Rabitəbankda yeni təyinat!
Nihad Tağızadə “Rabitəbank” ASC-də Proseslərin avtomatlaşdırılması və rəqəmsallaşma departamentinin direktoru vəzifəsinə yeni təyinat edilib.
Bu barədə MArja-ya Bankdan bildirilib.
Qeyd edilib ki, N.Tağızadə Bakı Dövlət Universitetində “Kompüter elmləri” ixtisası üzrə bakalavr təhsili alıb. 2014-cü ildən 2016-ci il tarixinə kimi ilk əmək fəaliyyətinə qeyri-bank sektorunda başlayan Nihad Tağızadə 2017-ci ildən etibarən bank sektorunda müxtəlif banklarda və müxtəlif vəzifələrdə fəaliyyət göstərməyə başlayıb. Proqram təminatı şöbəsinin Proqramlaşdırma bölməsində mütəxəssis kimi karyerasına başlayan N.Tağızadə daha sonra həmin departamentin ABİS-in inkişafı bölməsinə keçmiş və həmin şöbə üzrə aparıcı mütəxəssis, böyük mütəxəssis vəzifələrində çalışmışdır. 01.10.2020-ci il tarixindən isə Rəqəmsal həllərin tətbiqi və dəstəklənməsi şöbəsinin müdiri vəzifəsinə kimi yüksəlmişdir. 22.01.2021-ci il tarixindən Marketing və Agile metodologiyanın tətbiqi idarəsinin Agile eskpert mərkəzinin Agile kouç vəzifəsinə təyin edilmiş, 13.07.2021-ci il tarixindən etibarən isə “Rabitəbank” ASC-də Rəqəmsal məhsulların inkişafı şöbəsinin Rəqəmsal məhsulları üzrə meneceri vəzifəsində çalışmışdır. Həmçinin, 01.04.2022-ci il tarixindən etibarən bir sıra banklarda layihənin inkişafı departamentinin ödənişlər, kart hesablarının artırılması, loyallıq və keşbek istiqamətinin rəhbəri və Rəqəmsal kanallar sahəsinin baş məhsul sahibi olaraq fəailyyət göstərmişdir.
"Rabitəbank" ASC 16 region və Bakı şəhəri üzrə ümumilikdə 28 xidmət məntəqəsi, 74 ATM-i, "Rabita Mobile" tətbiqi, İnternet Bankçılıq platforması, "RabitaBot" çatbotu və 133 nömrəli Çağrı Mərkəzi ilə müştərilərin xidmətindədir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 16 saat sonra
-
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 4 saat əvvəl
-
5 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

























