PAŞA Bankın 200-dən çox rəhbər əməkdaşı toplanıb – Yeni strategiya müzakirə edilib
PAŞA Bankda yeni dövr başlayacaq – KOS, texnologiya və məhsuldarlıq əsas diqqət mərkəzində olacaq.“PAŞA Bank” ASC 2027–2029-cu illəri əhatə edən yeni strateji inkişaf mərhələsinə hazırlaşır. Bank qarşıdakı üç ildə biznesin dayanıqlı böyüməsinə, kiçik və orta sahibkarlıq (KOS) və B2B ekosisteminin genişləndirilməsinə, süni intellekt texnologiyalarından istifadəyə və məhsuldarlığın artırılmasına xüsusi diqqət ayıracaq.
Marja.az xəbər verir ki, bu barədə “PAŞA Bank” ASC-nin İdarə Heyətinin sədri Cavid Quliyev LinkedIn hesabında məlumat verib.
Onun sözlərinə görə, ötən həftə bankın 200-dən çox rəhbər əməkdaşının iştirakı ilə keçirilən görüşdə 2024–2026-cı illərin nəticələri qiymətləndirilib və növbəti üç il üçün strateji istiqamətlər müzakirə olunub.
Cavid Quliyev bildirib ki, geridə qalan dövr bank üçün mühüm nailiyyətlər və dəyərli təcrübə ilə yadda qalıb. Əldə olunan nəticələr növbəti inkişaf mərhələsi üçün əsas yaradıb.
Bankın rəhbəri 2027–2029-cu illər üzrə əsas prioritetlərin biznesin dayanıqlı böyüməsi, KOS və B2B ekosisteminin genişləndirilməsi, risklərin idarə edilməsi, texnologiya və süni intellekt (AI) imkanlarından səmərəli istifadə, eləcə də məhsuldarlığın artırılması olacağını vurğulayıb.
Yeni strategiyanın mərkəzində isə müştəriyönümlülük dayanacaq.
Strateji görüş çərçivəsində bankın İdarə Heyətinin üzvləri Bəhruz Nağıyev, Murad Süleymanov və Pərvin Əhədzadə ilə panel müzakirəsi keçirilib. Müzakirələrdə qarşıdakı dövrün prioritetləri müxtəlif perspektivlərdən qiymətləndirilib.
Görüşdə “PAŞA Bank”ın Müşahidə Şurasının sədri və “PAŞA Financial Holding”in Baş İcraçı Direktorunun müavini Şahin Məmmədov da iştirak edib.
Cavid Quliyev bildirib ki, yeni strategiyanın uğurla həyata keçirilməsində komanda əməkdaşlığı və ortaq baxış mühüm rol oynayacaq.
“İnanıram ki, strategiyanın gücü onu həyata keçirən insanlardan başlayır. Ortaq baxış və əməkdaşlıq uğurumuzun əsası olacaq”, – deyə bankın rəhbəri qeyd edib.
Yeni strateji istiqamətlərə dair açıqlamada konkret maliyyə hədəfləri, investisiya büdcəsi və ya rəqəmsal transformasiya layihələrinin detalları göstərilməyib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 həftə sonra
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
-
55 d. əvvəl
Azərbaycanda ət idxalı sürətlə artır - 9 ayda 89,4 milyon dollarlıq alış
-
-
1 saat əvvəl
Azərbaycanda 16%-lik yeni istiqrazlar satışa çıxarılacaq – Hərrac tarixi açıqlandı
-
1 saat əvvəl
Azercell-in lotereyasında hər həftə 7 iPhone və bir Toyota Corolla Cross uduşa çıxarılır! ®
-
1 saat əvvəl
PAŞA Bankın 200-dən çox rəhbər əməkdaşı toplanıb – Yeni strategiya müzakirə edilib
-
4 saat əvvəl
Bank of Baku fərdiləşdirilmiş müştəri əlaqələrinin inkişafı üçün Netmera-nı seçdi ®
-
4 saat əvvəl
Dövlət Neft Fondunun 25 ildən çox müddətdə əldə etdiyi gəlirlər açıqlandı
-
5 saat əvvəl
Neft Fondunun investisiya gəlirləri son 5 ilin rekorduna çatıb
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Azərbaycan Mərkəzi Bankı Avropa ölkəsinin mərkəzi bankı ilə razılığa gəldi
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Neft Fondunun investisiya gəlirləri son 5 ilin rekorduna çatıb
ABB Beynəlxalq Risk Forumu keçirib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Şəkər ixracı 140%-dən çox artıb
Mikro sahibkarlara güzəştli maliyyə və bank xidmətləri təklif olunur – Qeydiyyat davam edir
Azərbaycanın fındıq ixracı dəyər ifadəsində 16% artıb
“Prior Lizinq” Balakəndə yeni filial açıb
16%-lik istiqrazlara böyük maraq – 208 investor iştirak etdi

























