kredit və İnkişaf Agentliyi son 3 ildə ayırdığı vəsaitlərin məbləğini açıqlayıb
-
2 gün əvvəl
"Avrora Qrup" Azərbaycanın ən böyük ixracatçıları siyahısındadır - 15 QAT ARTIM
-
2 gün əvvəl
Birbank “Best Private Banking Azerbaijan” mükafatına layiq görüldü
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər

Bakıda tələbə və məzunlar üçün karyera festivalı keçiriləcək - ŞİRKƏTLƏR İŞTİRAK EDƏ BİLƏRLƏR

Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub

AZCON-un icraçı direktoruna müavin təyin edilib
.jpg)
Birbank “Best Private Banking Azerbaijan” mükafatına layiq görüldü

Azərbaycanda buraxılış kartı alan taksilərin sayı açıqlanıb
Ən çox oxunanlar

Bakıda avtobusların sayı artırılacaq
Kino Agentliyinin Müşahidə Şurasına sədr təyin olunub

"Bu il Azərbaycanda fermerlərə dəymiş zərər 50-70 % arta bilər"

Sabah leysan yağacaq, güclü külək əsəcək

Banka yeni sədr təyin edilib
