Fransanın içki istehsalçısı Azərbaycan şirkətilə müqavilə bağlayıb
Fransanın məşhur armanyak (konyakın bir növü, Fransanın Armanyak bölgəsində yetişdirilən xüsusi üzüm sortlarından hazırlanır) içkisi istehsal edən “Château de Bordeneuve” şirkəti Azərbaycanda “Caspian Crystal” LLC şirkəti ilə müqavilə bağlayıb. Müqaviləyə əsasən bu şirkətin istehsal etdiyi armanyak Azərbaycanda “Caspian Crystal” şirkəti tərəfindən satılacaq.
Bu haqda Fransa şirkətinin yaydığı press-relizdə bildirilir. Orada qeyd olunur ki, “Caspian Crystal” Bakıda mənzillənən, 12 mərtəbəli plazaya, üç ticarət nöqtəsinə, iki şərab anbarına və güclü anbar-paylama şəbəkəsinə malik olan şirkətdir.
“Châteaux Bordeneuve & Collections” şirkətinin kommersiya direktoru Jerom Kastedine bildirib ki, bu sövdələşmə nəticəsində “Collection Privée” və “Baron de Sigognac” markalı armanyak beynəlxalq arenada daha çox tanınacaq, prestij qazanacaq.
“Bizim məhsulların yüksək keyfiyyətini, qüsursuz, beynəlxalq və peşəkar imicini nəzərə alaraq biz əminik ki, uzunmüddətli və davamlı tərəfdaşlığa başlayırıq. Mən “Caspian Crystal” şirkətinə daha çox uğurlar arzu edirəm və onlara qəti özünəinamlarına görə təşəkkür bildirirəm”-direktor əlavə edib.
Fransız konyaklarının Azərbaycanda satışını təşkil etmək üçün müqavilə bağlayan “Caspian Crystal” şirkəti keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun ailə biznesinə daxildir. Bu holdinqi keçmiş nazirin oğlu Anar Mahmudov idarə edirdi.
“Caspian Cyristal” şirkəti Azərbaycanda dünyanın hər bir yerindən gətirilmiş eksklüziv şərablar və alkoqollu içkilər təklif edən ilk butikin – “Wine City”nin yaradıcısıdır. Hazırda Bakıda bu adla 3 butik fəaliyyət göstərir. “Wine City” mağazasında 18000 şüşənin saxlanıldığı şərab anbarı qurulub. Şərab butikinin layihəsi və dizaynı fransızlarla birgə hazırlanıb. Bu şərablar elit müəssisələrə təqdim edilir və VİP müştərilər üçün nəzərdə tutulub.
Habelə “Caspian Crystal” şirkəti 2008-ci ildən etibarən lüks qədəhlər istehsalçısı “Riedel Crystal” şirkətinin Azərbaycanda rəsmi distribütorudur. "Caspian Crystal" şirkətinin fəaliyyətinin bir istiqaməti Avropanın ən yaxşı istehsalçılarından eksklüziv qida məhsullarının idxalıdır. 2007-ci ildə şirkət öz ərzaq bazasını yaradıb və “Gastronomy” pərakəndə və topdansatış üzrə ilk mağazasını açıb.
Hazırda “Gastronomy-1″, “Gastronomy-2″ və “Gastronomy-3″ mağazaları fəaliyyət göstərir. Öz fəaliyyətinə restoran biznesi ilə başlayan “Caspian Crystal” - “Beluga”, “Salvador Dali”, “Lord”, “VİP”, “Velluto” və “Crystal Shikhovo” kimi dəbdəbəli restoranlar şəbəkəsi yaradıb.
“Caspian Crystal” şirkəti müəssisə və təşkilatların əməkdaşlarının qida ilə təmin olunmasının təşkili üzrə podrat xidmətlərinin göstərilməsi üzrə də ixtisaslaşıb. Azərbaycanda “Range Rover”, “Jaquar”, “Maserati” avtomobillərinin və “Dicati” motosikletlərinin rəsmi distribütoru olan “Crystal Motors” şirkəti də “Caspian Crystal” holdinqə bağlıdır. “Caspian Crystal”ın baş ofisi Bakıda Yusif Səfərov küçəsində “Caspian Crystal” plazada yerləşir.
Xatırladaq ki, Eldar Mahmudovun işdən çıxarılmasından və onun MTN-dəki mütəşəkkil qruplaşmasının zərərsizləşdirilməsindən sonra “Caspian Crystal” şirkətinin də fəaliyyətini dayandırdığı haqda məlumatlar gəlirdi. Lakin daha sonra məlum oldu ki, şirkət işləyir və onun tərkibinə daxil olan müəssisələr fəaliyyətini davam etdirir. Bəs şirkət hələ də Eldar Mahmudovun oğluna məxsusdurmu? Yoxsa Azərbaycan bazarına elit alkoqollar, elit qədəhlər, “Range Rover”lər və s. idxal edən şirkət hazırda başqa əllərə keçib?
Şiirkətin ofisinə zəng vurulub, Anar Mahmudovun hələ də bu şirkətə rəhbərlik edib-etmədiyi ilə maraqlanılıb. Telefon zənginə cavab verən əməkdaş bu suala cavab vermək istəməyib, “bizdə rəhbərlik və şirkətin sahibləri barədə hər hansı informasiyalar məxfidir” deyib. Eyni zamanda şirkətlə maraqlanmağımızdan təəcübləndiyini də gizlətməyib.
© Virtualaz.org
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 1 gün sonra
-
- 3 d. əvvəl
- 7 d. əvvəl
-
10 d. əvvəl
"79 şəhərdən 68-nin baş planı yenilənib, 11 şəhər üzrə isə hazırlıq işləri davam edir"
-
16 saat əvvəl
37 900 manata 1240 kilometr - AION i60 Azərbaycanda rəsmi təqdim edildi
-
21 saat əvvəl
Altıağac–Xızı yolunda sürüşmənin fəsadları aradan qaldırılır
-
21 saat əvvəl
ING: Azərbaycanın cari əməliyyatlar hesabının profisiti 2026-cı ildə ÜDM-in 10 %-ni təşkil edə bilər
-
22 saat əvvəl
Tramp İranı yenidən hədələdi - “Hər şeyi iki günə məhv edə bilərik"
-
22 saat əvvəl
Mayın 17-18-də Bakıda və Abşeron yarımadasında yağış yağacaq - XƏBƏRDARLIQ
- 22 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 29 GÜN
Sərfəli şərtlərlə zaminsiz kreditlər
Prezident İlham Əliyev Keniya Prezidentilə görüşüb
"79 şəhərdən 68-nin baş planı yenilənib, 11 şəhər üzrə isə hazırlıq işləri davam edir"
ING: Azərbaycanın cari əməliyyatlar hesabının profisiti 2026-cı ildə ÜDM-in 10 %-ni təşkil edə bilər
Tramp İranı yenidən hədələdi - “Hər şeyi iki günə məhv edə bilərik"
Azərbaycan neftinin son qiyməti
5 şirkətin müşahidə şurası seçiləcək
İsmayıllı-Lahıc yolunda sürüşmə olub, yol bağlanıb
Dünyanın ikinci ən böyük şəkər istehsalçısı ixracını dayandırdı - ŞƏKƏR TOZU DAHA DA BAHALAŞA BİLƏR
Baku Electronics-də yaz fürsətləri davam edir!
“Rabitəbank” “GARMIN PAY” təmassız ödəniş həllini istifadəyə verdi
Azercell “Baku Flames”in texnologiya və innovasiya tərəfdaşıdır

















.jpg)





