Vergi və Mühasibatlıq Zirvəsinin təşkilatçıları ilə müsahibə
"Tədbir iştirakçılarını maraqlı məzmunla yanaşı, əla ünsiyyət və şəbəkələşmə gözləyir"(®) 16 mart tarixində Baku Marriott Boulevard Hoteldə keçiriləcək Vergi və Mühasibatlıq Zirvəsinin təşkilatçıları ilə müsahibə.
Həmin müsahibəni təqdim edirik:
“Good Finans” şirkətinin direktoru Vüsal Səlimov
- Vüsal bəy, Ölkəmizdə demək olar ki, hər sahə ilə bağlı müxtəlif forum və konfranslar keçirilir. Vergi və Mühasibatlıq Zirvəsini fərqləndirən amillər sizcə, nələrdir?
- Bu zirvənin əsas üstünlüyü elm tutumlu olması və işlərə, suallara praktiki yanaşmadır. İştirakçılar sərbəst şəkildə sualları bol vaxtdan istifadə edərək ünvanlaya və cavab ala bilərlər. Eyni zamanda, zirvədə təsadüfi spiker yoxdur və hər bir spiker tam diqqətlə seçilir. Buna görə də peşəkarlardan bilik və təcrübə əldə etmək xeyli asanlaşır.
- Zirvə zamanı neçə panel və spiker nəzərdə tutulub? Spikerlər hansı amillərə əsasən seçilib dəvət edilir? Yerli yoxsa xarici spikerlər üstünlük təşkil edəcək?
- Zirvədə 3 panel və 15-dən çox spiker nəzərdə tutulub. Əsasən yerli böyük şirkətlərdən və bizneslərdən spikerlər dəvət edilib.
- Zirvədə iştirak etmək istəyən oxuculara nələr demək istəyərdiniz?
- İlk tövsiyəm odur ki, əvvəlcədən suallar hazırlasınlar. Çay və yemək fasilələrində də spikerlərə yaxınlaşıb suallarını ünvanlaya bilərlər. Digər tərəfdən, dövlət orqanlarından dəvət edilən spikerlərlə görüş fürsəti bu vaxta qədər cavabını tapmaqda çətinlik çəkdikləri sualların cavablarını almaq üçün əsl tapıntıdır.
"Good Finance" şirkətinin vergi konsultantı Teymur Əşrəf
Vergi və Müsahibatlıq Zirvəsinin yerli şirkətlərə və ümumillikdə biznes mühitinə nə kimi faydaları olacaq?
- Ötən ilki tədbirin təhlili göstərdi ki, zirvədə əhatə olunmuş mövzular təkcə maliyyə-mühasibat istiqamətində yox, bütövlükdə idarəetmə sahəsində aktuallıq daşımışdır. İstər özəl, istərsə də dövlət sektorunu təmsil edən ekspertlər vacib məqamlara toxunmuş, çıxışlar, sual-cavab formatında irəli sürülmüş bir sıra tezislər ənənəvi və sosial media platformalarında geniş müzakirələrə səbəb olmuşdur. Eyni yanaşmanın builki tədbirdə də təkrarlanması və daha əhətəli olması gözlənilir. Çünki biznes proseslerin dinamikliyi fonunda maliyyə-mühasibat sektorunun daxilində də yeni yanaşmalar təzahür edir, üstəlik bu proses qanunvericilikdə olan dəyişiklikləri də paralelində gətirir.
- Bu il zirvənin sloqanı “Düzgün hesab” seçilib. Sloqan ideyası necə yaranıb?
- Tədbirin “Düzgün hesab” sloqanı ilə keçirilməsinə gəldikdə isə, biznesin inkişafı və risklərinin minimuma endirilməsi hərtərəfli ölçüb-biçməkdən, yəni düzgün hesab edə bilməkdən keçir. Biznesin daxilində “Düzgün hesab” edənlər isə mühasiblər və maliyyəçilərdir.
-Zirvədə iştirak etmək istəyən oxuculara nələr demək istəyərdiniz?
- Tədbir iştirakçılarını maraqlı məzmunla yanaşı əla ünsiyyət və şəbəkələşmə gözləyir. Əmin olsunlar ki, tədbirin xoş təəssüratını uzun müddət unuda bilməyəcəklər.
Vergi və Mühasibatlıq Zirvəsinin layihə kordinatoru Nərmin Nuriyeva
-“Facemark” və “Good Finance” şirkətlərinin təşkilatçılığı ilə ölkəmizdə artıq II dəfədir Vergi və Mühasibatlıq Zirvəsi keçirilir. Keçən ilki tədbir öz möhtəşəmliyi ilə yadda qalmışdı. Bu il tədbirdə bizi hansı yeniliklər gözləyir?
-Bəli, ötən il olduğu kimi bu il də Vergi və Mühasibatlıq Zirvəsinə maraq olduqca böyükdür. VMZ2023 ölkəmizdə istər format, istərsə də təşkilatçılıq baxımından müsbət istiqamətdə fərqlənən layihələrdən biri oldu. Digər təcrübələrimizdən yola çıxaraq, həmçinin yeni təkmilləşdirmələr apararaq Vergi və Mühasibatlıq Zirvəsi 2024 üçün hazırlıq işlərinə başlamışıq. Qeyd etmək istərdim ki, yaxın günlərdə VMZ2023-ün moderator və spikerlərinin çıxışlarından hazırlanmış icmal kitabça da oxuculara təqdim olunacaqdır.
- Hazırda təşkilati işlər hansı mərhələdədir? Ümumiyyətlə tədbirə maraq VMZ2023-lə müqayisədə nə dərəcədədir?
- Təşkilati işlərə yanvar ayının ilk həftəsindən başlamışıq, hazırlıq sürətlə davam edir. Tədbir günündən sonrakı müddətdə də işlərimiz davam edəcəkdir. Vergi və Mühasibatlıq Zirvəsi 2024-ə maraq ötən il ilə müqayisədə deyərdim ki daha çoxdur.
- Zirvədə iştirak etmək istəyən oxuculara nələr demək istəyərdiniz?
-Vergi və Mühasibatlıq Zirvəsi 2024-ün panellərindən biri Vergi Məcəlləsində edilmiş son dəyişikliklərə həsr olunub. Mənim fikrimcə, qeyd olunan mövzu bu sahədə çalışan, həmçinin sahəyə maraqlı olan şəxslər üçün gündəm təşkil edir. Onlar tədbirə qatılaraq bu və digər mövzular üzrə müzakirələrə qoşula, həmçinin onları maraqlandıran suallara cavab tapa bilərlər. Tədbirimiz networking və əlaqələrin möhkəmləndirilməsi üçün olduqca böyük platforma rolunu oynayır. İnanırıq ki, iştirakçılarımıza bu istiqamətdən də faydalı olacağıq.
- Təşəkkür edirik!
© Facemark.az
Müştərilərin xəbərləri
İrihəcmli sığorta ödənişi - "PAŞA Həyat" əmək qabiliyyətini itirmiş şəxsə 83 min manatdan çox sığorta ödənişi etdi
"Rabalon" şirkəti "AgroDairy" şirkətində "ServiceDesk Plus"ın bulud inteqrasiyasını uğurla həyata keçirib
SON XƏBƏRLƏR
- 4 həftə sonra
-
1 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 1 gün sonra
-
-
28 d. əvvəl
Bakı Fond Birjasında böyük zərər: gəlir artıb, nəticə pisləşib
- 36 d. əvvəl
-
44 d. əvvəl
Apple 2027-ci ilədək ən azı 5 yeni iPhone təqdim etməyi planlaşdırır
- 47 d. əvvəl
-
1 saat əvvəl
Qarabağ Universitetinin tələbələri RIGHTWELLTON premium hüquq şirkətində təcrübə qazandılar
-
1 saat əvvəl
“SOCAR CAPE” dövlət ixracatçılarının ilk onluğuna daxil olub
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Ukraynanın Rusiyanın "LUKOYL" neft emalı zavoduna zərbələri nəticəsində güclü yanğın başlayıb
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Bakı Fond Birjasında böyük zərər: gəlir artıb, nəticə pisləşib
Apple 2027-ci ilədək ən azı 5 yeni iPhone təqdim etməyi planlaşdırır
Qarabağ Universitetinin tələbələri RIGHTWELLTON premium hüquq şirkətində təcrübə qazandılar
“SOCAR CAPE” dövlət ixracatçılarının ilk onluğuna daxil olub
Ən çox oxunanlar
İyulun 3-də gözlənilən hava şəraiti
İrihəcmli sığorta ödənişi - "PAŞA Həyat" əmək qabiliyyətini itirmiş şəxsə 83 min manatdan çox sığorta ödənişi etdi
Ukraynanın Rusiyanın "LUKOYL" neft emalı zavoduna zərbələri nəticəsində güclü yanğın başlayıb
“Azərenerji” ixracını təxminən 2 dəfə artırıb
ARDNŞ-in idarəsi dövlət ixracatçılarının ilk onluğundakı ümumi geriləmənin əsas səbəblərindən biridir
"Sea Breeze"də "Caspian Motor Show 2026"keçirilib - FOTOLAR
Unicapital “SİMA İmza”nın biometrik imzalama həllindən istifadə edən ilk investisiya şirkəti oldu
AZAL-ın ixrac göstəricisi 7,6% azalıb

















