AZƏRTAC-ın əməkdaşı Fransadan çıxarılıb - BƏYANAT
AZƏRTAC Dövlət İnformasiya Agentliyinin əməkdaşının Fransada peşəkar fəaliyyətinə qadağa qoyulması və ölkədən çıxarılması ilə bağlı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin bəyanat yayıb.
Mara xəbər verir ki, bəyanatda bildirilir:
AZƏRTAC-ın Yeni Kaledoniyaya ezam edilmiş əməkdaşı Aygün Həsənovanın bu ölkənin rəsmi dairələri tərəfindən jurnalist kimi peşəkar fəaliyyətini yerinə yetirməsinə qanuni əsas göstərmədən maneçilik törədilməsini və polis bölməsində saxlanılaraq “arzuolunmaz şəxs” qismində ölkədən çıxarılmasını jurnalistin informasiya əldə etmək hüququnun məhdudlaşdırılması kimi qiymətləndirir və qınayırıq.
Jurnalistin məhz Azərbaycandan gəldiyini əsas götürərək peşəkar fəaliyyətinə müdaxilə edilməsi və polis nəzarəti altında saxlanılaraq təyyarəyə minənədək müşahidə altında olması hadisənin siyasi sifariş olduğunu deməyə əsas verir.
Bu, Fransada müxtəlif tədbirləri işıqlandıran jurnalistlərin, o cümlədən Azərbaycan media təmsilçilərinin peşəkar fəaliyyətinə maneçilik törədilməsi, onların informasiya əldə etmək hüququnun kobud, qeyri-qanuni üsullarla qarşısının alınmasına yönəlmiş növbəti addımdır.
Biz dünyada ifadə azadlığının vəziyyətini qiymətləndirmək kimi kifayət qədər geniş və ciddi missiyanı öz üzərinə götürmüş beynəlxaq təşkilatların, jurnalistlərin hüquqlarının qorunması sahəsində ixtisaslaşmış QHT-lərin məsələyə münasibət bildirməsini tələb edirik.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
-
3 saat əvvəl
Yapı Kredi Bank Azərbaycan 5%-dək keşbek kampaniyasını təqdim edir! ®
-
4 saat əvvəl
Gündə 100-dən çox müraciət – kirayə mənzil sistemi müvəqqəti bağlanır, müraciətlər qəbul edilməyəcək
- 4 saat əvvəl
-
4 saat əvvəl
Bakıya iki gün yağış yağacaq, bəzi rayonlara dolu düşəcək - XƏBƏRDARLIQ
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
6 saat əvvəl
Tanınmış marketinq mütəxəssisinə “Cahan Holdinq”də yüksək vəzifə verildi
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Assist Finance” 800 min manat borclanmağa hazırlaşır
Ən çox oxunanlar
Tramp Özbəkistana səfər etmək istəyir
3 investor lizinq şirkətinin 1 milyon manatlıq səhmini aldı
Azərbaycanda mənzillər yenidən bahalaşır - Yeni tikilidə 1 kvadratmetr 2 850 manata çatıb
Oktyabrın 6-da gözlənilən hava şəraiti























