Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Satış mütəxəssislərinin və satış prosesində çətinliklər ilə üzləşənlərin nəzərinə!

iç səhifə xəbər başlığı altı (mobil)_31
Satış mütəxəssislərinin və satış prosesində çətinliklər ilə üzləşənlərin nəzərinə!
29 sentyabr 2024-cü il tarixində, Bakıda “HBN Academy”nin təşkilatçılığı ilə tanınmış təlimçi Ercan Telci tərəfindən “Satış rekordlarını qırmaq üçün kilid nöqtələr və Neyro Marketinq” mövzusunda unikal bir təlim keçiriləcəkdir.
 
Türkiyənin “Ən yaxşı satış təlimçisi” mükafatına layiq görülmüş, “Satış hikməti” kitabının müəllifi olan Ercan Telci, satış sahəsində 20 ildən artıq təcrübəyə malikdir. O, indiyədək 400-dən çox iri şirkət üçün korporativ satış və motivasiya təlimləri təşkil edib.
Bu təlim sahibkarlar, şirkət rəhbərləri, satış mütəxəssisləri və satış prosesində çətinliklərlə üzləşən hər kəs üçün nəzərdə tutulub.
Təlimin əsas məqsədi iştirakçıların satış bacarıqlarını inkişaf etdirmək və inandırma qabiliyyətlərini artırmaqdır.
 
Təlim proqramı aşağıdakı mövzuları əhatə edir:
 
-“Müştəri kimdir?”
-“Satışda Neyroelm”
-“Fizioloji və psixoloji satış”
-“Hipnoz texnikası ilə sehrli satış toxunuşları”
-“Müştəri yanaşmalarının dəyişməsi və müştəri ilə əlaqə”
-“Müştərinin şüuraltı kodlarına nüfuz etmək”
-“Beyinlə satış və Neyro Marketinqin gücü”
 
Təlimin üstünlükləri:
 
-Satış texnikalarını daha effektiv şəkildə tətbiq etmək
-Müzakirə sənətində ustalaşaraq, etirazları peşəkar şəkildə idarəetmək
-Neyro marketinq vasitəsilə müştəri idarəetməsini təkmilləşdirmək
-Zamanı və resursları daha effektiv idarəetmək
-Uğursuzluq qorxusunu dəf edib, satış hədəflərini asanlıqla aşmaq
 
Təlim, interaktiv metodlardan (rol oyunları, qrup çalışmaları, tematik testlər, təlim videoları, debatlar və s.) ibarət intensiv məşğələləri özündə birləşdirəcək. İştirakçılar real vəziyyətləri təhlil edəcək, mövcud bacarıqlarını nümayiş etdirəcək və yeni biliklər əldə edərək onları tətbiq etmə yollarını öyrənəcəklər.
 
Əgər həyatınızı dəyişdirmək, satış hədəflərinizi artırmaq və məhsul ya xidməti satmağın ən effektiv yollarını öyrənmək istəyirsinizsə, bu fürsəti qaçırmayın!
 
Təlim 29 sentyabr 2024 tarixində (bazar günü) saat 09:30-14:00 aralığında "Çinar Plaza"nın konfrans zalında (Heydər Əliyev prospekti 152) keçiriləcəkdir.
 
Təlim sonunda iştirakçılara sertifikat təqdim ediləcək.
 
Təlimin iştirak qiyməti yerlərdən asılı olaraq 60, 80 və 100 manat təşkil edir. Bileti buradan onlayn ala bilərsiniz.
 
Ətraflı məlumat üçün:
Telefon: (+994) 77 209 37 37
27.09.2024 13:47
📲 İndi
Marja.az-ın WhatsApp kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.

♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ