Birjalarda son vəziyyət - GÜNƏ BAXIŞ
Ötən həftəyə Avrozonada İstehlak Qiymətləri İndeksi, Amerikada isə Əmək bazarı, xüsusilə də NFP göstəriciləri öz damğasını vurdu.
Belə ki, Avrozonada həm manşet, həm də baza inflyasiya proqnozların altında açıqlanması ilə diqqət çəkdi.
Bazar iştirakçıları hər ayın ilk həftəsində Qeyri-kənd Təsərrüfatı Sektorunda Yeni Yaranan İşyerlərinin Sayı (NFP), İşsizlik Səviyyəsi və Orta Saatlıq Qazanclara dair məlumatları diqqət mərkəzində saxlayırlar. Dünyanın ən əhəmiyyətli iqtisadiyyatı olan ABŞ-da həm yeni iş yerlərinin sayı, həm ölkə üzrə ümumi işsizlərin sayı, həm iş saatları, həm də maaşlardakı aylıq dəyişikliklər inflyasiya və eyni zamanda ABŞ Federal Ehtiyatlar Sisteminin pul-kredit siyasəti ilə bağlı mümkün addımları proqnozlaşdırmaq baxımından kritik əhəmiyyət kəsb edir. Bundan əlavə, bu xəbər axınının aktiv qiymətlərinə ani təsirləri maliyyə bazarlarında ticarət edənlərin əsas gündəmini zəbt etdiyi üçün onun əhəmiyyəti artır. Bu səbəbdən biz ABŞ-ın kritik məlumatlarının nəticələrini yaxından araşdırmalıyıq.
Qeyd edək ki, ötən həftə NFP 173 mindən 216 minə kimi, Orta Saatlıq Qazanclar illik müqayisədə 4.0%-dən 4.1%-ə kimi artmış, Ümumi İşsizlik Səviyyəsi isə 3.8%-dən 3.7%-ə kimi azalmışdır.
Nəticədə dolların altı valyuta səbəti qarşısında gücünü ölçən Dollar indeksi geridə qoyduğumuz həftə ərzində 101.40 bəndə qədər gerilədikdən sonra, buradan dəstək alaraq bir qədər bahalaşdı və 103.10 həddinə kimi yüksəldi. Lakin burada “ayılar”ın müqaviməti ilə üzləşən DXY geriləyərək həftəlik şamını 102.50 bənd səviyyəsində bağladı. Analitiklər hesab edirlər ki, DXY 103.50 bənd səviyyəsindəki müqavimət həddinin altında qaldığı müddətcə, dollarda eniş tendensiyası davam edə bilər.
İnvestorlar cari həftə ərzində birjalarda, xüsusən valyuta bazarlarında tendensiyaların necə irəliləyəcəyinə dair suallara aydınlıq gətirmək üçün, Amerikada açıqlanacaq İstehlak Qiymətləri İndeksi (CPİ), İstehsal Qiymətləri İndeksi (PPİ), İlk dəfə İşsizlik Müavinatı üçün Müraciət Edənlərin Sayı, Ticarət Saldosu, Avrozonada Ümumi İşsizlik Səviyyəsi, eləcə də, İngiltərədə ÜDM-in həcmi kimi önəmli iqtisadi göstəriciləri yaxından izləyəcəklər.
Bazar iştirakçıları bu həftə həmçinin İsveçrədə İstehlak Qiymətləri İndeksi, Türkiyədə Pərakəndə Satış Dövriyyəsinin Həcmi kimi statistik rəqəmləri də diqqət mərkəzində saxlayacaqlar.
EUR
Ötən həftə DXY-da mühaşidə olunan yüksəliş əsas valyutalar kimi avronun da dollar qarşısında ucuzlaşmasına səbəb oldu. Belə ki, EURUSD məzənnəsi həftə ərzində 1.0875 hədlərinə kimi gerilədi. Lakin burada “buğalar” məzənnənin qiymətinə dəstək verərək pariteti 1.0940 hədlərinə qaytardılar və həftəlik şamı bu səviyyədə bağladılar.
Təhlillərə əsasən, EURUSD məzənnəsində “buğalar” qiyməti 1.09$ səviyyəsinin üzərində qoruyub saxlaya bilsələr, artım tendensiyası davam edə bilər.
GBP
Ötən həftə ərzində 1.2590 hədlərinə qədər geriləyən GBPUSD məzənnəsi daha sonra bir qədər bahalaşdı və həftəlik şamını 1.2717 səviyyəsində tamamladı. Cari həftə ərzində isə, İngiltərədən açıqlanacaq ÜDM-in və Sənaye İstehsalının həcmi kimi önəmli iqtisadi göstəricilər funt-sterlinqin valyuta birjalarındakı, xüsusilə də dollar qarşısındakı mövqelərinə ciddi təsir edə bilər. Həmçinin, çərşənbə günü İngiltərə Mərkəzi Bankının sədri Endryu Beylinin çıxışı da investorların diqqət mərkəzində olacaq.
NEFT
Yaxın Şərq və Şimali Afrikada gərginlik bu həftə daha da artıb. ABŞ dövlət katibi Antoni Blinken Həmas-İsrail münaqişəsi başlayandan bəri dördüncü dəfə bölgəyə gedib. İranın mərkəzində 100-ə yaxın insanın ölümü ilə nəticələnən partlayışa görə rəsmi Tehranın İsrailin Qəzzanın işğalına qarşı İranın mövqeyini cəzalandırmaq məqsədi daşıdığını bildirməsi, bölgədə yeni İran - İsrail qarşıdurmasının alovlana biləcəyi ehtimallarını da gündəmə gətirib.
Bununla yanaşı, Liviyada etirazçılar “Sharara” və “El-Feel” yataqlarından tədarükləri dayandırıblar ki, bu da, gündə ümumilikdə 300 min barel neftin bazardan çıxarılması ilə nəticələnə bilər. Bu arada Yəmənin Husi silahlı qruplaşması Qırmızı dənizdə ticarət gəmisinə növbəti hücumu üzərinə götürüb.
Nəticədə “WTI” və “Brent” nefti bahalaşaraq həftəlik şamlarını müvafiq olaraq, 73.73$ və 78.83$ səviyyəsində bağladılar.
Analitiklərin proqnozlarına əsasən “buğalar” qiyməti 78$ həddinin üzərində qoruyub saxlaya bilsələr, “Brent” nefti 80$-a kimi bahalaşa bilər. 75$ həddi aşağıya doğru qırılacağı təqdirdə isə, növbəti dəstək hədləri kimi 73$ və 70$ səviyyələri çıxış edir. 78$ səviyyəsi yuxarıya doğru qırılacağı təqdirdə isə, “Brent” neft 80$ və 82$-a kimi bahalaşa bilər.
Lakin qeyd eymək lazımdır ki, analitiklərin fikrincə, geosiyasi risklərə baxmayaraq, xam neftə tələbat proqnozu zəif olaraq qalır.
XAU/USD
Ötən həftəyə 2069$ səviyyəsində start verən qızıl, Amerikada proqnozların çox üzərində açıqlanan əmək bazarı göstəriciləri fonunda 2024$-a kimi ucuzlaşdı. Lakin, daha sonra ABŞ Federal Ehtiyyatlar Sisteminin yumşaq monetar siyasətə keçid ehtimallarının dəstəyi ilə qiymətli metal bir qədər bahalaşdı və həftəlik şamını 2045$ səviyyəsində tamamladı.
İnvestorlar gələn il faiz endirimlərinin reallaşacağına əmin olsalar da, siyasi və iqtisadi qeyri-müəyyənliklər artır. Bu da, qızıl investorları üçün potensial olaraq müsbət günlər gətirə bilər.
Analitiklərin təhlillərinə əsasən “sarı metal”-ın qiyməti 2071$-ın üzərinə yüksəlsə və “buğalar” qiyməti bu həddin üzərində qoruyub saxlaya bilsələr, 2140$ hədləri yenidən test oluna bilər.
Məlumat İnvestAZ-İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
-
13 d. əvvəl
Lizinq şirkətinin 15 % gəir təklif edən istiqrazlarına abunə yazılışı başlayır - TARİX
-
15 d. əvvəl
İlk 2 ayda dövlət büdcəsinin gəlirləri 6,3 milyard manat, xərcləri 4,6 milyard manat olub
-
-
18 d. əvvəl
Bayram günü bəzi rayonlarda külək güclənəcək, leysan olacaq, sel keçəcək - XƏBƏRDARLIQ
- 26 d. əvvəl
- 33 d. əvvəl
-
52 d. əvvəl
"Premium Bank" şəhid övladları və xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün tədbir təşkil edib
-
1 saat əvvəl
“Sədərək”in sahibinə qarşı yarım milyonluq dələduzluq - Həbs edildi
-
1 saat əvvəl
Samsung çip sektoruna 73 milyard dollar investisiya yatıracaq
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Dolların qiyməti 87 rublu keçib - 2025-ci ilin apreldən bəri bir ilk
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Lizinq şirkətinin 15 % gəir təklif edən istiqrazlarına abunə yazılışı başlayır - TARİX
ABB-eSİM xidməti istifadəyə verildi!
İsveçrə Mərkəzi Bankı faiz dərəcəsini “sıfır”da saxladı
“Sədərək”in sahibinə qarşı yarım milyonluq dələduzluq - Həbs edildi
Bayram günlərinin hava proqnozu açıqlanıb
Martın 20-də gözlənilən hava şəraiti
Ən çox oxunanlar
Dolların qiyməti 87 rublu keçib - 2025-ci ilin apreldən bəri bir ilk
Novruzda hərəkətsiz qalmayın: Decathlon Bakıda sizi gözləyir
"Bank Respublika" Avropa bankı ilə kredit müqaviləsi imzaladı
"Mayak Residence"dən xüsusi reklam çarxı - VİDEO
Qızılın unsiyasının qiyməti 4800 dollardan da aşağı düşdü
Avropada qazın qiyməti 2022-nin dekabrından bəri ilk dəfə 1000 kubmetr üçün 890 dolları keçib
Apple-ın Çində smartfon satışları 23% artıb
5-ci "KOB evi" Gəncədə istifadəyə verildi















