"Dərmanların ekspertiza tariflərinin azaldılması bazarda rəqabəti artıracaq" -Ekspert
Dərmanların ekspertizası üçün müddətin 11 günə endirilməsi, digər tərəfdən, ekspertiza tariflərinin aşağı salınması ölkədə dərman çeşidliliyinin artmasına müsbət təsir göstərəcək.
Bunu açıqlamasında iqtisadçı-ekspert Eyyub Kərimli deyib.
O bildirib ki, bu da öz növbəsində dərman bazarında rəqabət mühitinin yaranmasına gətirib çıxaracaq:
“Liberal rəqabət olan yerdə qiymət tələb-təklif əsasında formalaşır ki, burada da təklifin artması gözlənilir. Beləliklə, xaricdən müxtəlif çeşiddə daha keyfiyyətli dərmanların gətirilməsi üçün şərait yaranacaq. Ekspertiza tariflərinin azaldılması nəticəsində dərmanların maya dəyəri də aşağı düşmüş olacaq. Sözsüz ki, bu da qiymətlərin rəqabət mühitində formalaşmasına gətirib çıxaracaq”.
Ekspert əlavə edib ki, ölkəmizə il ərzində təxminən 500 milyon dollarlıq dərman idxal olunur və dərman sənayemiz 95 faiz idxaldan asılıdır:
“Əlbəttə ki, bu qərar dərman vasitələrinin ucuzlaşmasına da imkan verəcək. Prosedurların sadələşdirilməsi bu sahə ilə məşğul olan sahibkarlıq subyektlərinin də fəaliyyətini stimullaşdıracaq. Beləliklə, insanlarımızın daha keyfiyyətli və ucuz preparatlara çıxış imkanı artacaq. Bu qərar əhalinin sağlamlığının qorunması istiqamətində atılan ən mühüm addımlardan biridir”.
Qeyd edək ki, Tarif (qiymət) Şurasının son iclasında sadələşdirilmiş ekspertiza tarifləri mövcud tariflərdən 20-29%-ə qədər azaldılıb. Adi ekspertiza tarifləri isə mövcud tariflərdən 20%-ə qədər yuxarı həddə təsdiq edilib.
“Dərman vasitələri haqqında” Qanuna edilən dəyişikliyə əsasən, dərman vasitələrinin qeydiyyatı üçün ixtisaslaşdırılmış ekspertiza xidmətlərinin müddəti 210 gündən 90 günə endirilib.
Xarici qeydiyyatın tanınması üzrə sadələşdirilmiş ekspertizanın nəticələrinə əsasən, dövlət reyestrinə daxil edilən dərman vasitələri üçün tələb olunan sənədlər azaldılıb. Sadələşdirilmiş ekspertiza üçün qısa müddət - 11 iş günü müəyyənləşdirilib.
Tarif (qiymət) Şurasının son iclasında yeni dövlət qeydiyyatına alınan 158 dərman vasitəsinin qiymətlərinin yuxarı həddi təsdiq edilib.
Əhalinin sağlamlığı baxımından mühüm əhəmiyyət kəsb edən, sahibkarlar üçün idxalı iqtisadi cəhətdən səmərəli olmayan dərman vasitələri üzrə etibarlı təchizatın təmin olunması məqsədilə Səhiyyə Nazirliyindən müvafiq rəy alınmış 57 dərman vasitəsinin qiymətinin yuxarı həddində qanunvericiliyə uyğun olaraq dəyişikliklər aparılıb.
Qərarla Tarif (qiymət) Şurasının rəsmi saytının (www.tariff.gov.az) “Şuranın qərarları” bölməsində tanış olmaq olar.
Qərar 8 dekabr 2023-cü il tarixindən qüvvəyə minir.
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 ay sonra
-
3 həftə sonra
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
- 2 gün sonra
-
-
1 saat əvvəl
Palata: Kommersiya obyektləri ucuzlaşıb, icarə haqları düşüb
-
1 saat əvvəl
“Unibank”ın 5 milyon dollarlıq istiqrazlarını 54 investor əldə etdi
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
4 saat əvvəl
Azərbaycaan xarici vətəndaşlara 5 milyon 248 min manat “Tax free” qaytarıb
- 4 saat əvvəl
-
5 saat əvvəl
Rabitəbankın Kartmane Taksit kartı 6 ayadək komissiyasız taksit fürsəti təqdim edir ®
-
5 saat əvvəl
Bir Azərbaycanda ilk süni intellekt əsaslı elektron pulqabı asistentini təqdim edib ®
- 7 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
“PAŞA Sığorta”dan Tam KASKO üçün tam 20% endirim
Palata: Kommersiya obyektləri ucuzlaşıb, icarə haqları düşüb
Şirkət 14 faizlə 1 milyon manat cəlb edir
Aktiv ƏDV ödəyicilərinin sayı 6 faizə yaxın artıb
Ən çox oxunanlar
Rabitəbankın Kartmane Taksit kartı 6 ayadək komissiyasız taksit fürsəti təqdim edir ®
Bir Azərbaycanda ilk süni intellekt əsaslı elektron pulqabı asistentini təqdim edib ®
Bakının torpaq bazarında qiymət “uçuşu”
Avqustun 12-də gözlənilən hava şəraiti
"Epoint" nizamnamə kapitalını 1 milyon 275 min 191 manata çatdırıb



















