Prezident İlham Əliyev Hulusi Akarı qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 29-da Türkiyə Böyük Millət Məclisinin deputatı, parlamentin Milli müdafiə komissiyasının sədri, Türkiyə Respublikasının sabiq milli müdafiə naziri Hulusi Akarın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Hulusi Akar Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlətimizin başçısına çatdırdı.
Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Türkiyə dövlətinin başçısına çatdırmağı xahiş etdi.
Hulusi Akar Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq əlaqələrinin Ulu Öndər Heydər Əliyevin dediyi kimi, “Bir millət, iki dövlət” prinsipi üzrə inkişaf etdiyini və bunun bir örnək olduğunu vurğuladı. Qonaq Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dostluq və qardaşlıq münasibətlərinin ölkələrimiz arasında əlaqələrin strateji müttəfiqlik səviyyəsinə çatmasında mühüm rol oynadığını dedi.
Hulusi Akar Vətən müharibəsində Azərbaycanın qazandığı Qələbədə Prezident, Ali Baş Komandan İlham Əliyevin müstəsna rolunu bir daha vurğuladı.
Prezident İlham Əliyev 44 günlük Vətən müharibəsinin ilk günlərindən Rəcəb Tayyib Ərdoğanın və qardaş Türkiyənin Azərbaycana göstərdiyi mənəvi, siyasi və diplomatik dəstəyi bir daha yüksək qiymətləndirdi.
Söhbət zamanı ötən il sentyabrın 19-20-də Azərbaycanın 23 saatdan da az bir müddətdə həyata keçirdiyi antiterror tədbirləri zamanı ərazimizdə qeyri-qanuni silahlı birləşmələrin mövcudluğuna və təcavüzkar separatizmə son qoyulduğu, suverenliyimizin tam bərpa olunduğu vurğulandı.
Dövlətimizin başçısı 44 günlük Vətən müharibəsindən sonra da Azərbaycan Silahlı Qüvvələrində yeni islahatların aparıldığını dedi, Ordumuzun döyüş qabiliyyətinin daha da gücləndiyini qeyd etdi və bütün bunların ötən ilin sentyabrında keçirilmiş antiterror tədbirlərində bir daha özünü bariz şəkildə göstərdiyini bildirdi.
Söhbət zamanı Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın inkişafı və yeni sahələri əhatə etməsi məmnunluqla qeyd olundu, bu təşkilatın parlamentlər xətti ilə də müvafiq komitələr səviyyəsində əlaqələrin yaradılması və bu komitələrin birgə iclaslarının keçirilməsinin vacibliyi diqqətə çatdırıldı. Şuşa Bəyannaməsinin əhəmiyyəti vurğulandı, Azərbaycan ilə Türkiyə arasında hərbi, müdafiə sənayesi, təhlükəsizlik, parlamentlərarası əlaqələr və digər sahələrdə əməkdaşlıqla bağlı fikir mübadiləsi aparıldı, hər iki ölkənin silahlı qüvvələri tərəfindən birgə keçirilən hərbi təlimlərin əhəmiyyəti xüsusilə qeyd edildi.
Sonda Hulusi Akar dövlətimizin başçısına xatirə hədiyyəsi təqdim etdi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
-
2 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 2 gün sonra
-
-
25 d. əvvəl
Beynəlxalq uğur: “Olivea” London və Kanadada Qızıl medal qazandı
- 35 d. əvvəl
-
1 saat əvvəl
Kapital Bankın 50 milyon manatlıq istiqrazları ticarətə buraxılır - ŞƏRTLƏR
-
1 saat əvvəl
Xəzər sahilində və Sumqayıtın inkişaf edən hissəsində yeni mənzil fürsəti
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Regional” BOKT-un 1 milyon manatlıq istiqrazları ticarətə buraxılır - ŞƏRTLƏR
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Beynəlxalq uğur: “Olivea” London və Kanadada Qızıl medal qazandı
İxracdan ən çox qazanan Azərbaycan şirkətləri - YENİ SİYAHI
Ən çox oxunanlar
XalqKartda faiz hesablanan qalıq məbləği artırıldı
BakıKart artıq ABB mobile-da!
"Azərkosmos"dan 11 milyon dollarlıq ixrac
Qızıl 1-ci, pomidor 2-ci, mis filizləri 3-cü yerdə qərarlaşıb - Qeyri-neft sektoru üzrə ixrac rəqəmləri açıqlandı
AZAL Atırau və Aktöbə şəhərlərinə müntəzəm reyslərə başlayır

























