İstehsal ilə məşğul olan sahibkarlar KOB Model Müəssisənin təlimlərinə dəvət olunur
Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi bildirir ki, sahibkarlar qənaətli istehsal, resurslardan və xammaldan səmərəli istifadə, məhsulun düzgün saxlanılması, istehsal prosesinin və vaxtın optimallaşdırılması və s. ilə bağlı öyrəndiklərini Model Müəssisədə təcrübədən keçirə biləcəklər.
İstehsal ilə məşğul olan sahibkarlar Azərbaycan Texniki Universitetində fəaliyyət göstərən KOB Model Müəssisədə keçirilən təlimlərə dəvət olunurlar. Təlim proqramı ilə sahibkarlar qənaətli istehsal, resurslardan və xammaldan səmərəli istifadə, hazır məhsulun düzgün saxlanılması, istehsal prosesinin və vaxtın optimallaşdırılması, işçi qüvvəsinin istehsal prosesində bərabər paylaşdırılması, rəqabət qabiliyyətliliyə dair bacarıqlarını artırmaqla müasir biliklərə yiyələnəcək və öz müəssisələrində tətbiq edə biləcəklər. Sahibkarlara təlimlərdə öyrəndikləri nəzəri bilikləri KOB Model Müəssisədə yerləşən müasir avadanlıqlarda sınaqdan keçirmək imkanı da yaradılıb.
Təlimlər aşağdakı mövzuları əhatə edir:
- Dəyər, məsrəf və sahədə itki
- ΚΡΙ-ΚΑΙ
- Standartlaşdırma
- Vaxtın ölçülməsi və müşahidə metodları
- 5S strategiyası
- Kaizen sistemi
- SMED
- Poka-Yoke, Jidoka
- JIT - Sinxronizasiya
- İtələmə-çəkmə sistemləri
- İdarəetmə strategiyası və davamlı inkişaf
Qeyd edilib ki, KOB Model Müəssisə istehsal sahəsində fəaliyyət göstərən sahibkarlara dəstək məqsədilə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən yaradılıb. Model müəssisənin bütün xidmətləri ödənişsizdir. Sahibkarlar KOB Model Müəssisəsinin imkanlarından faydalanmaq üçün KOBİA-ya birbaşa (info@smb.gov.az və ya www.smb.gov.az saytının "Agentliyə birbaşa müraciət" bölməsi), eləcə də model müəssisənin sosial media hesabları vasitəsilə müraciət edə bilərlər.
Müştərilərin xəbərləri
Pulunuzu sadəcə saxlamayın? Kapital Bank-ın rəsmisi investisiyanın əsas qaydalarını açıqladı - MÜSAHİBƏ
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
- 1 gün sonra
-
59 d. əvvəl
“Pegasus” Avropada böyüyür – İki aviaşirkəti birdən satın aldı
-
4 saat əvvəl
Avropa İttifaqı 9 oyun şirkəti ilə bağlı araşdırmaya başlayıb
-
4 saat əvvəl
Hörmüz böhranı gübrəni bahalaşdırdı – Qiymət 9 ayda 28,4% artıb
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
AZAL daha bir “Airbus A321neo” aldı – Donanmadakı təyyarələrin sayı 31-ə çatdı
- 6 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Sizin Lombard “Açıq qapı günləri” keçirəcək
Avropa İttifaqı 9 oyun şirkəti ilə bağlı araşdırmaya başlayıb
Naxçıvan Ali Məclisinin deputatı mandatından məhrum edilib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
SOCAR yeni şirkət yaradıb
Bakıdan Tbilisiyə daha ucuz getmək mümkün olacaq, biletlər 36 manatdan başlayacaq - gündə 4 reys olacaq
Azərbaycanda oktyabrın 2-dən 5-dək yağış yağacaq
Yasamalda “kazino mənzili” aşkarlandı, 6 nəfər saxlanıldı - 5 milyon manatdan çox dövriyyə
Oktyabrın 2-də gözlənilən hava şəraiti
Dünya Bankı Orta Dəhlizin inkişafına 1,2 milyard dollar yatıracaq






















