“Azerbaijan Business Award” 2023 mükafatının təqdimat mərasimi keçirildi - LAUREATLAR
2 mart 2024-cü il tarixində “Buta Palace”da 2023-cü ilin yekunlarına əsasən “Azerbaijan Business Award” Milli mükafatının təqdimetmə mərasimi keçirilib.
“Ticari və iqtisadi əlaqələrin inkişafına verdiyi töhfəyə görə” əsas mükafata Özbəkistanın Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfiri Bahrom Aşrafxanov layiq görüldü.
Qonaqlar arasında Belarus, Gürcüstan, Qırğızıstan, Mərakeş, Rumıniya, Serbiya, Tacikistan və Türkmənistanın səfirləri iştirak edirdilər. Bundan əlavə, tədbirdə Türkiyə səfirinin iqtisadi məsələlər üzrə müşaviri, Dağıstan Respublikasının Azərbaycandakı daimi nümayəndəliyinin rəhbəri və Macarıstan səfirinin müavini iştirak edib.
Tədbirdə ümumilikdə dövlət qurumlarının, aparıcı şirkətlərin nümayəndələri, yüksək səviyyəli menecerlər, iqtisadiyyatın müxtəlif sahələrindən olan təmsilçilər, xarici qonaqlar və KİV nümayəndələri də daxil olmaqla 250 nəfər iştirak edirdi.
Əvvəlki illərdə olduğu kimi, bu il də bütün laureatlar iqtisadiyyatın qeyri-neft sektorunun nümayəndələridir – telekommunikasiya, tikinti sahəsi, qida sənayesi və s.
“Azerbaijan Business Award” mükafatının partnyorları “Azərmaş CP”, “Greenstream International” və “Faberlic” brendi, tədbirin dost şirkətləri isə “Almond”, “Barakat”, “Bizon”, “BUZ Group”, “Corretto”, “Cruises.az”, “Kobi”, “Paloma Leather”, “EmArt studio” by Emin Gakhramanov və “King’ Style” & Parfum City idi.
“Buta Palace”da təşkil edilən tədbirdən əvvəl “Azerbaijan Business Award” mükafatına laureat şirkətlərin mal və xidmətlərinin təqdimat mərasimi təşkil edildi.
Bundan başqa "Azerbaijan Business Award” mükafatının partnyoru, “Chevrolet” brendinin ölkəmizdə rəsmi distribütoru olan və 2021-ci ildən beynəlxalq standartlara cavab verən avtomobillərin yığılmasını uğurla həyata keçirən “Azərmaş CP” şirkəti tədbirdə iki avtomobili – “Chevrolet Onix” və “Tracker”i təqdim edib.
Bu axşam qonaqlar və mükafatçılar canlı musiqi ifasından da məmnunluq hissi duydular.
Tədbirin informasiya tərəfdaşları arasında Marja.az və Rockvell var.
“Azerbaijan Business Award” 2023 mükafatının laureatları
Bahrom Aşrafxanov, Özbəkistan Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri – Ticari və iqtisadi əlaqələrin inkişafına verdiyi töhfəyə görə
Orxan Məmmədzadə, təsisçi və CEO BMG International – İlin iş adamı. Biznes və təhsil sahələrinin inkişafında əldə etdiyi yüksək nəticələrə görə
YAŞAT Fondu – Şəhidlərin ailə üzvləri və qazilərin təminatına dəstək istiqamətində uğurlu fəaliyyətinə görə
Nar – Qarabağın dirçəlişinə göstərdiyi dəstəyə görə
FAB Boya və Kimya Sənayesi – İlin keyfiyyətli boya istehsalçısı
Özbəkistan Ticarət Evi – İlin debütü
BM Morrison Partners – Beynəlxalq nüfuz
Gədəbəy Mineral Suları – İlin yüksək keyfiyyətli mineral su istehsalçısı
Millennium – İlin dondurma istehsalçısı
“Ağdam” şərabı (Az Abrau) – Əfsanənin yenidən canlanması
Az Abrau Muzeyi – Azərbaycanda şərabçılıq tarixinin və mədəniyyətinin təbliğinə verdiyi töhfəyə görə
Avtoman – Keyfiyyətli tərəfdaş
S-ENNA – İlin şirkəti. Lift avadanlıqlarının satışı və servisi
AR Metiz – Yüksək keyfiyyət standartları. Metal şurupların istehsalı
Azərmaş CP – İlin avtomobil dileri
Kargomat – İstehlak bazarında innovativ həllər
Mediasales Azerbaijan – Yüksək xidmət standartları. Mərkəzləşdirilmiş media satış evi
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
16 saat sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
14 saat sonra
Unicapital-dan investisiyaya başlayanlar üçün kampaniya: Səhm və kriptovalyutalara 0% komissiya ®
-
-
1 gün əvvəl
"2017-ci ilin aprelindən 1 dollar 1,7 manatdır və belə də olmağa davam edəcək"
- 1 gün əvvəl
-
1 gün əvvəl
RİNN, AZCON Holding və “Franklin Templeton” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb
-
1 gün əvvəl
Hörmüz planı təhlükədə — Trampın təklifi rədd etdiyi bildirilir
- 1 gün əvvəl
-
1 gün əvvəl
AIIF 2026 başa çatdı – 10,8 milyard dollarlıq layihələr üçün razılaşmalar əldə olundu
-
1 gün əvvəl
Azərbaycan nəhəng infrastruktur investoru ilə yeni layihələri müzakirə etdi
-
1 gün əvvəl
Orta Kür hövzəsində böyük enerji layihəsi – SOCAR və ExxonMobil payları 50/50 bölüşdürəcək
-
1 gün əvvəl
Emin Ağalarov: “Sea Breeze”də nəzərdə tutulanların 85–90%-i hələ qabaqdadır
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
RİNN, AZCON Holding və “Franklin Templeton” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb
SOCAR İtaliya millisinin Baş Qlobal Enerji Sponsoru olacaq
AIIF 2026 başa çatdı – 10,8 milyard dollarlıq layihələr üçün razılaşmalar əldə olundu
Ən çox oxunanlar
Orta Kür hövzəsində böyük enerji layihəsi – SOCAR və ExxonMobil payları 50/50 bölüşdürəcək




























