14 sahibkar mükafatlandırıldı
2023-cü ildə fəaliyyəti ilə seçilən 14 biznes subyektinə KOBİA tərəfindən “Dayaq” mükafatı təqdim edilib.Sahibkarların ölkə iqtisadiyyatına verdiyi töhfə nəzərə alınaraq, artıq 2 ildir ki, özəl bölmənin təmsilçilərinə “Dayaq” mükafatı təqdim edilir.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən təsis edilmiş “Dayaq” mükafatının məqsədi biznesində innovativ və müasir yanaşmalar tətbiq edən, ixracyönümlü məhsul və xidmətlər istehsal edən şirkətləri mükafatlandırmaqla onları stimullaşdırmaq, eləcə də sahibkarların qazandıqları uğurları ictimaiyyətin diqqətinə çatdırmaq, biznes düşüncə tərzini təşviq etmək, dövlət və özəl sektor arasında əlaqələri daha da möhkəmləndirməkdir.
2023-cü il üzrə “Dayaq” mükafatının sahibkarlara təqdim edilməsi üçün dekabrın 28-də İqtisadiyyat Nazirliyinin dəstəyi, KOBİA-nın təşkilatçılığı ilə tədbir keçirilib.
Tədbirdə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov, Milli Məclisin deputatı, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili və Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev çıxış ediblər. Çıxışlarda 2023-cü il ərzində ölkəmizdə sosial-iqtisadi sahədə, özəl bölmədə əldə olunmuş uğurlar, sahibkarların məşğulluğun təmin olunmasında rolu, növbəti illərdə iqtisadiyyat və sahibkarlıq sahəsində yeniliklər barədə məlumat verilib.
Tədbirdə 2023-cü ildə uğur qazanmış 14 sahibkara dövlət qurumlarının rəhbər şəxsləri tərəfindən müxtəlif nominasiyalar üzrə “Dayaq” mükafatı təqdim edilib. Sahibkarlar “Uğurlu istehsalçı”, “Əlillik məhdudiyyət deyil”, “Turizm”, “Fəal xarici şirkət”, “Fəal ixracatçı şirkət”, “Təmiz ətraf mühit və yaşıl artım”, “Uğurlu fermer”, “Made in Azerbaijan” brendi altında fəal marketinq fəaliyyəti, “Gənc sahibkar”, “Uğurlu qadın sahibkar”, “Yaradıcılıq sənayesinin təşviqində uğurlu biznes”, “Uşaqların uğurlu biznes təhsili layihəsi”, işğaldan azad edilmiş ərazilərdə uğurlu biznes fəaliyyəti nominasiyaları üzrə mükafatlandırılıblar.
Həmçinin KOBİA tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “Qarabağ KOB-larının səmərəli dəstəklənməsi”, Dövlət Gömrük Komitəsi isə “G2B xidmətlərinin səmərəli təşkili” nominasiyaları üzrə mükafata layiq görülüblər.
Tədbir çərçivəsində KOB-ların təhsil, elm, tədqiqat və dəstək istiqamətləri üzrə layihələrinin maliyyələşdirilməsi məqsədilə KOBİA tərəfindən elan edilmiş 4-cü qrant müsabiqəsinin 19 qalibinə qrant mükafatları təqdim olunub.
Tədbir mədəni proqramla başa çatıb.
Tədbir “Kapital Bank”, Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyası (KOBSKA), “İnkişaf Koorporasiyası”, “Green stream” və “BEK gererator”un dəstəyi ilə baş tutub.
Qeyd: iqtisadi inkişafın lokomotivi olan sahibkarların dayanıqlı və davamlı iqtisadi inkişafın təmin edilməsində, məşğulluqda rolu böyükdür. Hazırda Azərbaycanda özəl bölmənin ÜDM-də payı 86%-ə, məşğulluqda isə 78%-ə yaxındır. Əksər ölkələrdə olduğu kimi, Azərbaycanda da fəaliyyət göstərən bizneslərin mütləq əksəriyyətini – 99,6%-ni mikro, kiçik və orta biznes subyektləri təşkil edir. KOB subyektlərinin yeni bölgüsü meyarlarının tətbiq edildiyi, eləcə də KOBIA-nın fəaliyyətə başladığı 2018-ci ildən ötən 5 il ərzində KOB subyektlərinin sayı 54%-dən çox artaraq 378 minə yaxınlaşıb. Bu dövr ərzində KOB–ların qeyri-neft ÜDM-də payı 23,5%-dən 27,2%-ə çatıb.
Müştərilərin xəbərləri
Pulunuzu sadəcə saxlamayın? Kapital Bank-ın rəsmisi investisiyanın əsas qaydalarını açıqladı - MÜSAHİBƏ
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
- 1 gün sonra
-
2 saat əvvəl
“Pegasus” Avropada böyüyür – İki aviaşirkəti birdən satın aldı
-
5 saat əvvəl
Avropa İttifaqı 9 oyun şirkəti ilə bağlı araşdırmaya başlayıb
-
5 saat əvvəl
Hörmüz böhranı gübrəni bahalaşdırdı – Qiymət 9 ayda 28,4% artıb
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
AZAL daha bir “Airbus A321neo” aldı – Donanmadakı təyyarələrin sayı 31-ə çatdı
- 7 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Sizin Lombard “Açıq qapı günləri” keçirəcək
Avropa İttifaqı 9 oyun şirkəti ilə bağlı araşdırmaya başlayıb
Naxçıvan Ali Məclisinin deputatı mandatından məhrum edilib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
SOCAR yeni şirkət yaradıb
Bakıdan Tbilisiyə daha ucuz getmək mümkün olacaq, biletlər 36 manatdan başlayacaq - gündə 4 reys olacaq
Azərbaycanda oktyabrın 2-dən 5-dək yağış yağacaq
Yasamalda “kazino mənzili” aşkarlandı, 6 nəfər saxlanıldı - 5 milyon manatdan çox dövriyyə
Mərkəzi Bank 2 BOKT-un lisenziyasını ləğv edib
Oktyabrın 2-də gözlənilən hava şəraiti























