"Park Yasamal"dan mənzil alanlar aylıq ödənişi özləri təyin edəcək
(®) “Park Yasamal”da yeni mənzillər təqdim olundu!
Yeni mənzilləri əldə etmək istəyənlər satış ofisinə yaxınlaşmalıdır. Yalnız satış ofisinə yaxınlaşanlar şəxsi büdcəsinə uyğun aylıq ödənişi özü təyin edərək mənzil sahibi ola bilərlər.
Göl mənzərəli, geniş, yaşıl həyətli, zəngin landşafta malik yaşayış kompleksində 2 otaq, 2 otaq studiya, 3 otaq və 3 otaq studiya mənzillər mövcuddur.

Şəhər sakinlərinin əsas problemlərindən biri də təbiətdən uzaq düşməkdir. “Kristal Abşeron” bu problemi həlli yolunda ciddi addımlar atır. Şirkətin inşası davam edən bir çox layihələri geniş, yaşıl həyətə malikdir. Bu layihələrdən biri də “Park Yasamal”dır. Bura təbiətlə iç-içə həyat yaşamaq istəyənlər üçün ideal seçimdir.

3 saylı “ASAN xidmət”in yaxınlığında inşa edilən kompleksdə mənzillər göl mənzərəlidir. Həm şəhərin mərkəzinə yaxın nöqtədə yaşayıb, həm də günə gözəl göl mənzərəsini seyr edərək başlamaq istəyənlər buradan mənzil alaraq xəyallarına çata bilərlər. “Kristal Abşeron” şirkətinin verdiyi məlumata əsasən yaxın gələcəkdə 20 hektar gölətrafı bulvar ərazi və 5 hektarlıq şamlıq parkı da salınacaq. Beləliklə, buranın sakinləri isti yay günlərində sərin göl bulvarında gəzərək stres atıb, günün yorğunluğunu çıxara biləcəklər.

Ekoloji cəhətdən sağlam, təmiz havalı ərazidə inşa olunan “Park Yasamal”ın 5 hektarlıq daxili həyəti zəngin landşafta malikdir. Kompleksin həyətində müxtəlif növ ağac və bitkilər əkiləcək, dekorativ hovuzlar inşa olunacaq. Həmçinin həyət daxilində istirahət və əyləncə zonaları, qaçış və velosiped zolağı, oyun parkları, idman meydançaları yer alacaq.
Ətraflı: *1544 / 051 255 05 55
Müştərilərin xəbərləri
“İnternational Leasing” yeni sədr ilə fəaliyyətini genişləndirir - nizamnamə kapitalı 2 milyon manata çatdırılıb
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
- 5 saat sonra
- 3 saat əvvəl
-
4 saat əvvəl
KPMG şirkəti Azərbaycan da daxil olmaqla 6 ölkə üzrə rəhbər təyin edib
- 5 saat əvvəl
-
6 saat əvvəl
"Əgər kimsə ikinci belə ölkə tapsa, onda mənə desin, mən də bilim"
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Dünya Bankından Azərbaycana yeni kredit – bu magistral yol yenidən qurulacaq
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Sizin Lombard “Açıq qapı günləri” keçirəcək
"Əgər kimsə ikinci belə ölkə tapsa, onda mənə desin, mən də bilim"
Bakı–Quba və Bakı–Qusar marşrutlarını bu şirkət işlədəcək
Ən çox oxunanlar
Aqrar şirkətin nizamnamə kapitalı yarıdan çox azaldılır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Ağdam Sənaye Parkında yeni şirkət - 14,2 milyon manatlıq layihə
Maliyyə nazirinin 1-ci müavini ABB-nin rəhbərliyinə gətirilib



























