Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3-ABB_21

2025-ci ildə dövlət büdcəsinin ilkin göstəriciləri açıqlandı

2025-ci ildə dövlət büdcəsinin gəlirləri 36 milyard 616 milyon manat, xərcləri isə 39 milyard 667,6 milyon manat proqnozlaşdırılır. Gələn il 3 milyard 51,6 milyon manat büdcə kəsri (defisit) olacağı nəzərdə tutulur.
iç səhifə xəbər başlığı altı (mobil)_31
2025-ci ildə dövlət büdcəsinin ilkin göstəriciləri açıqlandı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Maliyyə Nazirıiyi Azərbaycan Respublikasının 2025-ci ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair açıqlama yayıb. 

Marja.az xəbər verir ki, açıqlamada 2025-ci il üzrə dövlət və icmal büdcələrin proqnozu da yer alıb.

İcmal büdcə.

2025-ci ildə icmal büdcənin gəlirləri 44 milyard 371,4 milyon manat səviyyəsində proqnozlaşdırılmışdır ki, bu da 2024-cü ilin təsdiq olunmuş göstəricisinə nəzərən 856,4 milyon manat və ya 2 faiz artım deməkdir.

İcmal büdcə xərcləri isə növbəti ildə 45 milyard 867 milyon manat proqnozlaşdırılmışdır ki, bu da 2024-cü ilin təsdiq olunmuş göstəricisi ilə müqayisədə 240,2 milyon manat və ya 0,5 faiz çoxdur. 2025-ci il üzrə icmal büdcədə 1 milyard 495,6 milyon manat büdcə kəsri (defisit) olacağı proqnozlaşdırılmışdır.

Dövlət büdcəsi

2025-ci ildə dövlət büdcəsinin gəlirləri 36 milyard 616 milyon manat proqnozlaşdırılır ki, bu da 2024-cü ilin təsdiq olunmuş göstəricisi ilə müqayisədə 228 milyon manat və yaxud 0,6 faiz çox, 2023-cü ilin icra göstəriciləri ilə müqayisədə 1 milyard 379,6 milyon manat və yaxud 3,9 faiz çoxdur.

Növbəti ildə dövlət büdcəsinin xərcləri 2024-cü ilin dürüstləşdirilmiş proqnozu ilə müqayisədə 74,7 milyon manat və ya 0,2 faiz azalma ilə39 milyard 667,6 milyon manat proqnozlaşdırılır ki, bu da, 2023-cü ilin icra göstəriciləri ilə müqayisədə 3 milyard 209,7 milyon manat və yaxud 8,8 faiz çoxdur.

2024-cü ildə dövlət büdcəsinə yenidən baxılmadan əvvəl dövlət büdcəsinin xərcləri 36 milyard 763 milyon manat həcmində və ya 2025-ci il üçün təklif olunan məbləğdən 2 milyard 904,6 milyon manat az təşkil etmişdir.

2025-ci ildə dövlət büdcəsinin kəsiri 2024-cü ilin dürüstləşdirilmiş proqnozu ilə müqayisədə 302,7 milyon manat və ya 9 faiz az olmaqla 3 milyard 51,6 milyon manat (ÜDM-də xüsusi çəkisi 2024-cü illə müqayisədə 0,4 faiz-bənd az olmaqla 2,4 faiz) proqnozlaşdırılır.

Dövlət büdcəsinin gəlirləri

2025-ci ildə xam neftin bir barrelinin orta illik ixrac qiyməti 70 ABŞ dolları səviyyəsində götürülməklə 2025-ci il dövlət büdcəsinin gəlirləri ÜDM-in 28,3 faizi həcmində yəni 36 milyard 616 milyon manat nəzərdə tutulur ki, bunun da 46,6 faizi və ya 17 milyard 73 milyon manatı neft-qaz sektorunun, 53,4 faizi və ya 19 milyard 543 milyon manatı qeyrineft/qaz sektorunun payına düşür.

2025-ci ildə Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmalar dövlət büdcəsi gəlirlərinin 42,3 faizini və ya 15 milyard 500 milyon manat təşkil edəcəkdir ki, bu da cari ilin dürüstləşdirilmiş proqnozundan 230 milyon manat və ya 1,5 faiz çox, 2023-cü ilin icra göstəriciləri ilə müqayisədə isə 626,7 milyon manat və ya 3,9 faiz azdır.

Bununla yanaşı, növbəti ildə dövlət büdcəsi gəlirlərinin 12 milyard 781 milyon manatı və ya 34,9 faizi Azərbaycan Respublikasının Dövlət Neft Fondundan transfertin, 6 milyard 600 milyon manatı və ya 18 faizi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xətti ilə daxilolmaların, 840,milyon manatı və ya 2,3 faizi büdcə təşkilatlarının büdcədənkənar daxilolmalarının, 895 milyon manatı və ya 2,4 faizi isə sair gəlirlərin payına düşür.

2025-ci ildə neft-qaz sektoru üzrə dövlət büdcəsinin gəlirlərinin 74,9 faizini və ya 12 milyard 781 milyon manatını Azərbaycan Respublikasının Dövlət Neft Fondundan transfert (cari il ilə eyni məbləğdə), 22,4 faizini və ya 3 milyard 830 milyon manatını vergi orqanlarının xətti ilə neft sektorundan daxilolmalar, 2,7 faizini və ya 462 milyon manatını isə digər neft daxilolmalar (ARDNŞ üzrə dividendlər) təşkil edir.

Növbəti ildə qeyri-neft/qaz sektoru üzrə dövlət büdcəsi gəlirlərinin 59,7 faizini vergi orqanlarının xətti ilə daxilolmalar, 33,8 faizini gömrük orqanlarının xətti ilə daxilolmalar, 4,3 faizini büdcədən maliyyələşən təşkilatların ödənişli xidmətlərindən büdcədənkənar fondlara daxilolmalar, 2,2 faizini sair gəlirlər təşkil edəcəkdir.

2025-ci il üzrə dövlət büdcəsinə proqnozlaşdırılan Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmaların 75,3 faizi və ya 11 milyard 670 milyon manatı qeyri-neft sektorunun, 24,7 faizi və ya 3 milyard 830 milyon manatı neft sektorunun payına düşür.

Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi üzrə daxilolmalar ÜDM-in 5,1 faizi həcmində olmaqla 6 milyard 600 milyon manat nəzərdə tutulur ki, bu da 2024-cü ilin proqnozu ilə müqayisədə 165 milyon manat və ya 2,6 faiz, 2023-cü ilin faktı ilə müqayisədə 262,2 milyon manat və ya 4,1 faiz çoxdur.

Dövlət büdcəsinin xərcləri

2025-ci il üçün 39 milyard 667,6 milyon manat (ÜDM-in 30,7 faizi) həcmində proqnozlaşdırılan dövlət büdcəsi xərclərinin 24 milyard 957,4 milyon manatı və ya 63 faizi cari xərclərə, 12 milyard 310,6 milyon manatı və ya 31,0 faizi əsaslı xərclərə, 2 milyard 399,6 milyon manatı və ya 6 faizi dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclərə yönələcəyi proqnozlaşdırılmışdır.

Funksional təsnifat üzrə 2025-ci ildə iqtisadi fəaliyyət xərclərinə 8 milyard 455 milyon manat (xüsusi çəkisi 21,3 faiz), ümumi dövlət xidmətləri üzrə xərclərinə 5 milyard 241,3 milyon manat (xüsusi çəkisi 13,2 faiz), müdafiə və milli təhlükəsizlik üzrə xərclərə 6 milyard 658.3 milyon manat (xüsusi çəkisi 16,8 faiz), təhsil xərclərinə 4 milyard 945.8 milyon manat (xüsusi çəkisi 12,5 faiz), səhiyyə xərclərinə 1 milyard 997.2 milyon manat (xüsusi çəkisi 5,0 faiz), sosial müdafiə və sosial təminat üzrə xərclərinə 4 milyard 998.0 milyon manat (xüsusi çəkisi 12,6 faiz), məhkəmə hakimiyyəti, hüquqmühafizə və prokurorluq üzrə xərclərinə 3 milyard 207.7 milyon manat (xüsusi çəkisi 8,1 faiz), mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyət xərclərinə 635.3 milyon manat (xüsusi çəkisi 1,6 faiz), əsas bölmələrə aid edilməyən xidmətlər üzrə xərclərinə 1 milyard 573,2 milyon manat (xüsusi çəkisi 4,0 faiz), ətraf mühitin mühafizəsi üzrə xərclərinə 417.7 milyon manat (xüsusi çəkisi 1,1 faiz), kənd təsərrüfatı üzrə xərclərinə 1 milyard 171.9 milyon manat (xüsusi çəkisi 3,0 faiz), mənzil və kommunal təsərrüfatı üzrə xərclərinə isə 366.2 milyon manat (xüsusi çəkisi 0,9 faiz) vəsait yönəldilməsi proqnozlaşdırılır.

Dövlət büdcəsinin kəsiri

2025-ci ildə dövlət büdcəsinin kəsiri 3 milyard 51,6 milyon manat proqnozlaşdırılır ki, bunun da 2 milyard 672,3 milyon manatının (87,6 faiz) borclanma, 250 milyon manatının (8,2 faiz) vahid xəzinə hesabının qalığı, 110 milyon manatının (3,6 faiz) özəlləşmədən daxilolmalar və 19,3 milyon manatının (0,6 faiz) məqsədli büdcə fondlarının vəsaitinin qalığı hesabına maliyyələşdirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, yenidən baxılmış 2024-cü ilin dövlət büdcəsinin gəlirləri 36 milyard 388 milyon manat (ilkin təsdiq olunmuş göstəriciyə nisbətən 2 milyard 215 milyon manat və ya 6,5 faiz çox) məbləğində nəzərdə  xərcləri isə 39 milyard 742,3 milyon manat (ilkin təsdiq olunmuş göstəriciyə nisbətən 2 milyard 979,3 milyon manat və ya 8,1 faiz çox) məbləğində nəzərdə tutulmuşdur.

büdcə 2025 dövlət icmal büdcələr
17.09.2024 19:47
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-1_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ

Ən çox oxunanlar