Saxta sifariş dələduzluğu haqqında məlumat: Diqqətli olun!"
"Çağrı mərkəzimizə müraciət çoxluğundan məlum olub ki, son vaxtlar “Gardashlar Mebel” adı ilə saxta sifarişlər alınır və sonradan bu sifarişlərlə bağlı heç bir əlaqə yaradılmır".
Bu, “Gardashlar Mebel”in yaydığı məlumatda bildirilir.
Şirkət müştərilərini xəbərdar edir ki, onlar "Gardashlar Mebel"in rəsmi internet platformalarından kənarda edilən hər hansı sifariş və ya ödəniş tələbinə razılıq verməsinlər. Bundan əlavə, "Gardashlar Mebel" tərəfindən icazə verilməyən hər hansı bir şəxs və ya təşkilata ödəmə əməliyyatı etməmək tövsiyə olunur.
"Gardashlar Mebel olaraq müştərilərimizin təhlükəsizliyini təmin etmək üçün müxtəlif tədbirlər görürük. Rəsmi saytımız vasitəsilə edilən sifarişlərin təhlükəsizliyini və düzgünlüyünü təmin etmək üçün ciddi şəkildə çalışırıq. Bizim əsas prioritetimiz müştərilərimizin təhlükəsizliyini və məmnuniyyətini təmin etməkdir. Sifariş saxtakarlığı kimi problemlərlə qarşılaşan müştərilərimizin bu barədə diqqətli olması və şübhəli hallarda dərhal bizimlə əlaqə saxlaması vacibdir. Müştərilərimizin təhlükəsizliyini təmin etmək üçün bütün lazımi addımları atmağa davam edəcəyik", -məlumatda bildirilir.
Əlavə edilib ki, müştəri xidmətləri komandamız Sizin istənilən sual, şikayət və ya narahatlığınız ilə məşğul olmağa hazırdır. Təhlükəsizliklə bağlı hər hansı problemlə üzləşən müştərilər bizimlə birbaşa əlaqə saxlamaq üçün aşağıdakı rəsmi əlaqə məlumatlarından istifadə edə bilərlər:
Telefon: 077 486 24 22
Rəsmi sayt: https://gardashlar.com
e-mail: info@gardashlar.com
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
-
8 saat əvvəl
Sahibkarlar Həftəsində Yapı Kredi Bank Azərbaycandan biznes müştərilərinə xüsusi fürsətlər ®
-
8 saat əvvəl
"Qüvvələrimizi birləşdirərək yeni bazarlara çıxa, birgə layihələr həyata keçirə bilərik"
-
9 saat əvvəl
“Hermes” lizinqdən sonra kredit bazarına daxil olur – Yeni BOKT lisenziya aldı
-
10 saat əvvəl
OBA müharibə veteranlarının məşğulluğuna verdiyi töhfəyə görə təltif olunub
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Bakıda “Türk dünyası – 2026” beynəlxalq idman rəqsləri müsabiqəsi keçirilib
-
10 saat əvvəl
Ağdam Sənaye Parkında yeni şirkət: 22 milyon manatlıq layihə - lift və eskalator istehsal olunacaq
- 13 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Prezident İlham Əliyev Vyetnamda rəsmi səfərdədir
Ən çox oxunanlar
Ağdam Sənaye Parkında yeni şirkət: 22 milyon manatlıq layihə - lift və eskalator istehsal olunacaq
Bank olmayan kredit təşkilatına lisenziya verilib
Vergi yoxlamaları riskə görə aparılacaq – Dövlət Vergi Xidməti yeni mexanizm hazırlayır



























