Rusiya Mərkəzi Bankı faiz qərarını açıqladı
Bu gün Rusiya Mərkəzi Bankının İdarə Heyəti ardıcıl üçüncü dəfə uçot dərəcəsini illik 16% səviyyəsində sabit saxlayıb.
Marja xəbər verir ki, Mərkəzi Bank fevral və mart aylarında keçirilən iclaslarda da eyni qərarı verib. Sonuncu dəfə uçot dərəcəsi 2023-cü ilin dekabrında dəyişib - Mərkəzi Bank onu illik 15%-dən 16%-ə qaldırıb.
Eyni zamanda Mərkəzi Bank 2024-cü il üçün inflyasiya proqnozunu pisləşdirib. Tənzimləyicinin proqnozuna görə, dekabrda qiymət artımı 4,3-4,8% təşkil edəcək. Hələ fevral ayında Mərkəzi Bank, inflyasiyanın 4-4,5% olacağını proqnozlaşdırmışdı (Mərkəzi Bankın hədəfi 4%). Bundan əlavə, Mərkəzi Bank 2024 və 2025-ci illərdə orta uçot dərəcəsi üzrə proqnozu müvafiq olaraq 15-16%-ə və 10-12%-ə (fevral proqnozunda 13,5-15,5%-dən və 8-10%-ə) yüksəltməklə güclü siqnal verib. Aprelin 27-dən 2024-cü ilin sonuna qədər orta uçot dərəcəsinin 14,5-16% diapazonunda olacağı proqnozlaşdırılır.
Bazarlarda da uçot dərəcəsinin illik 16% səviyyəsində qalacağını gözlənilirdi.
Eyni zamanda inflyasiyaya meylli amillər də qalmaqdadır. İqtisadi artım davam edir ki, bu da əmək resurslarına tələbi artırır, nəticədə işsizlik tarixi minimum 2,8% səviyyəsindədir. “Ev təsərrüfatlarının gəlirlərində əhəmiyyətli artım və inamlı istehlakçı əhval-ruhiyyəsi fonunda istehlak aktivliyi yüksək olaraq qalır. Müəssisə sorğularından əldə edilən məlumatlar yüksək investisiya tələbinin davam etdiyini göstərir. Rusiya iqtisadiyyatının balanslaşdırılmış artım trayektoriyasından yuxarıya doğru sapması əhəmiyyətli olaraq qalır. 2024-cü ildə ÜDM-in artımı proqnozu 2,5-3,5%-ə qaldırılıb”, - deyə Mərkəzi Bankdan bildirilib.
ABir sıra nalitiklər hesab edirlər ki, faiz endirimi dövrü ya iyulda, ya da sentyabr-oktyabr aylarında başlaya bilər. Eyni zamanda, bir sıra ekspertlər etiraf edirlər ki, qiymətlər Mərkəzi Bankın proqnozundan xeyli kənara çıxan sürətlə artmağa davam edərsə, tənzimləyici uçot dərəcəsini ilin sonuna kimi 16% səviyyəsində saxlaya bilər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 ay sonra
-
2 həftə sonra
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
-
14 d. əvvəl
“Məqsədimiz sahibkarın inkişaf yolunda strateji tərəfdaşına çevrilməkdir” - MÜSAHİBƏ
-
-
22 d. əvvəl
7 ayda xarici ətə 66 milyon dollar xərclənib - Ət idxalı həm həcmdə, həm də qiymətdə artıb
- 24 d. əvvəl
- 26 d. əvvəl
-
1 saat əvvəl
Yeni mövsüm başlayır, Baku Electronics-də “Seçimlər Hazırdır”! ®
-
1 saat əvvəl
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
- 1 saat əvvəl
-
1 saat əvvəl
Satıcıdan sürücüyə qədər vakansiyalar - İşə qəbul aparılacaq tarix və ünvanlar ®
- 1 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanın Rusiya ilə ticarətində ciddi azalma - 3-cü yerdən 5-ci yerə düşüb
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
Xaricdən mal alışına 3,7 milyard dollar az xərclənib
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
ABB növbədənkənar ümumi yığıncaq keçirəcək
Ən çox oxunanlar
Azərbaycan neftinin son qiyməti
Rəsmi məzənnələr açıqlandı




























