Azərbaycanda toyuq əti bahalaşdı – QİYMƏT ARTIMININ SƏBƏBİ BARƏDƏ AÇIQLAMA
AQTA yem qatqı və əlavələrinin Azərbaycana gətirilməsinə icazə vermədiyi üçün, toyuq əti bahalaşıb. Mürvət Həsənli: "Yem qatqı və əlavələri çatışmadığı üçün toyuq əti istehsalı 7-8 gün gecikir. Əvvəllər 32-35 gün arasında kəsilən toyuqlar, hazırda 40 günə kəsilir. Bu gün pərakəndə satışda toyuq ətinin bahalaşmasının əsas səbəbi budur".Azərbaycanda marketlərdə toyuq ətinin qiymətlərində minimum 70 qəpik bahalaşma müşahidə olunur.
Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının İdarə Heyətinin sədri Mürvət Həsənli Marja.az-a açıqlamasında bildirib ki, bahalaşmanın səbəbi ölkəyə yem qatqı və əlavələrinin gətirilməsində böyük problemin olmasıdır:
“Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) yenilənmiş qanunvericiliyi əsas göstərərək bildirir ki, xarici istehsalçı fabriklər də mütləq Azərbaycanda qeydiyyatdan keçməlidirlər. Biz də həmin fabrikləri, ölkəmizə satış etmələri üçün Azərbaycanda qeydiyyatdan keçmək tələb olunduğu barədə məlumatlandırmışıq. Lakin Azərbaycan onlar üçün kiçik bazar olduğundan burada qeydiyyatdan keçməkdə maraqlı deyillər. Çünki həmin istehsalçıların illik dövriyyələri 200 milyard dollara yaxındır, Azərbaycan üzrə dövriyyələri isə 1-2 milyon dollar civarındadır. Bura iri yem qatqı və əlavələri istehsalçıları olan Qərbin iri “Cargill”, “Pfizer” şirkətləri, Çin şirkətləri daxildir. Bu şirkətlər Azərbaycanda qeydiyyatdan keçmədiklərinə görə, onların istehsalı olan yem qatqı və əlavələrini ölkəmizə idxal edə bilmirik. Yerli quş əti istehsalçılarının əlində olan yem qatqı və əlavələri ehtiyatı da tükənməkdədir. Yem qatqı və əlavələri çatışmadığı üçün toyuq əti istehsalı 7-8 gün gecikir. Əvvəllər 32-35 gün arasında kəsilən toyuqlar, hazırda 40 günə kəsilir. Bu gün pərakəndə satışda toyuq ətinin bahalaşmasının əsas səbəbi budur. Toyuq ətinə təlabatı artdığı bir dövrdə istehsalın gecikməsi qiymətlərin artması ilə nəticələnir. Yem qatqı və əlavələrini ölkəyə buraxmadıqları üçün toyuqların bəslənməsində çətinlik yaranıb”.
Assosiasiyanın sədri əlavə edib ki, kiçik yerli toyuq əti istehsalçılarında 5-10 günlük, iri istehsalçılarda təxminən 2 aylıq ehtiyat qalıb. Əgər yem qatqı və əlavələrinin ölkəyə gətirilməsinə icazə verilməsə, yerli quş əti istehsalçıları böyük zərər ilə üzləşə bilərlər.
Mürvət Həsənlinin sözlərinə görə, bir neçə dəfə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ilə görüş təklif etsələr də, indiyədək görüş baş tutmayıb:
“Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi bu məsələdə bərabərçilik prinsipini pozur. Bildirir ki, Avropa və Rusiyadan qeydiyyat lazım deyil, qatqı və əlavələri gəitirə bilərsən, Türkiyə və Çindən gətirən zaman qeydiyyat lazımdır. Qida qatqı və əlavələrinin böyük əksəriyyətini Çin istehsal edir. Sadəcə Avropa Çindən alır, digər maddələri qatıb baha qiymətə bizə satır.
Həmçinin AQTA bildirir ki, 100-dən çox xarici istehsalçı Azərbaycanda qeydiyyatdan keçib. Bu şirkətlər əsasən Gürcüstanın, Rusiyanın və Türkiyənin vasitəçi, alverçi şirkətləridir, istehsalçı deyillər. AQTA əsas istehsalçıları qeydiyyatdan keçirməlidir. Biz qida qatqılarını və əlavələrini birbaşa istehsalçıdan alsaq məqsədəuyğun olmazmı? Həm ucuz, həm də keyfiyyətli olar. Vasitəçi şirkətlərin məhsullarının keyfiyyəti adətən aşağı olur. Onlar aşağı dəyərlərə malik olan məhsullar təklif edirlər. Yerli quş əti istehsalçıları birbaşa Türkiyə və Çinin istehsalçıları ilə əməkdaşlıq etməkdə maraqlıdırlar. İllərdir istehsalçı şirkətlər ilə əmədaşlıq edirik, lakin son dəyişikliklər bizim münasibətləri də pozur”.
Mürvət Həsənli əlavə edib ki, bir müddət sonra bazarda yumurta qıtlığı yarana və qiymətləri arta bilər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
-
3 saat əvvəl
“Qlobal Pul Həftəsi”ndə Bank of Baku-dan yaradıcı müsabiqə - ÖZ PULUNU YARAT!
-
3 saat əvvəl
Azərbaycan İdman Rəqsləri Federasiyasına yeni prezident seçildi
-
-
3 saat əvvəl
Qlobal enerji bazarları İranın qaz sahəsinə və neft obyektlərinə edilən hücum xəbəri ilə sarsıldı
-
3 saat əvvəl
Tramp bir daha müttəfiqləri Hörmüz boğazının açılmasına kömək etməyə çağırıb
- 4 saat əvvəl
-
4 saat əvvəl
İllik 18% gəlirlilyi olan istiqrazlar 50 investor tərəfindən əldə edilib
- 4 saat əvvəl
-
4 saat əvvəl
"Kür" markalı kompüterləri yığan şirkətin fəaliyyətinə xitam verilib
-
4 saat əvvəl
NEQSOL Holding və Təhsilin İnkişafı Fondu PARLA Tələbə Qızlar üçün Təqaüd Proqramını davam etdirir
- 4 saat əvvəl
-
4 saat əvvəl
Prezident Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Azərbaycan İdman Rəqsləri Federasiyasına yeni prezident seçildi
"Mayak Residence"dən xüsusi reklam çarxı - VİDEO
"CHELEBI" mağazasını idarə edən şirkətin kapitalı azaldılıb
"Kür" markalı kompüterləri yığan şirkətin fəaliyyətinə xitam verilib
Ən çox oxunanlar
NEQSOL Holding və Təhsilin İnkişafı Fondu PARLA Tələbə Qızlar üçün Təqaüd Proqramını davam etdirir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Prezident Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib
Nazir Çin şirkətinin vitse-prezidenti ilə görüşüb, Hacıqabulda həyata keçirilən layihə müzakirə olunub
AFB Bank-dan yeni “Mono Əməkhaqqı Kartı” – şirkətlər üçün daha sərfəli maaş layihəsi
Qızıl ucuzlaşır - Qiyməti 5000 dollardan aşağı düşdü
262 manata məhsulu sığortaladı – 8801 manat sığorta ödənişi aldı!


















