DSMF-nin builki büdcəsinə dəyişikliklər I oxunuşda qəbul edilib
Milli Məclisin növbədənkənar sessiyasının bu gün keçirilən plenar iclasında “Dövlət sosial müdafiə fondunun (DSMF) 2024-cü il büdcəsi haqqında” qanuna dəyişiklik layihəsi I oxunuşda müzakirəyə çıxarılıb.
Sənədi parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev təqdim edib.
O bildirib ki, 2024-cü ilin ötən dövrü üzrə ölkə iqtisadiyyatının artım templəri nəzərə alınmaqla əhalinin sosial rifah halının yüksəldilməsi istiqamətində aparılan ardıcıl tədbirlər icmal büdcənin mühüm tərkib hissəsi kimi “Dövlət Sosial Müdafiə Fondunun 2024-cü il büdcəsi haqqında” qanuna əlavə və dəyişikliklərin edilməsini zəruri edib.
Qanuna dəyişikliklərin edilməsinə ehtiyacın yaranması əsasən dövlət sosial müdafiə fondunun gəlir mənbələri üzrə məcburi dövlət sosial sığorta haqlarında daxilolmaların faktiki icrasının yüksək artımla yerinə yetirilməsi ilə əlaqədardır.
İqtisadiyyat Nazirliyi tərəfindən 2023-cü ildə təqdim edilmiş məlumatlarda 2024-cü il üçün ilkin olaraq orta aylıq əməkhaqqının proqnoz göstəricisi 980 manat göstərilib, dəqiqləşdirilmiş makroiqtisadi göstəricilərə əsasən isə bu göstəricinin 990 manat olması proqnozlaşdırılır.
Belə ki, qeyri-büdcə sektorunda əməkhaqqı artımları, habelə aparılan şəffaflaşdırma tədbirləri nəticəsində əldə olunan ümumi artım tempi və ilin növbəti aylarında baş verə biləcək gözləntilər və risklər nəzərə alınmaqla dəyişiklik layihəsində qeyri-büdcə sektoru üzrə məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmarın məbləği artırılıb.
Bunu nəzərə alaraq, DSMF-nin 2024-cü il üçün büdcəsində qeyri-büdcədən sektoru üzrə məcburi dövlət sosial sığorta haqları üzrə daxilolma məbləği dürüstləşdirilərək 190 milyon manat artırılaraq 3387,1 milyon manatdan 3577,1 milyon manata çatdırılması məqsədəmüvafiq hesab olunur.
Eyni zamanda əmək pensiyalarının ödənilməsi xərclərinin məbləği 25 milyon manat artılaraq 6 milyard 500 milyon manatdan 6 milyard 525 milyon manata çatdırılması təklif olunur.
Bununla yanaşı, Fondun aparatının və yerli bölmələrinin saxlanılması xərci 5 milyon manat artırılaraq 135,1 milyon manata çatdırılıb, eləcə də pensiya və müavinətlər üzrə bank əməliyyatlarının aparılması üzrə xərcləri 30 min manat artırılıb.
Beləliklə, Fondun xərcləri 30 milyon manat və yaxud 0,4 % artırılaraq 6 milyard 949,9 milyon manata çatdırılıb.
Nəticədə Fondun büdcəsinin balanslaşdırılması məqsədilə dövlət büdcəsinin öhdəliklərinin maliyyələşdirilməsi üçün dövlət büdcəsindən ayrılan vəsaitin (transfert) məbləği 160 milyon manat azaldılaraq 1 milyard 232 milyon manat təşkil edəcək.
Müzakirələrdən sonra dəyişiklik layihəsi səsverməyə çıxarılaraq I oxunuşda qəbul olunub.
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
-
6 d. əvvəl
AFB Bank-ın “Sürətli Tender Qarantiyası” məhsuluna maraq artmaqdadır!
-
12 d. əvvəl
Qətər nəhəng sənaye obyektində ciddi ziyan olduğunu açıqlayıb
-
-
36 d. əvvəl
FED sədri: "İnflyasiya hələ də yüksək səviyyədə qalır və faiz endirimi gündəmdə deyil"
- 39 d. əvvəl
- 56 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanda minik avtomobili istehsalı 50 faizdən çox artıb
-
1 saat əvvəl
Enerji obyektlərinin vurulması ilə neft qiymətlərində kəskin artım baş verdi
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
15 saat əvvəl
“Qlobal Pul Həftəsi”ndə Bank of Baku-dan yaradıcı müsabiqə - ÖZ PULUNU YARAT!
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Qətər nəhəng sənaye obyektində ciddi ziyan olduğunu açıqlayıb
Azərbaycanda doğulan körpə sayı azalıb, ölüm halı artıb
Azərbaycanda minik avtomobili istehsalı 50 faizdən çox artıb
Ən çox oxunanlar
"Mayak Residence"dən xüsusi reklam çarxı - VİDEO
FED faiz qərarını açıqladı
Azərbaycan İdman Rəqsləri Federasiyasına yeni prezident seçildi
Qlobal enerji bazarları İranın qaz sahəsinə və neft obyektlərinə edilən hücum xəbəri ilə sarsıldı
"CHELEBI" mağazasını idarə edən şirkətin kapitalı azaldılıb






















