Qəbələyə gələn ərəblərin sayı açıqlanıb
Qəbələ rayonu coğrafi quruluşuna, paytaxta yaxın olmasına və müasir turizm infrastrukturuna görə nəinki isti yay fəslində, hətta soyuq qış aylarında da turistləri özünə cəlb edir.
31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə ölkəmizdə 5 gün davam edən bayram tətilində Qəbələnin turizm məkanlarına üz tutan yerli və xarici turistlərin sayı ötən ildəkindən 2 dəfə çox olub.
Qarlı dağlarda motorlu xizəklərlə, at və faytonlarla gəzintiyə çıxmaq, kanatla dağlarda gəzmək və buz üstündə xizəklə sürüşmək, meşələrdə heyvan və quş ovlamaq, göllərdə qayıqla gəzmək, balıq tutmaq barədə düşünənlərin arzusu bu günlərdə Qəbələdə gerçəkləşib. Son günlər rayonda əsl bayram ab-havası yaşanıb, bütün otellər, istirahət və əyləncə mərkəzləri turistlərlə dolu olub.
BAYRAM GÜNLƏRİNDƏ 4 MİNƏ YAXIN TURİST
Qonaqların istirahətinin mənalı təşkili üçün otellərdə, “Qəbələnd” istirahət və əyləncə mərkəzində yüksək şərait yaradılıb, tanınmış musiqiçilərin iştirakı ilə konsertlər, müxtəlif əyləncəli tədbirlər keçirilib. Yerli və xarici turistlər Qəbələnin zəngin tarixi, müasir şəhərsalma mədəniyyəti və ləziz mətbəxi ilə yaxından tanış olublar. Burada yerləşən 20 müasir otel və istirahət mərkəzi bayram günlərində, ümumilikdə, 4 minə yaxın yerli və xarici turistə xidmət göstərib. Qəbələyə üz tutan turistlər təkcə rayon mərkəzini gəzməklə kifayətlənməyib, həm də dağlardakı ucqar kəndlərə gedərək mənzərəli yerlərlə tanış olublar.
Qəbələ rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Nargilə Qafarova müsahibəsində bayram günlərində rayona gələnlər arasında yerli turistlərin çoxluq təşkil etdiyini bildirib. Yeni ili Qəbələdə qarşılayan xarici turistlər arasında Birləşmiş Ərəb Əmirlikləri, Türkiyə, Səudiyyə Ərəbistanı, İraq, Qətər, Hindistan, Rusiya və Pakistandan gələnlər daha çox olub. Rayona gələn əcnəbi turistlər arasında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə xeyli artım müşahidə edilib.
Qəbələ Turizm İnformasiya Mərkəzindən bildiriblər ki, hər il Qəbələyə gələn əcnəbi turistlər arasında Rusiya və Avropa ölkələrinin vətəndaşları üstünlük təşkil edirdi. Amma 2016-cı ildə ilk dəfə olaraq Qəbələyə müsəlman ölkələrindən gələn turistlərin sayının həddən artıq çox olması rayonun turizm bazarını daha da genişləndirib. Ötən ilin yay və payız aylarında Qəbələyə ərəb turistlərin axını daha çox olub. 2016-cı ildə ilk dəfə olaraq ərəb ölkələrindən Qəbələyə 20 minə yaxın turist gəlib. Təbii ki, xarici turistlərin istirahəti üçün Qəbələdə bütün imkanlar mövcuddur.
100 MİN NƏFƏRƏ YAXIN TURİST
Hazırda rayonda irili-xırdalı 100-ə yaxın turizm-istirahət obyekti fəaliyyətdədir. Həmin obyektlərdən 20-si beş, dörd və üçulduzlu otellər və müasir istirahət mərkəzləridir. Bu turizm obyektlərində gün ərzində 2500 qonaq qarşılamaq, onlara yüksək səviyyədə xidmət göstərmək mümkündür. 2016-cı ildə Qəbələ rayonuna gələn turistlərin sayı 99 min 700 nəfər olub ki, bunun da 32 min 600 nəfəri xarici turistlərdi. 2015-ci ildə isə Qəbələyə 80 min 200 nəfər yerli və xarici turist gəlmişdi”.
© Azərtac
Müştərilərin xəbərləri
Ağdamda tütün sənayesi üzrə beynəlxalq standartlara uyğun yeni sınaq laboratoriyası istifadəyə verildi
SON XƏBƏRLƏR
- 2 həftə sonra
-
52 d. əvvəl
AFB Bank daşınmaz əmlak krediti: Xəyal etdiyiniz evə bir addım qalır!
- 1 saat əvvəl
-
-
1 saat əvvəl
Əmək müqaviləsinə xitam verilməsinin daha bir əsası müəyyənləşir
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycan məhsulu bu il xaricdə 2 dəfəyə yaxın baha satılıb - 2 AYDA 58 MİLYONA YAXIN GƏLİR GƏTİRİB
- 2 saat əvvəl
-
2 saat əvvəl
2 ay ərzində Azərbaycana 26,5 milyon dollar valyuta gəliri təmin edib
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
İlham Əliyevlə Almaniya Kansleri arasında telefon danışığı olub
-
4 saat əvvəl
Əli Laricaninin öldürüldüyü İran hakimiyyəti tərəfindən təsdiqlənib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Bu gün FED faiz qərarını açıqlayacaq
Əmək müqaviləsinə xitam verilməsinin daha bir əsası müəyyənləşir
Azərbaycan məhsulu bu il xaricdə 2 dəfəyə yaxın baha satılıb - 2 AYDA 58 MİLYONA YAXIN GƏLİR GƏTİRİB
Azərbaycandan İrana növbəti humanitar yardım yola salınır
Ən çox oxunanlar
Rəsmi məzənnələr açıqlandı
İlham Əliyevlə Almaniya Kansleri arasında telefon danışığı olub
Əli Laricaninin öldürüldüyü İran hakimiyyəti tərəfindən təsdiqlənib
Tramp NATO-dan küsüb - "Artıq yardımınıza ehtiyacımız yoxdur"
FAB 2026-cı ilin rənglərini elan edib
"Mayak Residence"dən xüsusi reklam çarxı - VİDEO
Mərkəzi Bank: 2025-ci ildə xam neftin orta qiyməti 68,5 dollar olub
Qazaxıstan neftinin Azərbaycan üzərindən daşınması layihəsi çərçivəsində həcmi 4 milyon tona çatdırılıb


















