Bayram günlərində yeni istifadəyə verilmiş "Stadler" qatarlarına 5 dəfə daş atılıb
Bayram günlərində “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) yeni istifadəyə verilmiş "Stadler" qatarlarına 5 dəfə daş atılıb.
ADY-nin yaydığı məlumatda bildirilir ki, bu məsuliyyətsiz davranış qatar personalı və sərnişinlərin həyatını təhlükəyə atır, qatarların hərəkətinə maneələr yaradır və yubanmalara səbəb olur.
Bu əməlləri törədənlər cəzasız qalmır, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun məsuliyyətə cəlb olunurlar və dövlət əmlakına vurduqları maddi ziyanı qarşılamalı olurlar.
Qeyd edək ki, 2024-cü ildə ADY-nin dəmiryol xətlərinə 60-a yaxın kənar müdaxilə edilib, 25 daşatma hadisəsi qeydə alınıb.
ADY dəmir yolu sahəsində hərəkətin təhlükəsizliyinin təmin olunması, qaydalara riayətin vərdiş hal alması üçün dəmir yolu ətrafında yerləşən məktəblərdə təlimlər təşkil edir, sakinlərlə davamlı görüşlər keçirir, maarifləndirmə kampaniyaları aparır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
-
8 saat əvvəl
Sahibkarlar Həftəsində Yapı Kredi Bank Azərbaycandan biznes müştərilərinə xüsusi fürsətlər ®
-
9 saat əvvəl
"Qüvvələrimizi birləşdirərək yeni bazarlara çıxa, birgə layihələr həyata keçirə bilərik"
-
9 saat əvvəl
“Hermes” lizinqdən sonra kredit bazarına daxil olur – Yeni BOKT lisenziya aldı
-
10 saat əvvəl
OBA müharibə veteranlarının məşğulluğuna verdiyi töhfəyə görə təltif olunub
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Bakıda “Türk dünyası – 2026” beynəlxalq idman rəqsləri müsabiqəsi keçirilib
-
10 saat əvvəl
Ağdam Sənaye Parkında yeni şirkət: 22 milyon manatlıq layihə - lift və eskalator istehsal olunacaq
- 13 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Prezident İlham Əliyev Vyetnamda rəsmi səfərdədir
Ən çox oxunanlar
Ağdam Sənaye Parkında yeni şirkət: 22 milyon manatlıq layihə - lift və eskalator istehsal olunacaq
Bank olmayan kredit təşkilatına lisenziya verilib
Vergi yoxlamaları riskə görə aparılacaq – Dövlət Vergi Xidməti yeni mexanizm hazırlayır


























