Qırğızıstan Azərbaycanla ikiqat vergitutmanın aradan qaldırılması haqqında Sazişin imzalanmasını təsdiqləyib
Qırğızıstanın Nazirlər Kabineti “Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş”in imzalanmasını təsdiqləyib.
Qırğızıstan KİV-ləri xəbər verir ki, Saziş 2024-cü il aprelin 24-də Bakıda imzalanıb.
Sazişin icrasına cavabdeh olan orqan İqtisadiyyat və Kommersiya Nazirliyi müəyyən edilib. Sənəd ratifikasiya məqsədilə Qırğızıstanın Joqorku Keneşinə göndərilib.
Saziş Qırğızıstan iqtisadiyyatına birbaşa xarici investisiyaların cəlb edilməsi vasitəsi kimi nəzərdən keçirilir. Bununla yanaşı, xarici şirkətlərə ikiqat vergitutmanın aradan qaldırılması və yalnız bir ölkədə vergitutma təminatının verilməsi yolu ilə ölkə iqtisadiyyatının müxtəlif sahələrinə investisiya yatırılmasına şərait yaradır.
Sazişin əsas məqsədləri bir dövlətin rezidentini digər razılığa gələn dövlətdə ayrı-seçkilik yaradan vergitutmadan qorumaq, vergidən yayınma və ya Sazişin müddəalarından sui-istifadə hallarının qarşısını almaq və razılığa gələn dövlətlərin səlahiyyətli orqanları arasında Sazişin müddəalarına əməl olunmasını təmin etmək üçün qarşılıqlı məlumat mübadiləsi aparmaqdan ibarətdir.
Sənədin mətnində vurğulanıb ki, Saziş beynəlxalq ikiqat vergitutmanın hüquqi sahəsində yaranan ümumi problemlərin və vəzifələrin həllində vahid formadır. Vergi qanunvericiliyi sahəsində Qırğızıstanla Azərbaycan arasında münasibətlərdə ümumi yanaşmanı inkişaf etdirməyə imkan verir.
Qeyd olunub ki, Saziş Qırğız Respublikasında ticarət dövriyyəsinin və Azərbaycan investisiyalarının həcminin artırılmasına kömək edəcək.
Azərbaycanın Qırğızıstan iqtisadiyyatına yatırdığı investisiyaların həcmi 5,4 milyon ABŞ dolları, Qırğızıstanın Azərbaycana yatırdığı kapital qoyuluşlarının həcmi isə 5,54 milyon ABŞ dolları təşkil edir.
Azərbaycanda qeydiyyatdan keçmiş Qırğızıstan kapitallı 74 müəssisədən 23-ü fəaliyyət göstərir.
Müştərilərin xəbərləri
“İnternational Leasing” yeni sədr ilə fəaliyyətini genişləndirir - nizamnamə kapitalı 2 milyon manata çatdırılıb
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
- 1 saat sonra
- 7 saat əvvəl
-
8 saat əvvəl
KPMG şirkəti Azərbaycan da daxil olmaqla 6 ölkə üzrə rəhbər təyin edib
- 9 saat əvvəl
-
10 saat əvvəl
"Əgər kimsə ikinci belə ölkə tapsa, onda mənə desin, mən də bilim"
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Dünya Bankından Azərbaycana yeni kredit – bu magistral yol yenidən qurulacaq
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Sizin Lombard “Açıq qapı günləri” keçirəcək
"Əgər kimsə ikinci belə ölkə tapsa, onda mənə desin, mən də bilim"
Bakı–Quba və Bakı–Qusar marşrutlarını bu şirkət işlədəcək
Ən çox oxunanlar
Aqrar şirkətin nizamnamə kapitalı yarıdan çox azaldılır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Ağdam Sənaye Parkında yeni şirkət - 14,2 milyon manatlıq layihə
Maliyyə nazirinin 1-ci müavini ABB-nin rəhbərliyinə gətirilib




























