Azərbaycanın dövlət borcunun məbləği açıqlanıb
Qeyd edək ki, 2024-cü il 1 yanvar tarixinə Azərbaycan Respublikasının dövlət borcu (daxili vəxarici borc) 26 milyard 850,4 milyon manat və ya 2023-cü il üzrə ÜDM-in 21,8 faizini təşkil etmişdir. Ümumi dövlət borcunun 10 milyard 984 milyon manatı (6 milyard 461,2 milyon ABŞ dolları) və ya 40,9 faizi xarici dövlət borcunun, 15 milyard 866,4 milyon manatı və ya 59,1 faizi daxili dövlət borcunun payına düşür.
Marja.az xəbər verir ki, bu “Dövlət Borcu üzrə Statistik Bülleten”də bildirilir.
Qeyd edilib ki, 1 yanvar 2024-cü il tarixi vəziyyətinə xarici dövlət borcu 6 milyard 461,2 milyon ABŞ dolları və ya 2023-cü il üzrə Ümumi Daxili Məhsulun (ÜDM) 8,9 faizini təşkil etmişdir. Dövlət borcunun idarəedilməsi strategiyasının icrası olaraq, xarici borcun ümumi borc portfelində həcminin azaldılması, habelə 2021-ci ildən başlayaraq ÜDM-in həcminin artması xarici dövlət borcunun ÜDM-ə nisbətinin azalması ilə nəticələnmişdir.
Hesabat tarixinə dəyişkən faiz dərəcəsi ilə olan öhdəliklər xarici dövlət borcunun 43,1 faizini, sabit dərəcə ilə olanlar isə 56,9 faizini təşkil etmişdir.
Xarici dövlət borcunun 52,5 faizi 5 iləqədər olan müddətdə, 40,3 faizi 5 ildən 10 ilə qədər olan müddətdə, 7,2 faizi isə10 ildən yuxarı olan müddətdə kreditorlara qaytarılmalıdır.
1 yanvar 2024-cü il tarixinə xarici dövlət borcunun valyuta tərkibi aşağıdakı kimi olmuşdur:
ABŞ dolları – 87,9 faiz,
avro – 5,4 faiz,
XBH (Beynəlxalq Valyuta Fondunun Xüsusi Borcalma Hüquqları) –3,3 faiz,
yapon yeni – 2,9 faiz,
digər valyutalar – 0,5 faiz.
1 yanvar 2024-cü il tarixinə xarici dövlət borcunun 55,7 faizi çoxtərəfli maliyyə institutları üzrə, 35,4 faizi xarici bazarda yerləşdirilmiş istiqrazlar üzrə, 8,9 faizi isəikitərəfli maliyyə institutlarından cəlb edilmiş kreditlər üzrə öhdəliklərin payına düşür.
2024-cü ilin 1 yanvar tarixinə xarici dövlət borc portfelinin 35,4%-i avrobondlar üzrə, 29,9%-i Asiya İnkişaf Bankı üzrə, 14,9%-i Dünya Bankı üzrə, 19,8%-i isə digər kreditorlardan cəlb edilmiş öhdəliklərin payına düşür.
1 yanvar 2024-cü il tarixinə xarici dövlət borc portfelinin 35,4 faizini və ya 2 milyard 287,3 milyon dolları məbləğində hissəsini beynəlxalq maliyyə bazarında yerləşdirilmiş dövlət istiqrazları (avrobond) təşkil edir.
2024-cü ilin 1 yanvar tarixinə xarici dövlət borc portfelinin 47,9 faizi büdcə kəsirinin bağlanılması üzrə hökumət adından çıxış edən Maliyyə Nazirliyi tərəfindən, 52,1 faizi isə digər icraçı qurumlar tərəfindən həyata keçirilən proqram və layihələr üzrə cəlb edilmiş öhdəliklərin payına düşür.
Müştərilərin xəbərləri
"Nazar Holdings" Gürcüstanda Ferrari-nin rəsmi avtosalonunu açdı - TƏDBİRDƏ GÜRCÜSTANIN BAŞ NAZİRİ DƏ İŞTİRAK EDİB
SON XƏBƏRLƏR
- 6 gün sonra
- 6 gün sonra
-
5 gün sonra
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
-
- 11 saat sonra
-
2 saat əvvəl
Liviyanın Baş Qərargah rəisi və daha 4 yüksək rütbəli şəxs Ankarada təyyarə qəzasında həlak olub
-
2 saat əvvəl
İllik gəlirlilik dərəcəsi 18% olan istiqrazları 52 investor əldə edib
- 2 saat əvvəl
-
3 saat əvvəl
Mənşəyi məlum olmayan rənglər ilə toyuqlar rənglənib, "kənd toyuğu" təəssüratı yaradılıb
- 3 saat əvvəl
-
5 saat əvvəl
Türkiyədə 2026-cı il üçün minimum maaş müəyyən edildi - 1311 MANAT
- 6 saat əvvəl
-
8 saat əvvəl
"Azərbaycan Dəmir Yolları" daha bir regionlararası marşrut üzrə səfərlərə başlayacaq
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Mənşəyi məlum olmayan rənglər ilə toyuqlar rənglənib, "kənd toyuğu" təəssüratı yaradılıb
“Mercedes-Benz” təxminən 150 milyon dollar cərimə ödəyəcək
Ən çox oxunanlar
Türkiyədə 2026-cı il üçün minimum maaş müəyyən edildi - 1311 MANAT
Ağdamda “Hilton” hoteli istifadəyə verildi
"Azərbaycan Dəmir Yolları" daha bir regionlararası marşrut üzrə səfərlərə başlayacaq
Bolt və SUP.VC Demo Day ilə akselerasiya proqramını yekunlaşdırdı - QALİB STARTAPLAR
Gümüş qiyməti ilk dəfə 70 dollar səviyyəsini keçdi
Misin qiyməti tarixdə ilk dəfə 12 min dolları keçdi
ABŞ-də iqtisadi artım gözləntiləri üstələdi





















